Bakı Uşaq və Gənclər Teatrı - 20
13.08.2022 [11:29]
MİKAYIL
Bu il Bakı Uşaq və Gənclər Teatrının yaranmasının 20-ci ili tamam olur. Teatr 2001-ci ildə yaradılıb. 2002-ci il mayın 1-dən İntiqam Soltanın direktor-bədii rəhbər təyin olunması ilə fəaliyyətə başlayıb. Bu günə qədər teatrda 100-ə yaxın yüksək bədii keyfiyyətə malik tamaşa hazırlanıb. Teatr Cənubi Qafqazda yeganə peşəkar uşaq teatrıdır.
Fəaliyyət göstərdiyi müddətdə özünə çox böyük sayda tamaşaçı auditoriyası toplayan teatr bir sıra dövlət tədbirlərində və beynəlxalq teatr festivallarında uğurlu çıxış edərək diplom və mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə yanaşı, Gənclər və İdman, Ədliyyə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri də teatrla birgə layihələr həyata keçirir. Teatr bir sıra beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. Bunlardan Beynəlxalq Qızıl Xaç Komitəsini, Avropa Şurasının Azərbaycan Ofisini, BMT-nin Narkomaniyaya qarşı mübarizə İdarəsinin Bakı Ofisini göstərmək olar. Eləcə də teatr şəhid övladları üçün dəfələrlə şənliklər keçirib.
Teatrın repertuarında “Danışan Gəlincik”, “Çay dəstgahı”, “Cənnətə bilet”, “Humayın yuxusu”, “Sehrli tütək”, “Göyçək Fatma”, “Fidan və Qoğal”, “Qarınqulu ayı” və başqa tamaşalar yer alıb.
Teatrda 70-ə yaxın uşaq mütəxəssisi çalışır. 2009-cu ilin noyabr ayında Bakı Uşaq Teatrı nəzdində xüsus qayğıya ehtiyacı olan uşaqlardan ibarət teatr studiyası yaradılıb. Qısa fəaliyyəti dövründə bu studiya respublikamızda keçirilən əlilliyi olan uşaq və gənclərin inteqrativ tamaşalarının 4-cü milli festivalında, Moskvada keçirilən sağlamlığı məhdud olan şəxslər üçün gənclərin 2-ci beynəlxalq yaradıcılıq festivalında uğurla çıxış etmiş və diplomla təltif olunub.
Bakı Uşaq Teatrının bədii-rəhbəri və direktoru İntiqam Soltan və burada çalışan digər mütəxəssislər, rejissorlar, aktyorlar, bəstəkarlar, rəssamlar müxtəlif bədii və sənədli filmlərdə, eləcə də Azərbaycan televiziyalarında istehsal edilən müxtəlif seriallarda böyük iş təcrübəsinə malikdirlər.
Bakı Uşaq Teatrı 2008-ci il mayın 23-nə kimi Dənizkənarı Milli Park ərazisindəki binasında fəaliyyət göstərib. 2008-ci il may ayının 24-dən 2013-cü il mart ayının 31-nə kimi Hüseynqulu Sarabski adına mədəniyyət evinin binasında yerləşib. Hazırda Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Qurban Abbasov adına mədəniyyət evində yerləşir.
Bakı Uşaq Teatr2020-ci ildən sonra Bakı Uşaq və Gənclər Teatrı olaraq fəaliyyətini davam etdirir. Teatrın adının dəyişdirilməsi ilə bağlı təqdimat Mədəniyyət Nazirliyi tərəfindən verilib və Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq Sərəncamı ilə gerçəkləşib.
İntiqam Soltanın sözlərinə görə, tearın adının dəyişdirilməsində məqsəd daha geniş auditoriyanı əhatə etmək imkanı qazanmaqdır: “Belə ki, teatrın fəaliyyətinin əsas istiqamətlərindən biri tamaşaçıların ən müxtəlif mövzularla bağlı maarifləndirilməsidir. İnsanların isə bütün yaşlarda maariflənməyə ehtiyacı var. Uşaq və gənclərin mənəvi dünyasını zənginləşdirməyi özünə məqsəd seçən Teatrın repertuarında indiyə qədər də ən müxtəlif yaş qrupları üçün nəzərdə tutulan tamaşalar var idi. Lakin çox vaxt teatrın adı geniş auditoriyanın tamaşalara cəlb olunmasına mənfi təsir edirdi. Bakı Uşaq və Gənclər Teatrı bundan sonra da öz ideyalarına sadiq qalacaq, tamaşaçıların asudə vaxtının təşkili ilə yanaşı, onların dünyagörüşünün inkişafına, gənc nəslin vətəndaş kimi formalaşmasına, dünyada baş verən proseslərlə ayaqlaşmasına xidmət edəcək”.
Mədəniyyət ocağının yaranmasının 20-ci ili münasibətlə teatrın kollektivi “20 il - 20 min addım” adlı yürüş marafonu keçirib. Tədbir teatrın yerləşdiyi ünvandan başlayaraq Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısındakı parkda ulu öndər Heydər Əliyevin heykəlini ziyarət etməklə davam edib və həmin parkda yerləşən səhnədə şou-proqramın təqdimatı ilə yekunlaşıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

