Millətin gələcəyinin - təhsilin vətənpərvərlik missiyası
16.02.2022 [10:30]
Fevralın 25-26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək
Nicat DİLQƏMLİ
Ölkəmizdə təhsilin inkişafına hər zaman böyük diqqət və qayğı göstərilir. Xatırlatmaq yerinə düşər ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi vaxtda təhsilin hərtərəfli inkişafına böyük önəm verirdi. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə milli təhsil konsepsiyası işlənilib hazırlanmış, onun uğurla həyata keçirilməsi təmin edilmişdır. Azərbaycan təhsilinin son yarım əsrdə qazandığı böyük uğurlar məhz ulu öndərin adı ilə bağlıdır. Ulu öndərin təhsillə bağlı dediyi yüzlərlə kəlamın yalnız birini xatırlamaq kifayət edər ki, böyük siyasi xadimin bu sahəyə olan diqqətini dərindən anlayasan. O deyirdi: “Təhsil millətin gələcəyidir”.
Fəxarət hissi ilə bildirmək lazımdır ki, dahi şəxsiyyət tərəfindən əsası qoyulan bu siyasət Onun layiqli davamçısı, Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində bu gün də uğurla davam etdirilməkdədir. Həm də yeni, müasir dövrün tələblərinə uyğun olaraq. Məhz həmin siyasətin nəticəsidir ki, son 15 ildə Azərbaycanda dövlətin və Heydər Əliyev Fondunun xətti ilə üç mindən çox məktəb binası tikilib və əsaslı təmir olunub. Üstəlik, bu məktəblərin hər biri internetlə, digər müasir texnologiyalar, yeni tədris avadanlıqları və ləvazimatlarla təchiz olunub.
Təhsil sistemində uğurlu islahatlar gənc nəslin inkişafında, onların gələcək həyatlarında vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq, yüksək perspektivli kadr kimi yetişməyində olduqca böyük əhəmiyyət kəsb edir. 30 ildir həsrətilə alışıb-yandığımız Qarabağımızın işğaldan azad olunmasında böyük qəhrəmanlıqlar göstərən Azərbaycan əsgəri məhz həmin təlim və tərbiyə ilə böyümüş dünənin savadlı şagirdi, bu günün nümunəvi vətənpərvər gəncidir. Müzəffər xalqın hər bir nümayəndəsi parlaq qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsinin qürur dolu bütün saniyələrini heç vaxt unutmayacağı kimi, bizə heç də uzaq olmayan tarixdə xalqımızın başına gətirilən müsibətləri də yaddan çıxara bilməz. Təsadüfi deyil ki, dövlətimizin başçısı mütəmadi olaraq öz çıxışlarında bununla bağlı xatırlatmalar edir: “Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımıdır. Bu soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu da Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir”.
İllərdir bağrımızda qaysaqlayan yaranı ta məktəb dövründən hər zaman xatırlayır, şəhidlərimizi qürurla anırıq. Bağçaya, məktəbə qədəm qoyarkən elə uşaq vaxtlarımızdan yoldaşlarımızla birgə bu vəhşiliyi bir də doğma müəllimimizin dilindən eşitmək sanki daha çox təsir edir, qürurlarımıza toxunur. Yeri gəlmişkən, Xocalı soyqırımının 30-cu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dünən təsdiq edilmiş Tədbirlər Planına əsasən fevralın 25-i və 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının 30-cu ildönümünə həsr ediləcəyi bildirildi. Tədbirlər Planının təsdiq edilməsi barədə əmrə əsasən, karantin rejiminin tələbləri nəzərə alınmaqla təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər (ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi və s.) keçiriləcək, soyqırım şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil olunacaq.
Tədbirlər Planının əhəmiyyətilə bağlı “Yeni Azərbaycan”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu, olduqca vacib bir tədbirdir: “İlk növbədə, qeyd edim ki, orta məktəblərdə 26 fevralda tədris olunan dərslər ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, onlarda düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edən bir addımdır. Bu, olduqca vacib bir tədbirdir”.
Ekspert, həmçinin mövzu ətrafında müzakirələr aparılmalı olduğundan da danışıb: “Hesab edirəm ki, bu dərsdə müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açmalıdırlar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından və soyqırımı törədənlərdən bəhs olunmalıdır, onlar barədə ətraflı məlumat verilməlidir. Bundan başqa, tövsiyə edirəm ki, 26 fevralda keçiriləcək ilk dərsdə müəllim ancaq özü danışmamalıdır. Xocalı faciəsi ilə bağlı şagirdlərin də fikirləri dinlənilməlidir, müvafiq mövzu ətrafında müzakirələr aparılmalıdır”.
“Ümumilikdə məktəblərdə tədbirlərin keçirilməsi ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq üçün zəruridir. Çünki bizim hal-hazırda 4432 orta məktəbimizdə 1.6 milyon şagird təhsil alır və bu da ciddi bir rəqəmdir”,- deyə K.Əsədov fikirlərinə əlavə edib.
Əminliklə bildirmək lazımdır ki, dünənə kimi xalqımızın başına gətirilən faciələrdən danışılanda boynunu bükən hər bir Azərbaycan vətəndaşı artıq Mübarizlər, Poladlar, Xudayarlar yetişdirən xalqın nümayəndəsi olduğunu bir daha yaddaşına gətirərək öz içində düşmənə olan nifrətindən doğan qisas hissini daha da artıracaq.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58

