/ / Regionlarda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində mühüm tədbirlər həyata keçirilir
Regionlarda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində mühüm tədbirlər həyata keçirilir
19.02.2020 [09:46]
Avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan dünyada 27-ci yerdədir və ölkəmiz bu göstəriciyə görə bir çox inkişaf etmiş ölkələri qabaqlayır
Regionun əsas iqtisadi güc mərkəzi olan Azərbaycanın inkişafını şərtləndirən əsas faktorlardan biri ölkəmizin regionlarının yüksək dinamik inkişafıdır. 2003-cü ildən icrasına başlanılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, bu gün bütün şəhər və rayonlarımızda müasir standartlara cavab verən güclü infrastur formalaşdırılıb, əhalinin sosial müdafiəsinin təşkili istiqamətində effektiv tədbirlər görülüb, yüzminlərlə yeni iş yerləri yaradılıb, əhalinin maddi gəlirləri əsaslı şəkildə artıb. Faktiki olaraq, Azərbaycanın regionları ölkə iqtisadiyyatının inkişafında lokomotiv rolunu oynayır. Bu isə birbaşa o reallığı ifadə edir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs ölkəmizin inkişafını təmin etməklə, respublikamızın iqtisadi potensialının da artmasını şərtləndirib. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi isə öz növbəsində sosial infrastruktur layihələrinin həyata keçirilməsinə və ölkəmizin güclü, müasir infrastruktura malik ölkəyə çevrilməsinə imkan verib.
Məlumdur ki, müasir yolların salınması, mövcud olanların isə ən yüksək səviyyədə yenidən qurulması, yeni yol qovşaqlarının yaradılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Azərbaycanın yüksəksəviyyəli müasir infrastruktur quruculuğu siyasəti bütün ölkə boyu mövcud yolların əsaslı şəkildə yenidən qurulmasında, həmçinin yeni yolların çəkilməsində qabarıq şəkildə nəzərə çarpır. Respublikamızda 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı çoxsaylı tədbirlər nəzərdə tutulub və tam əminliklə söyləmək olar ki, bu işlər yüksək səviyyədə tamamlanıb. Belə ki, 2004-cü ildən bəri respublikamızda 16 min 700 kilometr avtomobil yolu çəkilib. Hazırda ölkəmizi bütün qonşu ölkələrlə müasir avtomobil magistralları birləşdirir. Bu gün ölkəmiz müasir yol qovşaqları, yeni yol-nəqliyyat infrastrukturu ilə nəinki regionun, ümumilikdə dünyanın aparıcı ölkələri sırasındadır. Azərbaycanda icra olunan yol layihələri istər miqyası, istər əhəmiyyəti, istərsə də keyfiyyəti ilə seçilir. Lakin Azərbaycan bu sahədə qazandığı nailiyyətlərlə kifayətlənmir.
Ötən il 1300 kilometr avtomobil yolu salınıb
Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində yeni hədəf müəyyənləşdirilib ki, bu da bütün ölkə boyu kənd yollarının abadlaşdırılması ilə bağlıdır. Hər il Dövlət proqramlarına yüzlərlə kəndin yollarının abadlaşdırılması, o cümlədən magistral yolların tikintisinin davam etdirilməsi ilə bağlı məsələlər daxil edilir. Dövlət başçısı İlham Əliyev də bütün müvafiq dövlət qurumları qarşısında bu vəzifəni müəyyən edib ki, respublikamızda bir dənə də olsun abadlaşdırılmayan kənd yolu qalmamalıdır, bütün yaşayış məntəqələrində insanlar rahat yollarla təmin edilməlidirlər. İndiyədək ölkə ərazisində yüzlərlə kənd yolu abadlaşdırılıb. Ölkənin iqtisadi potensialı, maliyyə imkanları genişləndikcə dövlət bu sahəyə yönəldilən investisiyaların həcmini də artırır. Hazırda da respublikamızın, demək olar ki, bütün regionlarında müasir səviyyədə yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən bu işlərin həyata keçirilməsi üçün dövlət lazımi qədər vəsait ayırıb.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işlər ötən il də uğurla davam edib. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində də bildirib ki, ötən bir il ərzində 1300 kilometr avtomobil yolu salınıb: “Min kilometr nəzərdə tutulmuşdu. Ancaq il ərzində rayonlara səfərlərim zamanı mənə edilən müraciətlər, sonra vətəndaşlar tərəfindən ünvanlanan məktublar əsasında biz əlavə 300 kilometr yolun çəkilişinə nail olduq. Avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan dünyada 27-ci yerdədir, bir çox inkişaf etmiş ölkələri qabaqlayır. Əminəm ki, görüləcək işlər nəticəsində daha da irəli gedəcəyik”.
