/ / Regional inkişaf proqramlarının uğurla icra edilməsi Azərbaycanın bölgələrində yeni müsbət reallıqlar yaradıb
Regional inkişaf proqramlarının uğurla icra edilməsi Azərbaycanın bölgələrində yeni müsbət reallıqlar yaradıb
16.10.2020 [08:45]
“Yeni Azərbaycan” qəzetinin onlayn formatda keçirdiyi “dəyirmi masa”da bildirilib ki, müvafiq Dövlət proqramları üzrə nəzərdə tutulan layihələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi sayəsində ölkəmizin bütün bölgələrinin tarazlı inkişafı təmin olunur, regionlar iqtisadi güc amilinə çevrilir
Son 17 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icra edilməsi ölkəmizin dinamik və hərtərəfli inkişafını şərtləndirən çox mühüm amil qismində çıxış edib. Regional inkişaf proqramları respublikamızın bütün bölgələrini əhatə edir. Xatırlatmaq yerinə düşər ki, indiyədək ölkəmizdə üç regional inkişaf proqramının icrası başa çatıb və hazırda 2019-2023-cü illəri əhatə edən növbəti Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin edilir. Regional inkişaf proqramları üzrə nəzərdə tutulan layihələrin vaxtda və yüksək keyfiyyətlə yerinə yetirilməsi sayəsində ölkəmizin bütün bölgələrinin tarazlı inkişafı təmin olunur, regionlar da iqtisadi güc amilinə çevrilir.
Yeri gəlmişkən, bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) müvafiq layihəsi çərçivəsində “Yeni Azərbaycan” qəzetinin redaksiyasında “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla icra edilməsi Azərbaycanın bölgələrində yeni müsbət reallıqlar yaradıb” mövzusunda keçirilən onlayn “dəyirmi masa”da da bəhs olunan Dövlət proqramının icrası ilə bağlı geniş müzakirələr aparılıb. Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov, Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Rauf Quliyev və YAP Şabran rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Bağırzadə təmsil etdikləri bölgələrdə Dövlət proqramları çərçivəsində görülən işlərdən ətraflı bəhs ediblər.
Son 17 ildə Siyəzən rayonunun iqtisadiyyatı uğurla inkişaf edib
“Dəyirimi masa”da söz alan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, ölkəmizdə regional inkişaf proqramlarının qəbul edilməsi təşəbbüsünü dövlətimizin başçısı İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə prezident seçkilərinə qatılarkən Özünün təbliğat-təşviqat kampaniyası çərçivəsində irəli sürmüşdü. Praqmatik siyasətçi olan cənab İlham Əliyev xalqın yüksək etimadını qazanaraq Prezident seçildikdən sonra Öz vədinə sadiq qaldı və müvafiq Fərmanla regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramını imzaladı. Dövlət proqramları qəbul edilərkən yerlərdən gələn təkliflərin, həmçinin bölgələrdə tarixən formalaşan ənənələrin, əmək ehtiyatlarının nəzərə alınması onların uğurlu icrasını təmin edir.
