Mətbuat ictimai nüfuzunu bərpa etməlidir
19.01.2022 [10:05]
Dünən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib. “İctimai nəzarətin formalaşmasında medianın rolu” mövzusunda müzakirələrin aparıldığı görüşdə Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədən irəli gələn vacib məqamlara toxunulub, ictimai nəzarətin formalaşması və həyata keçirilməsində medianın roluna diqqət çəkilib.
Böyük etimadın göstəricisi
MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Prezidentin yerli televiziya kanallarına müsahibəsində medianın ictimai nəzarət rolunu vurğulaması mühüm əhəmiyyət kəsb edir: “Dövlət başçısı bildirib ki, mediada yer alan məlumatların mütləq əksəriyyəti öz təsdiqini tapır və bu haqda dərhal ölçü götürülür. Prezidentin jurnalistlərin əməyinə verdiyi yüksək qiymət böyük etimadın göstəricisi olmaqla yanaşı, media işçilərinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətlərini artırmış olur”.
Medianın İnkişafı Agentliyinin məhz ictimai və dövlət maraqlarını əsas götürərək media subyektləri arasında müsabiqələr keçirdiyini vurğulayan Əhməd İsmayılov bu müsabiqələr çərçivəsində hər il məhz ictimai əhəmiyyət kəsb edən yüzlərlə materialın hazırlandığını diqqətə çatdırıb. İcraçı direktor bu yaxınlarda geniş ictimai müzakirələrdən sonra parlament tərəfindən qəbul olunmuş və imzalanmaq üçün təqdim edilmiş “Media haqqında” qanun layihəsinin ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabiliyyətinin artırmasına, xüsusən də media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirməsinə ciddi töhfə olacağını qeyd edərək adıçəkilən layihənin müddəalarının jurnalistlərin ictimai nəzarətçi kimi vacib funksiyanı lazımı səviyyədə yerinə yetirməsinə hüquqi təminat verdiyini bildirib.
Saytların, qəzetlərin sosial şəbəkələrdə aktivliyi artmalıdır
Əhməd İsmayılov rəqəmsal medianın əhəmiyyətinə də toxunub. O vurğulayıb ki, hər hansı informasiyanın kütləviləşdirilməsi yolları artıq çoxdur: “Bizim saytların, qəzetlərin sosial şəbəkələrdə aktivliyi artmalıdır. Peşəkar medianın sosial şəbəkədə proyeksiyası artmalıdır. Reformasiyanı biz təmin etməliyik”.
Mətbuat üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir
Görüşdə çıxış edən media subyektlərinin rəhbər və nümayəndələri Prezidentin ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı çağırışlarının media qarşısında yeni vəzifələr qoyduğunu vurğulayıblar.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev cəmiyyətin yenidən təşkilatlandığını diqqətə çatdırıb. O qeyd edib ki, cəmiyyətimizdə ən zəif bəndlərdən biri mətbuat, digəri isə ictimai-siyasi institutlardır: “Ona görə də medianın inkişafı, ictimai-siyasi institutların təkmilləşməsi vacibdir. Mətbuatdan gözləntilər çoxdur. Amma etiraf etmək lazımdır ki, mətbuat heç də üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir. Hər şeydən öncə, mətbuat özünün ictimai nüfuzunu bərpa etməlidir. Bunun üçün müəyyən zamana ehtiyac var. “Media haqqında” qanunun qəbul olunması buna imkan və şərait yaradacaq. Amma ilk növbədə, peşəkarlıq mühiti olmalıdır. Yəni cəmiyyətdə bütün sahələrdə peşəkarlıq artırılmalıdır ki, media mühitində də qeyri-peşəkarlıq hökm sürməsin. Jurnalistin müsahibə aldığı məmur, nazir peşəkar olmalıdır. Qarşısındakı peşəkar olandan sonra qeyri-peşəkar jurnalist işləyə bilməyəcək. Bununla yanaşı, redaksiyaların özü yenilənməlidir, çünki peşəkar jurnalistlər məhz redaksiyalarda yetişir”.
Dövlət, cəmiyyət və media birgə fəaliyyət göstərərək...
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, ölkə başçısı Prezident İlham Əliyevin də dediyi kimi, vətəndaş-məmur münasibətləri elə olmalıdır ki, vətəndaş etdiyi müraciətində, problemlərin həllində daim dövlətin onun yanında olduğunu hiss etsin: “Biz buradan həm də belə bir nəticə hasil edə bilərik ki, dövlətimizin təməlləri, yaxud xalqın, vətəndaşın dövlətinə bağlılığı birbaşa dövlət məmurunun ona olan münasibətindən yaranır. Bir sözlə, dövlət, cəmiyyət və media birgə fəaliyyət göstərərək, vətəndaş məmnunluğunu təmin etməlidir. Vətəndaş cəmiyyəti institutları işlək vəziyyətə gətirilməlidir ki, ictimai nəzarət güclənsin”.
visiontv.az saytının baş redaktoru Şöhrət El-Dəniz qeyd etdi ki, Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibədə medianın nüfuzuna yönələn fikirləri, əslində son bir il, il yarım ərzində görülən işlərə verilən qiymətdir: “Belə olmasaydı keçən il Mətbuat günündə ən azı jurnalistləri təbrik edərdi. Etmədi. Ona görə ki, Əli Həsənov və Vüqar Səfərlidən qalan “mətbuatı” təbrik etməyə dəyməzdi. Prezidentin mətbuatda islahatlar aparmaq çağırışından sonra yeni yaradılan MEDİA agentliyinin fəaliyyəti isə hələ başlanğıç mərhələsində idi. Ona görə səbirlə gözlədi. Və son bir il ərzində görülən işlərdə irəliləyişin olduğunu görən Prezident media haqqında müsbət fikirlər səsləndirdi. Ona görə də Prezidentin ictimai nəzarət mexanizmləri sırasında medianın rolunu artırmaq istəyinə biz adekvat cavab verməliyik. Həm peşəkarlıq baxımından, həm də medianın nüfuzunu artırmaq istiqamətində ciddi addımlar atmalıyıq”.
Çıxış edən digər media nümayəndələri də mətbuatın ictimai nəzarətin təmin olunmasında rolundan danışıblar, müxtəlif təkliflər səsləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

