Azərbaycan demokratik inkişaf yolunda əmin addımlarla irəliləyir
16.07.2021 [08:45]
Tahir Kərimli: Müstəqilliyimizin əldə olunmasından ötən 30 ildə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində çox mühüm nailiyyətlər əldə edilib
Müasir dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu demokratik inkişafın mühüm tərkib hissəsi kimi çıxış edir. Bu kontekstdə Azərbaycan təcrübəsi də müsbət nümunə kimi diqqəti cəlb edir. Yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində qazanılan uğurlar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Belə ki, Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox böyük addımlar atıb və müsbət nəticələr əldə edib.
Vurğulandığı kimi, hüquqi dövlət anlayışının əsas komponentlərindən sayılan vətəndaş cəmiyyəti quruculuğu ölkəmizdə də mühüm tarixi inkişaf yolu keçib. İctimai sektorun inkişafı üçün zəruri hesab olunan məqsəd və hədəflər, prioritetlər düzgün müəyyənləşdirilib, bu sahədə beynəlxalq təcrübə diqqətlə öyrənilib. Ölkəmizdə QHT sektorunun fəaliyyətini tənzimləyən hüquqi əsas 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasıdır. Konstitusiyanın 58-ci maddəsi hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı, bu birliklərin sərbəst fəaliyyətinə tam təminat verir. 2000-ci ildə qəbul edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanun isə qeyri-hökumət təşkilatlarına aid əksər məsələlərə aydınlıq gətirir.
Ölkəmizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı prosesi ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli bildirib ki, Azərbaycanda həyata keçirilən siyasi kurs hüquqi dövlətin möhkəmləndirilməsi, o cümlədən də vətəndaş cəmiyyətinin inkişafı üçün zəmin yaradıb. T.Kərimli qeyd edib ki, ölkə Konstitusiyası hüquqi dövlət quruculuğu prosesinin əsasını təşkil edir: “Bu mənada, Azərbaycan Konstitusiyası öz demokratikliyi ilə seçilir. Əsas qanunun müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir. Bundan başqa, Milli Məclisdə İnsan hüquqları komitəsinin, həmçinin respublikamızda Ombudsman Aparatının fəaliyyəti ölkəmizdə demokratik prinsiplərə hörmətin göstəricisidir. Hətta qeyd etmək yerinə düşər ki, Azərbaycan tolerantlıq nümunəsi olaraq dünyanın aparıcı ölkələrini heyran qoyub. Ölkəmizdə dini, irqi, etnik baxımdan ayrı-seçkilik yoxdur və Konstitusiya ilə bütün ölkə vətəndaşları qanun qarşısında eyni məsuliyyəti daşıyır. Digər tərəfdən, ölkəmizdə söz və mətbuat azadlığının mövcud olması Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur”.
Tahir Kərimli deyib ki, müstəqilliyimizin əldə olunmasından ötən 30 ildə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində çox mühüm nailiyyətlər əldə edilib: “Aparılan islahatlar, dinamik sosial-iqtisadi inkişaf ilə paralel surətdə cəmiyyətin demokratikləşməsi və vətəndaş fəallığının artması yönündə atılan addımlar III sektor adlanan vətəndaş cəmiyyətinin də inkişafına mühüm töhfələr verib. 2007-ci ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qəbul olunan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası, 2008-ci ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu qəbildən olan addımlardandır. Bu ilin aprelində cənab Prezidentimizin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradıldı və onun Nizamnaməsi təsdiq olundu. Artıq Agentliyin fəaliyyəti yeni dövrün tələb və standartlarına uyğunlaşdırılıb. Bütün bunların hər biri ölkəmizdə vətəndaş cəmiyyətinə göstərilən diqqətdən irəli gəlir ki, bu da özlüyündə hüquqi dövlət quruculuğu prosesinin uğurla davam etdirilməsinin göstəricisidir”.
Millət vəkilinin sözlərinə görə, ölkəmizin keçdiyi inkişaf yolunun təhlili bir daha göstərir ki, sosial-iqtisadi inkişafın və hüquqi dövlət quruculuğunun fundamental şəkildə inkişaf etdirilməsi davamlı hal alıb: “Ölkəmiz intensiv inkişaf dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə ölkəmizdə milli və siyasi həmrəyliyin inkişafı, vətəndaş birliyinin təmin olunmasına məhz hüquqi dövlət quruculuğu prosesinin uğurlu olmasının və davamlı xarakter daşıyan milli inkişafın təzahürlərindəndir”.
Nəticə etibarilə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində çox mühüm nailiyyətlər əldə edən, müsbət nümunə yaradan Azərbaycan demokratik inkişaf yolunda əmin addımlarla irəliləyir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31