“Regional inkişaf proqramlarının uğurla yerinə yetirilməsi, həmçinin Siyəzən rayonunda da iqtisadi imkanların artmasına, müasir infrastruktur quruculuğuna, abadlıq-quruculuq işlərinin miqyasının genişlənməsinə öz müsbət təsirini göstərib. Son 17 ildə rayonun iqtisadiyyatı uğurla inkişaf edib, qarşıya qoyulan bütün vəzifələr icra olunub, iqtisadiyyatın əsas sahələri üzrə ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 312756,3 min manata çataraq 2003-cü il ilə müqayisədə 12,3 dəfə artıb. Bəhs olunan dövrdə rayonda sənaye müəssisələri, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2003-cü il ilə müqayisədə 3,1 dəfə artaraq 33733,4 min manat təşkil edib. Mədənçıxarma sənayesində 3233,8 manatlıq məhsul istehsal edilib, o cümlədən natural ifadədə 51,0 min ton və ya 2003-cü il ilə müqayisədə 4,9 faiz çox neft hasil olunub. Emal sənayesində faktiki qiymətlərlə 21564,4 min manatlıq məhsul istehsal edilib ki, bu da 2003-cü il ilə müqayisədə 460,7 dəfə çoxdur. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə sənaye xarakterli xidmətlərin həcmi 2003-cü il ilə müqayisədə 9,9 dəfə artaraq 7973,5 min manata çatıb. Sənaye fəaliyyəti ilə məşğul olan muzdlu işçilərin orta aylıq əmək haqqı 2003-cü il ilə müqayisədə 9,2 artaraq 812,2 manat təşkil edib. Son 17 ildə rayon üzrə bütün maliyyə mənbələri hesabına 30243,8 min manatlıq əsas fondlar istifadəyə verilib ki, bu da 2003-cü il ilə müqayisədə 12,5 dəfə çoxdur”, - deyə Etibar Heydərov bildirib.
Fikirlərinə davam edən E.Heydərov qeyd edib ki, rayonun iqtisadiyyatında kənd təsərrüfatının da xüsusi çəkisi var. Onun sözlərinə görə, bəhs olunan dövrdə Siyəzən rayonunda 101794,1 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu göstərici 2003-cü il ilə müqayisədə 9 dəfə çoxdur.
Dövlət proqramlarının icra edildiyi dövrdə Şəmkir rayonunda məhsul buraxılışı 6,7 dəfə artıb
“Şəmkir rayonunda 2003-cü ilə nisbətdə 2019-cu ildə məhsul buraxılışı 6,7 dəfə, sənaye 4,1 dəfə, kənd təsərrüfatı 5,1 dəfə, əsas kapitala yönəldilmiş vəsait 19,4 dəfə, ondan tikinti-quraşdırma işləri 19,2 dəfə artıb. Bəhs olunan dövrdə rayon üzrə 22982-si daimi olmaqla 61041 yeni iş yeri açılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırığa uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətində rayon iqtisadiyyatına investisiya qoyuluşunun həcminin artırılması ilə bağlı bir sıra işlər görülüb. Sahibkarlığın inkişafına yaradılmış əlverişli şərait nəticəsində 2020-ci ilin 6 ayı ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, tikinti, ticarət və digər xidmət sahələrinə 23 milyon 384 min 110 manat investisiya qoyuluşu həyata keçirilib. Qeyd olunan layihələrin reallaşması nəticəsində 825 yeni iş yerinin yaradılması təmin olunub”.
Bu fikirləri “dəyirmi masa”da söz alan Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Rauf Quliyev ifadə edib. R.Quliyev son vaxtlarda Şəmkir rayonunda müasir təsərrüfatların yaradılmasının geniş vüsət aldığına diqqət çəkib. Onun sözlərinə görə, 42 358 ha-da “Pasha Holding”in aqroparkı yaradılıb, 671 ha sahədə “pivot” suvarma sistemi quraşdırılıb, həmin sahədə buğda, şəkər çuğunduru, qarğıdalı və s. əkinlər həyata keçirilib. Eyni zamanda, 5 min ha sahədə “Azərtoxum” MMC-nin aqroparkı yaradılıb. 500 ha-dan 1750 ton (35,0 sent/ha) buğda istehsal edilib. Son vaxtlarda fəaliyyətə başlayan “Şəmkir Aqropark”ı 605 ha sahəni əhatə edir. Aqroparkda “damcılama” suvarma sistemi quraşdırılıb, logistik mərkəz tikilib, 80 ha-dan 144 ton (18,0 sent/ha) günəbaxan və 30 ha-dan 750 ton (250,0 sent/ha) soğan istehsal edilib, 50 ha-da meyvə bağı salınıb.
