Vahid amal və ideya uğrunda...
25.01.2022 [10:43]
Azərbaycançılıq ideologiyası xalqımızın həmrəyliyini gücləndirən milli məfkurə kimi...
Pərviz SADAYOĞLU
Milli ideologiya hər bir dövlətin inkişafının əsaslarını təşkil edən mühüm amillərdəndir. Cəmiyyətin vahid konsepsiya, ideoloji xətt ətrafında birləşməsi sabitliyin, tərəqqinin mühüm şərtlərindən sayılır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ardından xalqı vahid ideologiya - azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsi də Azərbaycan cəmiyyətində milli birliyin formalaşdırılmasına, milli dövlətçiliyin qorunmasına, inkişafına xidmət göstərdi. Azərbaycançılıq ideologiyasının təməlində güclü dövlət prinsipi, ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları və bir çox mühüm ali dəyərlər dayanır. Təsadüfi deyil ki, 2020-ci ilin Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir çağırışı ilə Azərbaycan gəncliyi öz torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxdı. Azərbaycan gəncliyi etnik və dini fərqliliyi nəzərə almadan vahid bir amal uğrunda səfərbər oldu.
Məsələ ilə bağlı fikirlərini bölüşən Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, müasir dünyada təhlükəli kosmopolit ideyalar kifayət qədər geniş yayılmaqdadır. Bu cür ideologiyalar ilk baxışdan zərərsiz görünsə də, arxasında böyük təhlükələr dayanmaqdadır. Belə ki, bu ideologiyalar sanki müxtəlif ölkələrdə, dövlətlərdə insanları, əsasən də gəncliyi öz milli köklərindən ayırmaq üçün yaradılıb. Azərbaycançılıq ideologiyası xalqımızı həm də bu kimi bəlalardan qoruyur, uğurlu gələcəyimizi təmin edəcək gənclərin öz milli kimliyindən ayrılmasına imkan vermir: “Azərbaycançılıq ideologiyası Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev bu ideologiyanı tam dolğun konsepsiya şəklinə salaraq onu yeni çalarlarla zənginləşdirdi və müasir Azərbaycanın milli ideologiyasına çevirdi. O, hələ Sovet dövründə respublikamıza rəhbərliyi vaxtı mümkün olan bütün vasitələrlə azərbaycançılığın əsaslarını yaratdı, dirçəltdi və möhkəmləndirdi. O dövrlərdə Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin inkişafı, milli kadrlarımızın yetişdirilməsi bunu deməyə əsas verir. Müstəqillik dövründə isə Ulu Öndər bu məfkurəni dövlət ideologiyası olaraq bərqərar etdi. Azərbaycançılığı təbliğ etməkdə Ulu Öndərin məqsədi hər bir azərbaycanlıya vətənpərvərlik hissini, tarixi torpaqlarımıza, dilimizə, mədəni irsimizə, dövlət rəmzlərimizə məhəbbət aşılamaq idi. Bu ideologiya dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlını vahid amal, ideya və Vətən ətrafında birləşdirir”.
Azərbaycan dövlətinin geosiyasi baxımdan dinamik bir coğrafiyada yerləşdiyinə diqqət çəkən YAP İdarə Heyətinin üzvü bu baxımdan, gənclərin milli kökünə bağlılığının zəruri olduğunu deyib. Onun sözlərinə görə, gənc nəslin öz soy-kökünə bağlılığı Vətəninə, dövlətinə bağlılığının əsas şərtidir. “Bu dəyərlərin yetişən gənc nəsil arasında təbliği olduqca vacibdir. Fikrimcə, hər bir azərbaycan gənci bu ideyalarla yetişməli, yaşamalı və fəxr etməlidir. Ulu Öndərimiz xüsusilə gənclərlə görüşlərində bildirirdi ki, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Düşünürəm ki, xalqımız azərbaycançılıq ideologiyasının əhəmiyyyətini II Qarabağ müharibəsi zamanı daha açıq şəkildə gördü. Müzəffər Ali Baş Komandanın bir çağırışı ilə Azərbaycan gəncliyi öz torpaqlarını işğaldan azad etmək üçün səfərbər oldu”, - deyən millət vəkilinin fikrincə, azərbaycançılıq ideologiyası vətəndaş-dövlət vəhdətinin daha da möhkəmlənməsinə yol açır. Bu məqam isə ölkənin möhkəm ideoloji əsaslara dayanaraq inkişaf etməsini şərtləndirir: “Azərbaycan çoxmillətli dövlətdir və biz hər zaman bununla fəxr etmişik. Azərbaycanda yaşayan xalqlar heç zaman diskriminasiyaya uğrumayıb və birgəyaşayış bizim həyat tərzimizə çevrilib. Bütün vətəndaşlarımız tam bərabərhüquqludur. Bunun əsasında azərbaycançılıq ideologiyası dayanır. Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri çiyin-çiyinə bu ölkəni, dövləti, torpağı qorudu, onun uğrunda canından keçdi. Bu gün hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin önəmini dərk edir və bu sərvəti üstün tutur. Məhz bu ideoloji əsasla hər bir çətinliyin öhdəsindən gəlmək, Azərbaycanın davamlı inkişafını təmin etmək və daha böyük uğurlar əldə etmək mümkündür”,-deyə millət vəkili əlavə edib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 10:16
Analitik
22 Aprel 10:12
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10

