Ölkəmiz 2016-cı ilin 9 ayını da uğurlarla başa vurub
22.10.2016 [00:26]
Bəhs edilən dövrdə də Azərbaycanın bütün regionlarında iqtisadi və sosial proqramlar müvəffəqiyyətlə icra olunub
Son illər öz inkişafına görə fərqlənən, regionun lider dövləti olan Azərbaycan 2016-cı ilin 9 ayını da uğurlarla başa vurub. Daha dəqiq desək, Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasət nəticəsində uğurla inkişaf edən müstəqil Azərbaycan dövlətinin bəhs edilən dövrdə də dinamik inkişafı təmin edilib, beynəlxalq mövqeləri daha da möhkəmlənib, ölkəmizin bütün regionlarında iqtisadi və sosial proqramlar müvəffəqiyyətlə icra olunub. Və bu uğurlardan Şirvan bölgəsinə də pay düşüb. Bununla bağlı konkret faktlara keçməzdən öncə bildirək ki, Şirvan bölgəsi əsasən Dağlıq Şirvan iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarını əhatə etməklə Azərbaycanın mərkəz hissəsində - Şirvan düzündə yerləşir. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km olmaqla ölkə ərazisinin 7 faizini təşkil edir. İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür.
Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütubətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir. Neft, təbii qaz, yanar şist iqtisadi rayonun əsas sərvətləridir. İqtisadi rayonun dağlıq zonası müalicə və kurort əhəmiyyətli mineral sularla zəngindir. Tərkibi əsasən kükürdlə, hidrokarbonatla zəngin olan bulaqların suyundan müalicə və içmək məqsədi ilə istifadə edilir. Şirvan torpağı tarixən sənətkarlıq və toxuculuq mərkəzi olmuşdur. Lahıc qəsəbəsi özünün misgərlik məmulatları, Basqal kəndi isə xalq içində öz kəlağayısı ilə məşhurdur. Şamaxı şəhərində də ipək kəlağayı emalatxanaları fəaliyyət göstərir. Əksər kəndlər üçün xalçaçılıq ənənəvi sənətkarlıq növüdür.
Şirvan iqtisadi rayonu geniş nəqliyyat şəbəkəsinə malikdir. Bakı-Tbilisi dəmiryol magistralı MDB ölkələri ilə iqtisadi əlaqələr yaratmağa imkan verir. Dəmir yolunu magistral və yerli əhəmiyyətli avtomobil yolları tamamlayır. Ölkə paytaxtını qərb rayonları ilə birləşdirən Bakı-Qazax şose yolu rayon ərazisindən keçir.
Beləliklə, yuxarıda da vurğuladığımız kimi, ölkənin hər yerində olduğu kimi, Şirvan bölgəsində, o cümlədən bu bölgəyə daxil olan Şamaxıda da cari ilin doqquz ayı ərzində uğurlar əldə edilib. Rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə qeyd olunduğu kimi, hesabat dövründə rayonda bir sıra uğurlu nəticələr qazanılıb. Kənd təsərrüfatının rayon iqtisadiyyatında aparıcı sahə olduğu vurğulanaraq diqqətə çatdırılıb ki, cari mövsümdə Şamaxıda mühüm strateji məhsul olan taxıl istehsalı diqqət mərkəzində saxlanılıb, zəmilərdən 38095,9 ton məhsul götürülüb.
Müşavirədə vaxtilə Şamaxının respublikamızın ən böyük üzümçülük bölgələrindən birinə çevrildiyi və hazırda bu sahənin inkişafı istiqamətində ciddi işlərin getdiyi bildirilib. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahədə xüsusi əhəmiyyət daşıyır. Artıq rayonda plantasiyaların sahəsi 1632 hektara çatıb. Təkcə Meysəri kəndinin ərazisində hesabat dövründə 51 hektarda üzüm bağı, habelə 20 hektarda meyvə bağı salınıb. Doqquz ayda heyvandarlıq məhsulları istehsalı da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb, arı ailələrinin sayı 6866-ya çatıb.
