İnkişafın əsas göstəricilərindən biri
16.08.2022 [10:23]
Vətəndaş cəmiyyətinin rolu
Nicat
İnkişaf etmiş dövlətlərin əsas göstəricilərindən biri, bəlkə də birincisi vətəndaş cəmiyyətidir. Müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərin bir yerdə toplaşdığı, bu və ya digər məzmunu əhatə edən maraqları özündə ifadə edən cəmiyyətlər könüllü şəkildə yaradılır. Bu sahədə elmi araşdırmalar edən mütəxəssislər vətəndaş cəmiyyətini belə xarakterizə edirlər: “Dövlət strukturlarından kənarda yaranaraq ictimai həmrəyliyi idarə edir və könüllü, təmənnasız fəaliyyət göstərir”. Vətəndaş cəmiyyəti deyildikdə yalnız həmin cəmiyyətə daxil olan şəxslərin deyil, onlarla tamamilə eyni dərəcədə həm də digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi başa düşülür.
Vətəndaş cəmiyyəti - hüquqi dövlət formalaşmasında əsas amil
Hüquqi dövlətin formalaşması üçün vətəndaş cəmiyyətinin inkişaf etməsi olduqca gərəklidir və qaçılmazdır. Məhz bu səbəbdən də vətəndaş cəmiyyəti, onun inkişaf etdirilməsi hər bir dövlət üçün olduqca maraqlıdır. Azərbaycanda da vətəndaş cəmiyyəti istiqamətində xeyli sayda tədbirlər həyata keçirilib, işlər görülüb. Bu sahənin daha da inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə qeyri-hökumət təşkilatlarının yaradılması, fondlar və ictimai birliklərin fəaliyyətlərinin səmərəli şəkildə təşkil edilməsi üçün dövlət tərəfindən hər bir şərait yaradılıb.
Cəmiyyətin formalaşmasına və inkişafına səbəb olur
Təsadüfi deyildir ki, vətəndaş cəmiyyətində QHT hərəkatının gücləndirilməsi həm vətəndaş cəmiyyətinin formalaşmasına, həm də inkişafına müsbət təsir edir. Elə bu, həm də bütün digər məqamlarda dövlət quruculuğu dövlətin daha da gücləndirilməsində və inkişafında, beynəlxalq aləmdə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Bununla paralel olaraq onu da qeyd etmək lazımdır ki, QHT-lərin yaradılması və fəaliyyətlərinin səmərəli təşkil olunmasına şəraitin yaradılması təhsil, tibb, mədəniyyət və digər bir çox sahələrdə mövcud olan problemlərin işıqlandırılmasına xidmət edir.
Real nümunələr üçün
Sadalananların real nəticəsinin həm Vətən müharibəsi dövründə, həm də ondan sonrakı dövrdə hər birimiz əyani şəkildə şahidinə çevrilmiş olduq. Ön cəbhədə ağır döyüşlər getdiyi bir vaxtda ikinci böyük məsuliyyət həm də arxa cəbhədə döyüşənlərin üzərində idi. Hər kəs yaxşı xatırlayır ki, düşmən hər vəchlə saxta, təhrif olunmuş məlumatları, dezinformasiyaları paylaşaraq dünya ictimaiyyətinin diqqətini yayındırmağa çalışırdı. Etiraf etmək lazımdır ki, saxta məlumatlar bəzən elə dəqiqliklə hazırlanır ki, sadə insanlar üçün yalanı doğrudan ayırd etmək bir xeyli çətinləşir. Elə buna görə də dəqiq, qərəzsiz, etibarlı mənbələrdən əldə edilən, ələlxüsus da rəsmi məlumatların ictimaiyyətə çatdırılması çox önəmli və zəruridir. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan həmin müddət ərzində vətəndaş cəmiyyətinin nümayəndələri həqiqətən də əsl peşəkarlıq ortaya qoymuş oldular. Hər kəs “Dəmir yumruq” ətrafında bir oldu, birləşdi. Həm sadə insanlar, həm xaricdə yaşayan həmvətənlərimiz, həm də vətəndaş cəmiyyətinin bütün nümayəndələri bir yerdə düşmənə qarşı mübarizə apardıq. Azərbaycan xalqının öz dövlətinin ətrafında sıx birləşməsi isə yalnız bir nəticə verə bilərdi - QƏLƏBƏ qazanmaq. Verdi də. İllərdir həsrətində olduğumuz torpaqların işğaldan azad edilməsi ilə nəticələnən qələbənin əldə olunması üçün nə qədər mübarizə apardıqsa, müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, dədə-baba yurdlarımızda apardığımız yüksək səviyyəli bərpa-tikinti-quruculuq işlərinin dünya ictimaiyyətinə çatdırılmasında da ən az o qədər səy göstərməliyik, çalışmalıyıq.
İndi bir yol var: yalnız irəli
Bütün tarixi faktlar, nümunələr vətəndaş cəmiyyətinin nə qədər önəmli olduğunu bir daha ortaya qoymuş, təsdiqləmiş olur. Həm indiki, həm də qarşıdakı dövr üçün yeni uğurlar qazanmaq üçün ölkəmizdə fəaliyyət göstərən bütün ictimai qurum və təşkilatlar, QHT-lər daha da inkişaf etməli, bütün mövcud imkanları daxilində çalışmalıdırlar.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22

