Yayı quraq, payızı rütubətli, qışı isə mülayim
09.02.2022 [11:07]
Bitkilərin növ zənginliyinə görə Qafqazda birinci yeri tutan Hirkan Milli Parkının yaradılmasından 18 il ötür
MÜŞFİQƏ
Azərbaycanda ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin ölkəmizə aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) həyata keçirir. ETSN-in xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, ekoloji şəbəkənin yaradılması istiqamətində reallaşdırdığı məqsədyönlü tədbirlər, ölkəmizdə yaradılan milli parklar təbiətin mühafizəsində, bioloji müxtəlifliyin qorunmasında əhəmiyyətli rol oynayır. Milli parklar ekoturizm üçün əlverişli təbiət əraziləri, turizmin inkişafı üçün potensial iqtisadi imkanlar deməkdir. Hazırda ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bütün bunlar ölkə ərazisinin 3,4%-ni təşkil edir. Dövlət milli parkların infrastrukturunu təmin etməklə yanaşı, orada turistlər üçün lazımi şərait yaradır, yollar, cığırlar çəkir, marşrutlar təşkil edir, həmçinin uğurlu təbliğat aparır. Son illər Azərbaycanın cənub istiqamətində yerləşən Hirkan Milli Parkına təbliğat işləri nəticəsində turist axını müşahidə edilir.
Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycanın şah əsərlərindən Hirkan Milli Parkın yaradılmasından 18 il ötür. Hirkan Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə yaradılıb. Lənkəran, Astara və Lerik rayonlarının ərazisini əhatə edən Hirkan milli parkı endemik və üçüncü dövrə mənsub olan qədim mənşəli bitki örtüyünə malikdir. Bitkilərin növ zənginliyinə görə Qafqazda birinci yeri tutan parkın sahəsi 21.435 hektardır. Sonradan parkın ərazisi 18.923 ha genişləndirilərək 40.358 hektara çatdırılıb. Park qoynunda adı Azərbaycanın “Qırmızı Kitab”ına düşmüş bitki və ağacları qoruyub saxlayır. Ərazinin çox hissəsini meşələr, sıra dağlar əhatə edir. Buranın yayı quraq, payızı rütubətli, qışı isə mülayimdir.
Ərazidə kökü kəsilməkdə olan müxtəlif heyvanlar da var. Hirkan Milli Parkının Xanbulan gölü ətrafında indiyədək rast gəlinməyən bəbir ləpirinin tez-tez görünməsi heç də təsadüfi deyil. Ümumiyyətlə, ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşaması üçün əlverişlidir. Burada Azərbaycanın “Qırmızı kitab”ına düşmüş Hirkan şümşadı, dəmirağacı, şabalıdyarpaq palıd, Hirkan ənciri, Hirkan armudu, Xəzər lələyi, İpək akasiya, Qafqaz xurması, Hirkan bigəvəri, qızılağac və s. rast gəlmək olar. Heyvan növlərindən isə bəbir, xallı maral, vaşaq, porsuq, çöl donuzu, cüyür, yenot, Talış qırqovulu, Hirkan arıquşu, qara leylək, berkut və sairə vardır.
Sevindirici haldır ki, “Hirkan meşələri” adlı transmilli nominasiya sənədi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Ümumdünya İrs Mərkəzinə təqdim edilib.
Hirkan Milli Parkı, həmçinin öz nadir təbiət abidələri ilə də məşhurdur. Burada 100-dən çox təbiət və mədəniyyət abidəsi var. Ən məşhur təbii meşə abidələrindən biri Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşir. Xəzər dənizinə yaxınlıq, təbiətin rəngarəngliyi ərazidə ekoturizmin inkişafı və ətraf mühitin öyrənilməsi üçün əlverişli şərait yaradır.
Ekoturizmin inkişafında gənclərin rolunun artırılması məqsədilə parka ekskursiyalar, “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici aksiyalar, düşərgələr, “Açıq qapı” günləri, infoturlar və veloyürüşlər təşkil edilir. Bu yaxınlarda IDEA İctimai Birliyi və Azərbaycan Skaut Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Hirkan Milli Parkında “Təbiətin keşiyində” adlı növbəti ekoskaut düşərgəsi salınıb. Ekoloji fəallığı ilə seçilən 100 nəfər gəncin iştirakı ilə Hirkan Milli Parkının ərazisində ekotur təşkil edilib. Məqsəd gəncləri Azərbaycanın zəngin təbiəti, endem flora və faunası barədə məlumatlandırmaq, onlara təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi aşılamaq, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən istirahəti təşviq etmək olub.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36

