Diaspor tariximizin yeni mərhələsi
11.05.2022 [10:06]
Nicat
1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz ciddi problemlər yaşadığı zaman, xüsusilə siyasi-iqtisadi böhran, daxili çəkişmələr, eyni zamanda, Ermənistanla müharibə şəraiti Azərbaycanın bir dövlət olaraq mövcudluğunu sual altında qoyduğu vaxt Ermənistan tərəfi məkrli planlarını gerçəkləşdirirdi, üstəlik bütün dünya Azərbaycan əleyhinə təbliğat aparırdı. Ona görə də diaspor quruculuğuna və lobbiçiliyə ehtiyac duyulurdu. Azərbaycan xalqının qətiyyətli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev öz müdrikliyi, uzagörənliyi, qətiyyəti ilə bütün məsələləri qaydaya, sahmana saldı, bu istiqamətdə ciddi addımlar atıldı. Belə ki, Ulu Öndərin rəhbərliyi ilə ictimai-siyasi sabitlik bərqərar oldu, dövlətin demokratik əsaslarla idarə olunmasını təmin edən ən mütərəqqi qanunvericilik bazası formalaşdırıldı və ümumiyyətlə, bütün istiqamətlərdə, xüsusən də diaspor quruculuğu və lobbiçilik istiqamətində ciddi addımlar atıldı.
Ümummilli Lider qısa zamanda Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması üçün Fərman imzaladı və bu sahədə işləri nizama salmaq üçün tədbirlər gördü.
Diasporla İş üzrə Dövlət Komitəsinin başlıca hədəflərindən biri xaricdə yaşayan soydaşlarımızın birliyini təşkil etmək idi. 2001-ci ilin 9-10 noyabrında Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu, böyük bir tarixi prosesin başlanğıcı idi. Dünyada yaşayan 50 milyon azərbaycanlının təşkilatlanması və bir amal uğrunda mübarizə aparması, əməli fəaliyyəti üçün bu qurultayın olduqca böyük əhəmiyyəti oldu. Diasporun son illər ərzində əsas fəaliyyəti Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdan ibarət idi.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin uğurlu nəticəsi olaraq bu gün Azərbaycan öz dədə-baba torpaqlarını işğaldan azad etdi. 44 günlük müharibə isə həmrəyliyimiz üçün heç vaxt tarixdən silinməyəcək etalona, nümunəyə çevrildi. Bütün dünyada yaşayan soydaşlarımız cənab Prezidentin çağırışı ilə Dəmir yumruğun ətrafında sıx birləşdi. Xalq-iqtidar-ordu birliyi cəmi 44 gün ərzində ölkəmizə parlaq qələbə qazandırdı. Təsadüfi deyildir ki, bu gün Azərbaycan nümunəsi dünyanın bir çox qabaqcıl ölkələrində araşdırılır. Eyni zamanda, şərəfli Vətən müharibəmizdə istifadə olunan döyüş taktikası tədris vəsaitlərinə salınır, öyrənilir.
Birliyimiz, həmrəylimiz bu gün də davam edir. Ali Baş Komandanın ətrafında birləşən xalqımız bu gün Qarabağımızda gedən təmir-bərpa, abadlıq-quruculuq işlərində böyük ruh yüksəkliyi ilə iştirak edir. Bunun nəticəsidir ki, artıq işğaldan azad edilmiş ərazilərimizdə işlər artıq yekunlaşmaq üzrədir.
İllərdir həsrətində olduğumuz mədəniyyət beşiyimiz - Şuşamız artıq bir çox yerli və beynəlxalq tədbirlərə, layihələrə, konsert və festivallara ev sahibliyi edir.
Bu tədbirlər sırasında aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayını xüsusilə qeyd etməkdə fayda var. Müzəffər Ali Baş Komandan Qurultaydakı çıxışı zamanı bildirmişdi: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.
Həqiqətən də bu gün Azərbaycan Ulu Öndərin görmək istədiyi bir Azərbaycana çevrilib. İndi Azərbaycan yeni bir dövrə qədəm qoyub. Elə Prezidentimizin də dediyi kimi, bu gün vəziyyət tam başqadır: “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
YAP xəbərləri
19 Sentyabr 22:58
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35

