Ermənistanın müharibə cinayətləri…
20.10.2021 [11:25]
Azərbaycan dövləti Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində sistemli tədbirlər həyata keçirir
Azərbaycan xalqı dünyanın ən zəngin irsə sahib olan xalqlarından biridir. Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir. Amma təəssüflər olsun ki, mənfur qonşularımız olan ermənilər hər fürsətdə bizim tarixi keçmişimizə əl uzatmağa çalışıb, bir sıra milli adətlərimizi özününküləşdirməyə çalışıb, ərazilərimizdəki qədim alban-xristan abidələrini erməni “irsi” kimi təqdim etməyə cəhd edib.
Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün maddi, mədəni, tarixi və dini abidələr məhv edilib. Ermənistan Azərbaycan xalqının irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş ərazilərdə çoxsaylı hərbi cinayətlər həyata keçirib. Təkcə onu demək kifayətdir ki, ermənilər tərəindən bu dövrdə 70-ə yaxın məscid məhv edilib. Bütövlükdə isə, işğal altında olunmuş ərazilərimiz 30 il ərzində tamamilə viran qoyulub.
Ermənistanın müharibə cinayətləri ilə bağlı qəzetimizə açıqlama verən Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, ermənilərin bu vandallığı xalqımızın zəngin irisnə qarşı soyqırımıdır: “Azərbaycan hər zaman Ermənistanın bu cinayətləri haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırıb və qarşısının alınmasını tələb edib. Amma Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi dövrdə beynəlxalq missiyaların Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsinə icazə verməyib. 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdi. Biz artıq ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq. Təbii ki, Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirir. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda çıxışları zamanı, xarici KİV-lərə müsahibələrində bu barədə ətraflı məlumatlar verir. Prezidentimiz bir neçə gün öncə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bu barədə ətraflı bəhs edib, azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələrin kərpic-kərpic, daş-daş sökülərək, Ermənistana və İrana satıldığını diqqətə çatdırıb. Dövlətimizin başçısı, eyni zamanda, təbiətimizə də çox böyük ziyan vurulduğunu, 60 min hektara yaxın meşənin qırıldığını, qızıl yataqları və digər təbii ehtiyatların da qanunsuz istismar edildiyini xatırladıb. Düşmən bütün bu barbar əməllərindən kifayətlənməyərək, uzun bir dövrdə tapdaq altında saxladığı Azərbaycan ərazisindən narkotrafik üçün istifadə edib. Respublikamızın İranla 130 kilometrlik dövlət sərhədi nəzarətsiz qaldığından, Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotika daşınıb”.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində bütün cəmiyyətimiz fəallıq göstərir: “Bilirsiniz ki, işğaldan azad olunmuş ərazilərimizə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV-lərin, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin səfərləri təşkil olunur. Bu səfərlərin təşkil olunmasının məqsədi erməni vandalizminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır”.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Ermənistanın digər bir hərbi cinayəti isə ərazilərimizin minalanmasıdır: “Azad edilmiş ərazilərin minalardan təmizlənməsi qarşımızda duran əsas problemlərdən biridir. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi isə təxminən 25 faizdir. Belə bir hərəkət, əslində, qarşı tərəfin faşist xislətinin ifadəsidir. Ümumiyyətlə, minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi Ermənistanın “mina müharibəsi”ni davam etdirməsinin sübutudur. Ermənistanın vaxtilə işğal altında saxladığı ərazilərin böyük bir qismini minalaması işğalçı dövlətin militarist siyasətinin miqyas və mahiyyətindən xəbər verir”.
C.Osmanovun fikrincə, Ermənistanın bu cinayətləri cavabsız qalmayacaq. Dövlətimiz tərəfindən bu cinayətlər sənədləşdirilərək müvafiq beynəlxalq təşkilatlara təqdim olunur. Ermənistan törətdiyi bütün cinayətlərinə görə cəzasını almalıdır və alacaq.
Nardar BAYRAMLI
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15

