Əsl arıçılar heç vaxt saxta bal satmazlar
06.05.2022 [10:37]
MİKAYIL
Azərbaycanda ən qədim təsərrüfat sahələrindən biri də arıçılıqdır. Azıx mağarasında aparılan arxeoloji qazıntılar zamanı üzərində arı şəkli olan kasa qabın tapılması Azərbaycanda arıçılığın çox qədim tarixi olduğunu bir daha təsdiq edir.
Əlverişli iqlim şəraiti və zəngin bitki örtüyü ölkəmizdə arıçılığın inkişafını şərtləndirən başlıca amillərdəndir. Azərbaycanda bal verən 600-ə qədər bitki növü mövcuddur ki, bunların da təxminən 200-ü nektar və çiçək tozu mənbəyi kimi arıçılığın genişləndirilməsi üçün daha böyük təbii imkanlar yaradır. Bu imkanlar sayəsində arıçılığın inkişaf etdirilməsi kənd əhalisinin gəlirlərinin artmasına və məşğulluğunun təmin edilməsinə töhfə verə bilər.
Ölkədə arıçılığı inkişaf etdirmək məqsədi ilə son illərdə bir sıra tədbirlər həyata keçirilib. Məsələn, bu günlərdə “AzerGold” QSC-nin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda icra edilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək layihəsi”nə yekun vurulub. Layihənin əsas missiyası QSC-nin hasilat işləri apardığı bölgədə kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə vermək idi.
Bundan başqa, cari ildə Kəlbəcər yaylaqlarına 20 mindən çox arı ailəsinin köçürülməsi planlaşdırılır. Kəlbəcər rayonu üzrə 28 mindən çox arı ailəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Bu arı ailələrinin əksəriyyəti Kəlbəcər yaylaqlarına köçürüləcək. Artıq 500-dən çox fermer arıçılıq təsərrüfatlarını yaylaqlara aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron portalında qeydiyyatdan keçib.
Bu tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında və bal ixracında əhəmiyyətli artım müşahidə edilir.
40 ilin arıçısı: Saxta yola əl atmağa ehtiyacım yoxdur
40 ilin arıçısı Yaşar Abilov deyir ki, arı məhsullarına tələbat ildən-ilə artır. Bu məhsulların faydasını görən insanlar tərəfindən sifarişlər çoxalır. Bu da əlbəttə, yaxşı gəlir gətirir. Balın təkcə şəfaverici xüsusiyyətləri ilə deyil, həm də zəruri məhsul kimi insan üçün faydalı olduğunu söyləyən arıçı Yaşar “Youtube” platformasında videolarını paylaşır, izləyicilərini arıçılıq sənətinin sirləri ilə tanış edir: “İki-üç yerə arıları köçürtməklə balın tərkibini zənginləşdirir, onun daha müalicəvi olmasını təmin edirəm. Bu arılar mənə atamdan yadigardır. Ona görə də onları göz bəbəyim kimi qoruyub, inkişaf etdirirəm. Arzu edirəm ki, heç kim xəstələnməsin, amma səhhətinizdə problem olan zaman ən gözəl dərman məhz baldır”.
Arının halallığı və təmizliyi sevən canlı olduğunu bildirən Y.Abilov qeyd edib ki, bu sənət ilə məşğul olan arıçının özü də halal adam olmalıdır: “Çünki arı haramçılığı sevmir. Saxta bal satanların heç biri arıçı deyil. Əsl arıçılar heç vaxt saxta yola getməzlər. Mən hər bir arıya düzgün qulluq etdikdə, 35 kq bal alıram. Çərçivənin birini isə 35 manata satıram. Bu bal mənim bütün tələbatımı ödəyirsə, başqa yola əl atmağa ehtiyac belə görmürəm. Bütün arıçılara üz tutub deyirəm ki, düzgün yolla getsinlər”.
O, təbii balı fərqləndirməyin yollarından da danışıb: “Balın təmizliyini yoxlamaq üçün bir neçə sadə üsul var. Əvvəla, bir stəkan qaynar suya 1 çay qaşığı bal töküb qarışdırıb iyinə baxın. Gülün-çiçəyin ətri gəlirsə, deməli, təmiz baldır. Əgər şirin çay iyi gəlirsə, saxta baldır. İkincisi isə bir qaşıq bala bir neçə damcı yod tökün. Təmiz bal heç vaxt yoda qarışmaz. Məndən sizə məsləhət hər bal satandan yox, tanıdığınız arıçıdan bal alın. Mənə balın xarlaşması ilə bağlı çoxlu suallar verirlər. Deyirlər ki, havalar soyuyan kimi balımız xarlayır. Məni aldadıblar? Əlbəttə ki, yox. Bal kristal hala, xarlamış hala çevrilə bilər. Bu zaman keyfiyyətində heç bir dəyişiklik olmayacaq. Donmuş vəziyyətdə də balı yemək mümkündür”.
“Arı sancması elə də qorxulu deyil. Əsas insanın baş nahiyəsindən sancarsa, təhlükəlidir. Ehtiyatlı olmaq lazımdır. Amma əldən nə qədər sancsa, o qədər xeyirlidir. Kimsə arıçı olmaq istəyirsə, ona arı verə, saxlama qaydası ilə tanış edə bilərəm. Mən istəyirəm ki, müxtəlif rayonlarımızda da arıçılıq inkişaf etsin. Desinlər ki, Yaşar kişi bizə çörək verdi. Təki bu sənət yaşasın və insanlarımıza şəfa versin”, - deyə Yaşar kişi vurğulayıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının tə?viq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36

