Qarabağın tarixi siması müasir üslubda özünə qayıdacaq
04.10.2021 [18:05]
44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbənin ardından işğaldan azad edilmiş regionlarımızda yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində mühüm addımlar atılmaqdadır. Nəzərə alsaq ki, işğal dövrü ərzində Azərbaycan torpaqları təcavüzkar Ermənistan tərəfindən viran edilib, rayonlarımız, şəhərlərimiz və kəndlərimiz yerlə-yeksan olunub, bütün bunların yenidən qurulması üçün zaman gərəkdir. Yeri gəlmişkən, sentyabrın 28-də Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində də Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, Zəfərdən sonra bölgələrə dəfələrlə səfər edib və orada bəzi kəndlərdə, ermənilərin yaşadıqları kəndlərdə gördüyü mənzərədən dəhşətə gəlib: “Yəni, insana yaraşmayan bir vəziyyət. Bəzi kəndlərin evləri indi analiz edilir, evlərin 95 faizi yararsızdır, yəni, orada heç kimsə yaşaya bilməz, onlar sökülməlidir”. Ölkə başçısı əlavə edib ki, Azərbaycan dövləti müharibə bitər-bitməz vaxt itirmədən dərhal hərəkətə keçdi və bu, dövlətimizin gücünü göstərdi. Çünki bu işləri görmək üçün təkcə pul kifayət etməz: “Çünki resurs olmalıdır, kadrlar olmalıdır, heyətlər olmalıdır, texniki imkanlar olmalıdır, səriştə olmalıdır. Biz bütün gücləri səfərbər etdik”.
Görülən işlər isə onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımız yaxın zamanlarda öz doğma yurd-yuvalarına qovuşacaqlar. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də yuxarıda bəhs edilən məqamlar baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşmasını şərtləndirəcək. Bundan başqa, cəmiyyətin rifahının yüksəldilməsi, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşmanın təmin edilməsi də sözügedən sənəddə özünü ehtiva etməkdədir. Bu mənada, qısa zamanda Zəngilan rayonunda “Ağıllı kənd” layihələrinin icrası ilə bağlı görülən işlər, Füzuli, Zəngilan Laçın rayonlarında hava limanlarının tikilməsi istiqamətində atılan addımlar, o cümlədən Kəlbəcər rayonunda sosial infrastrukturun qurulması yönündə aparılan işlər Azərbaycanın işğaldan azad etdiyi ərazilərə yeni nəfəs verəcəyinə əminliyi artırır.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, hazırda birinci ildönümü qeyd olunan Vətən müharibəsi Azərbaycan tarixinin şərəf səhifəsidir. Millət vəkili vurğulayıb ki, Vətən müharibəsində qazanılan qələbə 30 ilə yaxın öz yurd-yuvalarında yaşamaq hüququndan məhrum olan vətəndaşlarımızın doğma torpaqlarına qayıtmasını təmin etdi: “Özünün ərazi bütövlüyünü təmin edən Azərbaycanın qarşısında postmüharibə dövründə yeni çağırışlar, yeni vəzifələr dayanır. Bu yeni çağırışlar Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpasının həyata keçirilməsi, həmin regionlarda yaşayışın mümkünlüyü üçün zəruri addımların atılması və Böyük Qayıdışın təmin edilməsi ilə bağlıdır. Müharibənin başa çatmasından dərhal sonra işğaldan azad edilmiş regionlara yeni yolların çəkilməsi bir daha onu təsdiqləyir ki, dövlətimiz bərpa-abadlıq işlərini mümkün qədər sürətli və tez həyata keçirmək niyyətindədir. Həmin regionlarda görülən işlərin miqyası olduqca genişdir. Qısa zamanda Şuşa şəhərində mühüm infrastrukturun qurulması və orada dünyamiqyaslı mədəni tədbirlərin keçirilməsi, eləcə də regionun gələcək inkişafına təkan verəcək layihələrin reallaşdırılması onu göstərir ki, Azərbaycan dövləti Qarabağın tarixi simasını müasir üslubda özünə qaytaracaq. Bununla belə Böyük Qayıdışın tam reallaşması zaman tələb edir. Həmin ərazilərin minalardan tam təmizlənməsi, köçürüləcək əhalinin təhlükəsizliyinin təmini, yeni iş yerlərinin yaradılması, sənaye və iaşə obyektlərinin istifadəyə verilməsi zəruridir. Cənab Prezidentimizin vurğuladığı kimi, Zəngilan rayonunda başlanan “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri bütövlükdə, Qarabağın işğaldan azad edilmiş regionlarında reallaşdırılacaq. Ağdamın Baş Planı artıq hazırdır. Nəticə etibarilə, biz çox qısa zamanda böyük işlərə imza ata bildik. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin quruculuq bacarığının növbəti əməli sübutudur”.
Milli Məclisin deputatı Vüqar Bayramov da Azərbaycan dövlətinin işğaldan azad edilən ərazilərdə bərpa işlərini ardıcıllıqla və planlı şəkildə həyata keçirdiyini söyləyib. Millət vəkili qeyd edib ki, çoxlarına sentyabrda Füzuli Beynəlxalq Hava Limanının artıq təyyarələri qəbul edəcəyi bir arzu, xəyal kimi görünürdü. Artıq beynəlxalq hava limanında tamamlanma işləri aparılır: “Cəmi 9 ay ərzində Füzuli Hava Limanı inşa edildi və artıq uçuşları qəbul edə bilir. Füzuli aeroportu dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanını “Qarabağın hava qapısı” elan edib. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanının istifadəyə verilməsi bir tərəfdən Qarabağın, digər bölgələrimizin, eyni zamanda, daha geniş anlamda dünya ilə əlaqələrinin daha da genişləndirilməsinə imkan verəcək. Nəticə etibarilə, bir daha vurğulanmalıdır ki, Azərbaycan dövləti Qarabağın dirçəlməsi, vətəndaşlarımızın öz doğma yurdlarına qayıtması üçün bütün gücünü səfərbər edib”.
Pərviz Sadayoğlu
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxElm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13

