Regionların inkişafında sahibkarlara verilən dəstək də mühüm rol oynayır
22.07.2017 [09:53]
2017-ci ilin birinci yarısında sahibkarlara 63,3 milyon manat güzəştli kredit verilib
Məlum olduğu kimi, ölkəmizdə 2004-cü ildən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Bu da səbəbsiz deyil. Belə ki, sözügedən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Məhz bu sadalananların nəticəsidir ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır.
Digər tərəfdən, bu da vurğulanmalıdır ki, regionların sosial-iqtisadi inkişafına sahibkarlar da öz töhfələrini verirlər. Təbii ki, bu prosesdə dövlətin sahibkarlara dəstəyi də xüsusi rol oynayır. Belə ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlara güzəştli kreditlər verilir. Bu kreditlər hesabına iş adamlarımız bölgələrdə yeni təsərrüfatlar və müəssisələr yaradırlar. Bu məsələ ilə əlaqədar mütəmadi olaraq regionlarda tədbirlər keçirilir, iş adamlarına güzəştli kreditlər verilir.
Məsələn İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iyulun 20-də Oğuz rayonunda keçirdiyi forumda müvəkkil kredit təşkilatları vasitəsilə Oğuz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 515 min manat güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kreditlər əsasən heyvandarlıq, tütünçülük, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək. İşgüzar forum çərçivəsində sahibkarlarla müzakirələr aparılıb, fond tərəfindən Oğuz rayonunun iqtisadi potensialına uyğun olaraq, iri fermer, cins heyvandarlıq, tütünçülük, üzümçülük, bağçılıq və arıçılıq təsərrüfatlarının, meyvəqurutma və pendir istehsalı müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinın təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 2215 investisiya layihəsinin maliyyələşdirilməsinə 99,6 milyon manat güzəştli kredit verilib.
Forumda vurğulanıb ki, Şəki-Zaqatala iqtisadi rayonu üçün ənənəvi sahələrdən olan tütünçülüyün inkişafına dövlət maliyyə dəstəyi göstərilir. Ümumilikdə, indiyədək tütünçülüyün inkişafı ilə bağlı 120-yə yaxın sahibkara 2,4 milyon manatdan çox güzəştli kredit ayrılıb. Tədbir çərçivəsində Oğuzda güzəştli kredit ayrılan tütünçülük təsərrüfatına və qarğıdalı əkini sahəsinə baxış keçirilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iyulun 6-da İsmayıllı rayonunun Təzəkənd kəndində keçirdiyi işgüzar forumda isə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,5 milyon manat güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kreditlər əsasən heyvandarlıq, müalicə-sağlamlıq mərkəzinin tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə layihələrin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradacaq. Ümumilikdə isə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 69,3 milyon manat güzəştli kredit verilib.
Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib. İşgüzar forumda İsmayıllı rayonunun iqtisadi potensialına uyğun olaraq intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, 2017-ci ilin birinci yarımilliyi ərzində 690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 2300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bu dövrdə verilən güzəştli kreditlərin 76 faizi ölkə regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin payına düşür.
Forum çərçivəsində İsmayıllının Kürdmaşı kəndində güzəştli kredit ayrılmış aqroparkda aparılan işlərə baxış keçirilib. Aqroparklar quşçuluq və heyvandarlığın xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, idxalı azaltmaqla kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsinə şərait yaradır.
Qeyd edək ki, artıq Xaçmaz rayonunda Yalama aqroparkında 1-ci mərhələ üzrə işlər başa çatdırılıb, Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər isə davam etdirilir. Bundan əlavə, Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarında da aqroparklar yaradılır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu aqroparkların yaradılmasına 76,1 milyon manat güzəştli kredit verilib.
Sahibkarlığa Kömək Milli Fondunun iyulun 13-də Masallı rayonunun Dəlləkoba kəndində keçirdiyi növbəti işgüzar forumda da müvəkkil kredit təşkilatları vasitəsilə Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 309 min manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər heyvandarlıq, üzümçülük, əkinçilik, çayçılıq, istixana təsərrüfatlarının, çörək və mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Ümumilikdə isə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Lənkəran iqtisadi rayonu üzrə 3100-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,1 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Masallının iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, onlara Fond tərəfindən rayonun iqtisadi potensialına uyğun olaraq hazırlanmış cins heyvandarlıq, kartofçuluq, istixana, intensiv bağçılıq və çayçılıq təsərrüfatlarının, meyvəqurutma müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.
Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlığın genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. 2017-ci ilin ötən dövrü ərzində 840 sahibkara 65,3 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 2600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.
Tədbir çərçivəsində Masallı rayonunda güzəştli kredit ayrılan çayçılıq təsərrüfatına və mebel istehsalı müəssisəsinə baxış keçirilib. Qeyd edək ki, indiyədək çayçılığın inkişafı ilə bağlı 14 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 10,7 milyon manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini də davam etdirir. Bu məqsədlə növbəti işgüzar forum Şəki rayonunda keçirilib. Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb. Şəki rayonunun iqtisadi potensialına uyğun olaraq, iri fermer, bağçılıq, cins heyvandarlıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbar, tütün emalı, süd emalı müəssisəsi və hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 2141 investisiya layihəsinin maliyyələşdirilməsinə 98,7 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, dövlət başçısının tütünçülüyün inkişafı ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahəyə dövlət maliyyə dəstəyi daha da gücləndirilib. Ümumilikdə, indiyədək tütünçülük sahəsində fəaliyyət göstərən 80-ə yaxın sahibkara 2 milyon manatdan çox güzəştli kredit verilib.
Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şəki və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 578 min manat güzəştli kredit verilib. Güzəştli kreditlər əsasən heyvandarlıq, bağçılıq, tütünçülük, çiyələk əkini və s. sahələrin inkişafına yönəldiləcək.
Qeyd edək ki, indiyədək Şəki rayonundan olan 474 sahibkara 28,6 milyon manat güzəştli kredit verilib. Tədbir çərçivəsində Şəkidə dövlətin güzəştli krediti ayrılan tütünçülük təsərrüfatına baxış keçirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30