Hesabat dövründə rayonda tikinti-quruculuq işləri sahəsində də bir sıra layihələr həyata keçirilib. Mədrəsə qəsəbəsində 380, Şərədil kəndində 80 şagird yerlik tam orta məktəb binaları istifadəyə verilib, Pirsaat çayının üzərində körpü tikilib. Hazırda Pirqulu-Dəmirçi, habelə 55 kilometrlik Şamaxı-Göylər-Padarçöl yolunda, Dəmirçidən İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gedən 22 kilometrlik yolda tikinti işləri davam etdirilir. Rayonda şəhid ailələri və əlillər üçün nəzərdə tutulan 36 mənzilli yaşayış binası, 100 yerlik uşaq bağçası-körpələr evi inşa olunur.
Doqquz ayda Şamaxıya 94700 nəfər turist gəlib ki, bu da ötən illə müqayisədə xeyli çoxdur. Rayonda 3 beşulduzlu otel, 22 turist istirahət mərkəzi var və hazırda Pirqulu zonasında yeni turizm obyekti inşa edilir. Müşavirədə təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlər, əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təminatı, bu sahələrdə görüləcək işlər barəsində də ətraflı danışılıb.
Cari ilin 9 ayı Ağsu rayonu üçün də uğurlarla yadda qalıb. Belə ki, bəhs edilən dövrdə 35198 hektar sahədən 105950 ton taxıl, 4081 ton tərəvəz, 4120 ton bostan, 1230 ton kartof istehsal edilib. Bu isə keçən illə müqayisədə çoxdur. Heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər də ötən ildəkindən artıqdır. Ümumiyyətlə, hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 128 milyon 341,1 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çoxdur.
Hesabat dövründə təkcə abadlaşdırma işlərinə 897,5 min manat vəsait sərf edilib. Yerli əhəmiyyətli 29 kilometrlik Çaparlı-Cəfərli avtomobil yolunun təmirinə başlanılıb. Təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı istiqamətində xeyli işlərin görüldüyü diqqətə çatdırılıb, habelə qarşıda duran həlli vacib məsələlərdən danışılıb.
Bölgənin digər rayonu Qobustanda hesabat dövründə ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrünə nisbətən 15,9 faiz artaraq 98 milyon 31,2 min manat təşkil edib. Bu artım kənd təsərrüfatında 18,2 faiz, o cümlədən bitkiçilikdə 23,9 faiz, heyvandarlıqda 15,5 faiz olub. Qeyd edək ki, Qobustan aqrar rayondur, ümumi məhsul buraxılışında bu sahənin xüsusi çəkisi 45 faizdir. Cari mövsümdə 24645 hektar sahədən 55 min 43 ton taxıl istehsal edilib.
Aqrar sektorda aparıcı sahələrdən olan heyvandarlıqda da diqqətəlayiq nəticələr əldə edilib. Mal-qaranın və davarların baş sayı artıb, heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Bu müddətdə ət istehsalı 2,2 faiz artaraq 4425 tona, süd istehsalı 2,3 faiz artaraq 13264 tona çatıb. Yun və yumurta istehsalı da çoxalıb.
Eyni zamanda, hesabat dövründə rayonda tikinti-quruculuq və abadlıq işləri sahəsində bir sıra layihələr həyata keçirilib. Belə ki, Qobustan şəhərində 100 yerlik uşaq bağçası-körpələr evi inşa edilib, inventar və avadanlıqlarla tam təmin olunub. Yataq əlili olan Zümrüd Kərimova üçün 2 otaqlı yaşayış evinin, üç nəfər Qarabağ müharibəsi əlili və bir şəhid ailəsi üçün fərdi mənzillərin, Cəmcəmli kəndində tibb məntəqəsinin, 50 çarpayılıq mərkəzi xəstəxananın və s. tikintisi davam etdirilir.
Yeri gəlmişkən, respublikamızın digər bölgələri kimi Qobustan rayonu da Prezident İlham Əliyevin qayğısı ilə əhatə olunub. Bu il dövlətimizin başçısının sərəncamları ilə 15 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisinin başa çatdırılması nəzərdə tutulub, həmçinin Təklə Mirzəbaba kəndində 1 ədəd subartezian quyusunun qazılması üçün maliyyə vəsaiti ayrılıb.
