Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının nəşri ÖN planda durur
29.10.2022 [11:30]
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Yeganə BAYRAMOVA
Bütün sahələri əhatə edən inkişaf proqramları daim diqqət mərkəzindədir və xüsusilə də elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanmasına xüsusi diqqət ayrılıb. Çünki inkişaf proqramları, xüsusilə də təhsil proqramları ölkənin güclənməsi baxımından ən vacib faktorlardandır. Təsadüfi deyil ki, hər bir ölkənin inkişafı onun elm, təhsil və mədəniyyətinin səviyyəsi ilə ölçülür və məhz buna görə də Azərbaycanda bu istiqamətdə mühüm işlər görülür, amma buna baxmayaraq, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına hər zaman ciddi ehtiyac var. Çünki ölkəni dünyanın yenidən elm-mədəniyyət beşiyinə çevirə bilən məhz bu proqramlardır.
Hər bir ölkənin inkişafı onun təhsili və elminin inkişafı ilə bilavasitə bağlı olduğu ilk növbədə nəzərə alınmalıdır. Doğrudur, Azərbaycanda bu istiqamətdə, yəni təhsilin və elmin inkişafı ilə bağlı işlər görülür, amma bu işlər yenə də davam etdirilməlidir ki, geriləmə olmasın. Çünki dünyada bu sahədə hər zaman yeniliklərə imza atılır, uğurlar qazanılır və bu baxımdan ölkədə bu proseslərin daha sürətləndirilməsinə ehtiyac duyulur. Belə ki, daha da geniş işlər görməyə, daha ciddi addımlar atmağa imkanımız və münbit şəraitimiz hər zaman olmalıdır. Məhz bu baxımdan da cəsarətlə söyləyə bilərik ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində ciddi islahatların keçirilməsi bütün zamanlarda öz aktuallığını qorumaqdadır.
Təhsil üzrə ekspert Kamran Əsədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan tarixən elmi, təhsili və mədəniyyəti ilə seçilən, dünyaya nümunə göstərilən ölkə hesab olunub. Onun sözlərinə görə, azərbaycanlı alimlərin, elm xadimlərinin bəşəriyyətə bəxş etdiyi çoxlu sayda ixtiralar mövcuddur ki, bunun faydası insan cəmiyyəti üçündür: “Əgər bu ənənələr davam etməzsə, deməli ölkəmizdə həyata keçir?lən elmi-kütləvi, mədəni-maarif proqramlarının inkişafı ölkəmizin mövcud potensialı ilə adekvat sayıla bilməz.
Əgər elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları insanların bilik səviyyəsinin, əhatəsinin genişlənməsində, daha da savadlanmasında, informasiya ilə təmin olunmasında, hətta insanların zövqünün formalaşmasında, ümumilikdə, cəmiyyətin həyatında müsbət istiqamətə mühüm rol oynayırsa, deməli bu istiqamətdə diqqət daha da artırılmalıdır. Həmin proqramlar cəmiyyətin həyatında mühüm rol oynadığı halda, onların inkişaf etdirilməsinin, icrasının nə qədər vacib məsələ olduğu ortaya çıxır. Bu baxımdan həmin proqramlarda əks olunanların icra prosesində gerçəkləşməsinin ləngiməsi heç cür qəbul edilən deyil.
Sözsüz ki, ölkəmizdə internet şəbəkəsinin mövcudluğu, sürətliliyi elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları və onların inkişaf etdirilməsi, təşviqi üçün geniş spektrdə imkanlar deməkdir. Daha dəqiq desək, ölkəmizin mövcud imkanları bu proqramların daha geniş, daha əhatəli yayılması üçün əsaslı zəmin yaradır. Şübhə yoxdur ki, həmin proqramların daha da geniş şəkldə canlandırılmasında internet resurslarının rolu danılmazdır. Əlbəttə ki, elmin, mədəniyyətin təbliğinə televiziyalarda xüsusi yer ayırmalı və şou proqramların yerinə maarifçilik əhəmiyyətli kütləvi xarakter daşıyan proqramlar hazırlanmalı və əhaliyə təqdim olunmalıdır”.
Ekspert qeyd edib ki, Azərbaycan 44 günlük müharibənin məntiqi nəticəsi olaraq Zəfər qazandı və ölkəmizin bu qələbəsindən sonra elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə iş aparılmalıdır: “Əvvəla ona görə ki, Azərbaycanın qələbəsi, haqq işi, tarixi ədalətin bərpası uğrunda mübarizəsi və qələbəsi tərənnüm edilməlidir, nəsildən-nəslə çatdırılmalıdır. Gələcək nəsillər tarixi həqiqətləri bilməlidirlər. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, müharibənin bitməsinə baxmayaraq informasiya müharibəsi hələ də bitməyib və davam edəcəyi də məlumdur. Bu baxımdan cəmiyyətimizin daha da təkmilləşməsi gərəkir. Vətəndaşlarımızın dünyagörüşünün artırılmasına, savadlanmasına xüsusi diqqət ayrılmalıdır. Bundan sonra da tarixi həqiqətlər barədə həm Azərbaycan cəmiyyətinə, həm də bütövlükdə dünya ictimaiyyətinə hərtərəfli informasiya çatdırılmalıdır. Sözsüz ki, bu mənada elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinin, yeri gəldikdə yenilərinin də hazırlanmasının əhəmiyyəti olduqca böyükdür.
Bilirik ki, Azərbaycanın 44 günlük müharibə dönəmində istifadə etdiyi hərbi əməliyyatlar, qazandığı uğurlar dünyanın bir sıra hərbi məktəblərində tədris edilir, öyrədilir. Bir sözlə, ölkəmizin keçirdiyi hərbi əməliyyatlar nümunə olaraq qəbul edilir. Eyni zamanda, tarixi ədalətin bərpası, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təminatı istiqamətində Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uzaqgörənliyi, müdrikiyi, siyasi iradəsi və qətiyyəti bütün dünyanın diqqət mərkəzində olub və xüsusilə izlənilib. Dünyanın ən mötəbər, ən tanınmış, məşhur mətbuat nümayəndələrinin ölkə rəhbərimizdən müsahibələr alması deyilənləri təsdiq edir. Belə olan halda, tətbiq edilənlər də, qazanılan uğurlar da, ümumiyyətlə, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi, tarixi ədalətin bərpası üçün Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, apardığı siyasət, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan Ordusunun rəşadəti, mübariz ruhu və bir çox məsələlər də artıq proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalıdır. Təbii ki, tədris olunması üçün də proqramın hazırlanması gərəkir və lazım gəldikdə bununla əlaqədar mütəxəsis yanaşmasından, eləcə də rəyindən, al?mlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə edilməlidir”.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