Son dövrlərdə Kürdəmir rayonunda investisiya xərcləri hesabına 3 yol layihəsi icra olunub
Beləliklə, ölkəmizin yol-nəqliyyat infrastrukturunun yenilənməsi və ən müasir standartalr çərçivəsində qurulması ilə bağlı nəzərdə tutulan vəzifələrin uğurla icra olunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. Son olaraq Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Görülən işlər barədə dövlət başçısına məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib ki, son dövrlərdə Kürdəmir rayonunda investisiya xərcləri hesabına 3 yol layihəsi icra olunub. Həmin layihələrdən birincisi Pirili-Muradxan-Sor-Sor yoludur ki, 33 kilometrdir. Öz başlanğıcını 2 nömrəli Bakı-Kürdəmir-Yevlax avtomobil yolundan götürür və respublika əhəmiyyətli Ağsu-Kürdəmir-İmişli yoluna birləşir. İmişli yolunun 184-cü kilometrindən başlayır və 29 kilometr davam edir, 4 kilometr isə Muradxanlı kəndinə gedən qoldur. Yol 4-cü texniki dərəcəyə aiddir. Bu, 6 yaşayış məntəqəsinin 7 min əhalisinin yol şəraitinin yaxşılaşması deməkdir. İkinci yol layihəsi isə 37 kilometr uzunluğunda Karrar-Böyük Kəngərli yolu olub. Bu yol 7 yaşayış məntəqəsinin 6 min əhalisinə xidmət edir. 70-80 il torpaq yol olan həmin yolda, nə asfalt, nə də çınqıl örtüyü olub. Ötən əsrin 60-cı illərində tikilmiş körpü də bərpa olunub. Saleh Məmmədovun sözlərinə görə, üçüncü yol isə Kürdəmiri Ağsu yolu ilə birləşdirir.
Yeri gəlmişkən, qeyd edək ki, respublika əhəmiyyətli Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 53-cü kilometrindən ayrılan 42 kilometr uzunluğa malik Zərdab avtomobil yolunun yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə davam etdirilir. 35 min əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Zərdab avtomobil yolunda aparılan torpaq işləri artıq yekunlaşmaq üzrədir. Yolboyu yeni yol yatağı inşa edilib, müxtəlif diametrli yeni suötürücü borular, həmçinin kollektor su keçdiləri tikilir. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yol əsası hazır olan hissələrdə isə yola asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri 250 min kvadratmetrdən çox sahəni əhatə edəcək.
Sonda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün siqnal dirəkləri, kilometr göstəriciləri, yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol xətlənməsi işləri aparılacaq, yol birləşmələri təmir ediləcək, 41 avtobus dayanacağı qurulacaq. Kürdəmir-Zərdab yolunun yenidən qurulması işləri bu ilin sonunadək başa çatacaq.
Avtomobil yolunun yenidən qurulması ilə Kürdəmir və Zərdab rayonları arasında nəqliyyat əlaqəsi yaxşılaşdırılacaq, yolboyu yaşayan sakinlərin hər iki rayon istiqamətində rahat hərəkəti təmin olunacaq.
“Növbəti yol isə başlanğıcını Bakı-Ələt magistralının 197-ci kilometrliyindən götürən Qarasu-Şilyan yoludur. Uzunluğu 14 kilometr olan bu yol da Sizin 2019-cu ildə imzaladığınız Sərəncam əsasında tikilib. Bu yolun cəmi 2 kilometrlik hissəsi soyuq asfalt örtüklü olub. İndi asfalt örtüyünün qalınlığı 12 santimetr olan yol çəkilib və 8 min əhaliyə xidmət edir”, - deyə S.Məmmədov qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 17-də “Hacıqabul rayonunun Hacıqabul-Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Otuz iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hacıqabul-Muğan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Balakən rayonunda kəndlərarası avtomobil yolunun yenidən qurulmasına başlanılıb
Ümumiyyətlə, qeyd etdiyimiz kimi, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması üzrə işlər respublikamızın bütün regionlarını əhatə edir. O cümlədən Balakən rayonunda da müvafiq tədbirlər uğurla həyata keçirilir. Hazırda Balakən rayonunda uzunluğu 39,2 kilometr olan və başlanğıcını Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 155-ci kilometrindən götürən Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa kəndlərarası avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni 2 metr olmaqla ümumi eni 10 metr təşkil edir. Hazırda yolboyu deformasiyaya uğramış hissələr bərpa olunur, zəruri olan yerlərdə yeni yol yatağı 10 metrə qədər genişləndirilərək yeni yataq inşa edilir, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri də aparılır.
(davamı növbəti sayımızda)
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15