Prezident İlham Əliyevin bu il avqustun 10-da İsmayıllı rayonuna səfəri, velosiped zavodunun açılışı zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşü, bölgənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən tapşırıq və tövsiyələri rayonun ictimai-mədəni, sosial-iqtisadi həyatında dərin iz buraxıb. Ölkə başçısı sakinlərlə görüşü zamanı qeyd edib ki, İsmayıllı sürətli inkişaf dövrünü yaşayır. Burada turizm sektorunun, kənd təsərrüfatının və emal sənayesinin inkişafı sürətlə getməlidir. Bir qarış torpaq sahəsi istifadəsiz qalmamalıdır. Kiçik və orta sahibkarlıq inkişaf etdirilməli, kiçik ailə təsərrüfatları yaradılmalıdır. Arıçılıq inkişaf etdirilməli, minlərlə hektar sahədə fındıq bağları əkilməlidir. Qədim tarixə malik olan xalçaçılıq sənəti İsmayıllıda qorunmalı və inkişaf etdirilməlidir. Girdimançayın üzərində 10 meqavat gücündə yeni su elektrik stansiyası tikilməlidir. Əlbəttə, ölkə başçısının tövsiyə və tapşırıqları İsmayıllının gələcək inkişafının aydın proqramıdır.
Bütün bunlar avqustun 19-da İsmayıllıda keçirilən cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasda səsləndirilib. İstər rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun məruzəsində, istərsə də müzakirələrdə doqquz ayın rayonda uğurlu nəticələrlə başa çatdığı bildirilib. Bu müddətdə 132 milyon 559,6 min manat məbləğində ümumi məhsul istehsal olunub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 milyon manat çoxdur. Hesabat dövründə əsas kapitala 18 milyon 400 min manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artıq investisiya qoyulub.
Hesabat dövründə tikinti-quruculuq işləri sahəsində xeyli tədbirlər həyata keçirilib. Yaşayış evləri, inzibati binalar, yollar tikilib və ya əsaslı təmir olunub. M.F.Axundov küçəsində iki 9 mərtəbəli yaşayış binasının, Keyvəndi kəndində “AZZA Aqro” MMC tərəfindən 1500 başlıq iri heyvandarlıq təsərrüfatının, Qalınçaq kəndində “Şən Fermer” MMC tərəfindən hindtoyuğu əti istehsal ediləcək fabrikin, İsmayıllı şəhəri ərazisində meyvə-tərəvəz emalı və qablaşdırılması müəssisəsinin, “Muğan bank” ASC-nin inzibati binasının, “Günəş-park” istirahət mərkəzinin, Tircan kəndi ərazisində “Zəngəzur” istirahət və əlillərin reabilitasiya mərkəzinin tikintisi davam etdirilib.
İsmayıllı şəhərində “Yaşıl market” ticarət kompleksinin tikintisi başa çatdırılıb və istismara hazır vəziyyətə gətirilib. “Yaşıl market”in nəzdində mərkəzləşdirilmiş ət kəsim sexinin tikintisi başa çatdırılıb. Sexin işə salınması istiqamətində iş aparılır.
Xanagah kəndi yaxınlığında dam örtüklərinin istehsalı üçün nəzərdə tutulan zavod və Talış kəndində iş adamı tərəfindən gündəlik istehsal gücü 1 ton olan pendir istehsalı sexi istifadəyə verilib.
İsmayıllı şəhərində Xalça fabrikinin, Heydər Əliyev prospektində 3 ulduzlu otelin tikintisinə başlanılıb.
Rayonun iqtisadiyyatında kənd təsərrüfatı əsas yer tutur. Hesabat dövründə müqayisəli qiymətlərlə 71 milyon 488,8 min manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da rayonda istehsal edilən ümumi məhsulun 59,3 faizini təşkil edir. Taxılçılıq, heyvandarlıq sahələrində diqqətəlayiq nəticələr əldə olunub. Cari mövsümdə Qurbanəfəndi, Topçu, Qalınçaq və Təzəkənd kəndlərində 5 hektar sahədə tütün yetişdirilib və indiyədək 1335 kiloqram tütün yarpağı qəbul məntəqəsinə təhvil verilib. Yarpaq dərimi davam edir.
Ölkə başçısının tapşırıq və tövsiyələrinə əsasən rayonda 2 min hektar sahədə fındıq bağlarının salınması nəzərdə tutulub. Artıq bu istiqamətdə tədbirlər görülür.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

