Təcili tibbi yardım xidmətində yenilik!
20.12.2025 [10:38]
Rəqəmsal platforma yaradılır...
Cəmiyyətin sabitliyi, əmin-amanlığı, təhlükəsizliyi və hərtərəfli inkişafı üçün sosial, iqtisadi və siyasi faktorlar mühüm meyarlardan biridir. Bu amillərin bərpası və davamlılığı isə ictimai maraqların qorunmasından keçir. İctimai maraqlar yalnız fərdi şəxslərin deyil, bütün cəmiyyətin rifahını, təhlükəsizliyini və inkişafını təmin edən fundamental prinsiplərdir. Həmin maraqların qorunması isə cəmiyyətin müxtəlif sahələrində, o cümlədən qanunvericilikdə, iqtisadiyyatda, təhsil və səhiyyə sistemində öz əksini tapmalıdır.
Dünən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 2025-ci ilin yekunlarına və gələcək planlara dair brifinqi keçirilib. Brifinqdə 2025-ci ilin 11 ayının nəticələri və qarşıdakı dövr üçün prioritet istiqamətlər ətrafında geniş müzakirə aparılıb.
Siyasətimizin əsas prioritetlərindən biri...
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışı zamanı ölkəmizdə səhiyyə sahəsinə göstərilən yüksək diqqətin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, bu siyasət nəticəsində tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilib, müasir avadanlıqlarla təchiz olunub və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti davamlı şəkildə artırılıb.
V.Qurbanov qeyd edib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin fəaliyyətinin rəqəmsallaşdırılması təcili tibbi xidmətlərin keyfiyyətinin və operativliyinin artırılması baxımından böyük əhəmiyyət daşıyır. Layihə çərçivəsində çağırışların qəbulu, yönləndirilməsi və briqadaların idarə olunması üçün vahid elektron platforma yaradılması üzrə işlərə başlanılıb.
İcraçı direktor bildirib ki, həmçinin GPS əsaslı izləmə mexanizmləri, xəritə üzərindən real vaxt idarəetmə, briqadaların yüklülüyünün avtomatik hesablanması və operativ marşrutlaşdırma kimi imkanların tətbiqi ilə bağlı funksionallıqların yaradılması üzrə işlər hazırda davam etdirilir: “Məlumat axınının tam elektronlaşdırılması gələcəkdə həm çağırışların emal sürətini artırmağa, həm də xidmətin şəffaflığının yüksəldilməsinə gətirib çıxaracaq. Bu rəqəmsal sistem təcili tibbi yardıma olan çağırışlara daha çevik reaksiya verilməsinə imkan yaradaraq institusional idarəetməni müasir standartlara uyğunlaşdırmaqda mühüm rol oynayacaq”.
Məqsəd əlçatanlığı bütün regionlarda artırmaqdır
V.Qurbanov vurğulayıb ki, əsas məqsəd vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi və sağlamlığın etibarlı şəkildə qorunmasıdır: “2025-ci il ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində milyonlarla tibbi xidmət göstərilib, ambulator və stasionar xidmətlərin həcmi artıb, nəticədə müraciətlərin sayı yüksəlib. Bu nailiyyətlərdə səhiyyə idarəçilərinin və fədakar həkimlərin xüsusi rolu var. Qarşıda duran vəzifələrdən biri icbari tibbi sığortanın yaratdığı imkanlardan maksimum istifadə etmək, səhiyyə xidmətlərinin keyfiyyət və əlçatanlığını bütün regionlarda artımaqdır. Məlumdur ki, Sümük İliyi Transplantasiyası Mərkəzi qurulub. Bu Mərkəzin fəaliyyətinin təmin edilməsi və genişləndirilməsi növbəti il üçün əsas prioritetlərdən biridir”.
Şuşa Müalicə-Sağlamlıq Mərkəzi yaradılacaq
İcraçı direktor bildirib ki, işğaldan azad olunmuş ərazilərdə əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin olunması məqsədilə səhiyyə infrastrukturunun qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir: “Hazırda Qarabağ regionu üzrə Laçın Rayon Mərkəzi Xəstəxanası, Ağdərə Xəstəxanası, Şuşa, Ağdam və Zəngilan modul tipli xəstəxanaları, eləcə də Xankəndi poliklinikası daxil olmaqla ümumilikdə 6 tibb müəssisəsində vətəndaşlara ixtisaslı tibbi xidmət göstərilir.
Şuşa Modul Tipli Xəstəxanasında 35 min 449 müraciət üzrə 55 min 408 tibbi xidmət, Xankəndi xəstəxanasında 37 min 782 müraciət üzrə 44 min 982 tibbi xidmət, Zəngilan Modul Tipli Xəstəxanasında 4 min 458 müraciət üzrə 4 min 458 tibbi xidmət göstərilib. Ağdərə Xəstəxanasına 669 müraciət daxil olub və eyni sayda tibbi xidmət icra edilib. Laçın Rayon Mərkəzi Xəstəxanasında isə 29 min 895 müraciət üzrə 62 min 539 tibbi xidmət həyata keçirilib. Eyni zamanda, bölgədə səhiyyə xidmətlərinin daha da gücləndirilməsi məqsədilə yeni layihələrin icrası planlaşdırılır. Belə ki, 90 çarpayılıq Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin yaradılması nəzərdə tutulur. KT və MRT avadanlıqları ilə təchiz olunmuş, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının qurulması planlaşdırılır. Bundan əlavə, Ağdərə və Xocavənd rayonlarında uşaq və böyük poliklinikalarının, Xocalı rayonunda isə müasir uşaq və böyük poliklinikasının yaradılması nəzərdə tutulub”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxMaraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20

