İctimai və dövlət maraqlarının qorunması...
02.02.2022 [09:58]
Hər kəsin milli vəzifəsi və borcudur
Pərviz SADAYOĞLU
Demokratik ənənələrə sadiqlik nümayiş etdirən Azərbaycanda siyasi partiyaların azad fəaliyyətinə münbit şərait yaradılıb. Keçirilən seçkilərdə siyasi baxışlarından asılı olmayaraq, hər kəsə iştirak etmək və seçib-seçilmək hüququ tanınır. Bundan başqa, Azərbacanda fəaliyyət göstərən siyasi təşkilatlar və partiyalar ölkə Konstitusiyası və “Siyasi partiyalar haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarından istifadə edirlər. Təbii ki, bütün bunlar qanunla tənzimlənmiş hallardır. Dövlətin milli maraqlarının, ictimai mənafeyin qorunması isə hər bir vətəndaşın borcudur.
Ölkəmizdə həyata keçirilən islahatlar siyasi palitranın da yenilənməsinə səbəb olub. Siyasi partiyaların milli məsələlərdə birlik nümayiş etdirməsi isə həmrəyliyi gücləndirməklə yanaşı, ictimai və dövlət maraqlarının qorunmasına xidmət edir.
Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, siyasi partiyaların fəaliyyətinin stimullaşdırılması istiqamətində görülən tədbirlər ölkəmizdə siyasi plüralizmin inkişafına öz töhfəsini verməkdədir. T.Kərimli qeyd edib ki, siyasi qüvvələrin yeganə amalı ölkəmizin inkişafına dəstək vermək və bu prosesdə fəal iştirak etməkdir. Onun sözlərinə görə, Azərbaycanda milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar mühüm yeniliklərə yol açıb: “ Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşıb, ümumdövlət məsələlərində vahid mövqe yaranıb. Qeyd etmək lazımdır ki, məhz ölkədəki siyasi dialoq mühiti 44 günlük Vətən müharibəsi dövründə əksər siyasi təşkilatların, aparıcı vətəndaş cəmiyyəti institutlarının, ziyalıların, ictimai fəalların dövlətin strateji maraqları ətrafında birləşməsini təmin etdi. Fikrimcə, ölkəmizdə postmüharibə dövründə dialoqun daha da gücləndirilməsi olduqca vacibdir. Bu məsələdə hər kəs aktiv olmalı və ölkəmizin mövqelərinin daha da güclənməsinə töhfəsini verməlidir”.
Partiya sədrinin sözlərinə görə, hər bir siyasi təşkilatın ən ümdə vəzifəsi Azərbaycan dövlətinin inkişafı, güclənməsi və təhlükəsizliyi ilə bağlı təkliflər irəli sürmək, mühüm təşəbbüslərlə çıxış etməkdir. Nəticə etibarilə, dövlətin milli maraqlara əsaslanan siyasəti də mütləq şəkildə müdafiə olunmaldır. Təbii ki, burada ölkənin siyasi partiyaları ilə hakimiyyət arasındakı dialoq mühiti də mühüm rol oynamaqdadır. Yeni yaranan siyasi konfiqurasiyanın əsasında da məhz siyasi dialoq mühitinin formalaşdırılması dayanırdı. Bu isə öz növbəsində Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün ən mühüm şərtlərdəndir. T.Kərimli onu da qeyd edib ki, siyasi partiyaların dövlət maraqlarından çıxış etməsi, milli mənafenin qorunması üçün həmrəylik nümayiş etdirməsi məhz yeni siyasi konfiqurasiyanın formalaşması nəticəsində mümkün oldu. “Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların imzaladığı birgə bəyanatlarda məhz bir məqam xüsusi vurğulanırdı - Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir! Bu, bütün dünyaya verilən bir mesaj idi. Azərbaycanın siyasi mühiti dövlət maraqlarının qorunması üçün bir yumruq kimi birləşə bilib”, - deyən millət vəkili onu da əlavə edib ki, ölkəmizdə formalaşan bu milli həmrəylik postmüharibə dönəmində də inkişafın əsas komponentlərindən biri qismində çıxış etməkdədir. Bu milli birliyin qorunması, siyasi həmrəyliyin daha da gücləndirilməsi Azərbaycanın gələcək inkişafı üçün mühüm önəm kəsb edir: “Yeni mərhələdə hər birimiz əldə olunan bu qələbənin qorunması, onun siyasi əsaslarının daha da möhkəmləndirilməsi üçün ictimai və dövlət maraqlarının müdafiəsindən bir addım geri çəkilməməl?yik və bütün gücümüzü səfərbər etməliyik. Bu gün hər bir siyasi təşkilat, partiya, qeyri-hökumət təşkilatları və vətəndaşlarımız ermənilərin 30 ilə yaxın müddətdə işğal altında saxladıqları Azərbaycan torpaqlarında törətdiyi vandalizmin ifşası üçün əlindən gələn əsirgəməməlidir. Bu gün hər bir azərbaycanlı öz dövlətinin inkişafı, təhlükəsizliyi üçün bütün gücünü ortaya qoymalıdır və qoyur”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə
hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37