R.Quliyevin sözlərinə görə, müvafiq Dövlət proqramları çərçivəsində rayonda infrastruktur quruculuğu da geniş vüsət alıb. “Şəmkir şəhərinin su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə kanalizasiya infrastrukturunun yaradılması” layihəsinin icrasına 2011-ci ildə başlanıb və 10.09.2013-cü ildə ölkə başçısının iştirakı ilə ilk suyun verilməsi mərasimi keçirilib. İndiyədək içməli su şəbəkəsində işlərin 96,0%-i, kanalizasiya şəbəkəsində isə 70,0%-i başa çatdırılıb.
“Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi rayonumuz üçün böyük əhəmiyyət daşıyır. Əlamətdar haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev 03.03.2020-ci il tarixdə rayon ərazisində əsaslı təmir olunmuş yolun və “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin açılışında şəxsən iştirak edib və Özünün xeyir-duasını verib. Hazırda rayonumuzda bir sıra infrastruktur layihələrinin icrası intensiv şəkildə davam etdirilir”, - deyə R.Quliyev əlavə edib.
Şabran rayonunda sosial infrastruktur quruculuğunda Heydər Əliyev Fondu yaxından iştirak edir
Onlayn “dəyirmi masa”da söz alan YAP Şabran rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Bağırzadə əvvəlcə rayon barəsində ümumi məlumat verib. O bildirib ki, Şabran rayonunun ərazisi 1,09 min kv.km-dir. Rayonda 1 şəhər və 67 kənd var. Əhalisi 59,4 min nəfərdir.
Rayonun sosial-iqtisadi inkişafı barədə məlumat verən F.Bağırzadə deyib: “Regional inkişaf proqramlarının icra edildiyi son 17 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 6 dəfə Şabran rayonuna səfərə gəlib və bir sıra obyektlərin açılışında şəxsən iştirak edib. Eyni zamanda, dövlət başçısının imzaladığı çoxsaylı sərəncamlarla rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, müxtəliftəyinatlı infrastruktur obyektlərinin tikintisinə, xalça istehsalı emalatxanasının inşasına, çoxmənzilli binanın dam örtüyünün təmirinə, Çıraqqala dövlət qoruğunun bərpası və konservasiyasına böyük həcmlərdə maliyyə vəsaiti ayrılıb”.
F.Bağırzadə “dəyirmi masa”dakı çıxışında regional inkişaf proqramları çərçivəsində Şabran rayonunda reallaşdırılan infrastruktur layihələrindən də geniş bəhs edib. Onun bildirdiyinə görə, rayon üzrə yaşayış məntəqələrinin 50%-i və ev təsərrüfatlarının 86,5%-i qazlaşdırılıb, 29 yaşayış məntəqəsinin elektrik təsərrüfatı yenidən qurulub, 19 məntəqədə işlər davam etdirilir. Rayonda Heydər Əliyev Mərkəzi inşa edilib, Ulu Öndərin abidəsi ucaldılıb, Ümummili Liderin adını daşıyan park yenidən qurulub. Bəhs olunan dövrdə Şabran rayonunda 80 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, əlil və şəhid ailələri üçün ümumilikdə 44 mənzilli 3 yaşayış binası və 5 fərdi yaşayış evi, Bayraq Meydanı, Uşaq Yaradıcılıq Mərkəzi, Kitab evi, Poeziya evi, Ağsaqqallar evi, YAP üçün yeni inzibati bina, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran filialının binası inşa edilib, Tarix-diyarşünaslıq muzeyi, 330 yerlik Mədəniyyət Sarayı əsaslı təmir olunub, Quşçuluq müəssisəsi, Şərab zavodu, “Elit” toxumçuluq təsərrüfatı və “Aqrotexservis” istifadəyə verilib.
F.Bağırzadə onu da əlavə edib ki, bəhs olunan dövrdə rayonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə ümumilikdə 5 məktəb, o cümlədən 80 yerlik Giləvar kənd ümumi, hər biri 100 şagird yerlik olan Qorğan, Zeyvə, Pirəmsən kənd və 200 yerlik Sincanboyad kənd tam orta məktəb binaları inşa edilərək istifadəyə verilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19

