Cəmi 32 sayı işıq üzü gördü...
01.11.2025 [08:59]
“Füyuzat” azadlığın, maarifin və özünüdərkin ruhudur!
1906-cı il noyabrın 1-dən 1907-ci il noyabrın 1-nə qədər 32 sayı işıq üzü görsə də, “Füyuzat” jurnalı mətbuat tariximizdə mühüm izlər qoydu. Maarifpərvər Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə dərc olunan ictimai jurnalda baş redaktor Əli bəy Hüseynzadə ilə yanaşı, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqalarının müxtəlif mövzularda yazıları dərc olunurdu.
“Füyuzat”ın 1-ci sayı dərc olunmazdan əvvəl onun haqqında ilk məlumata “Həyat” qəzetində rast gəlirik. “Həyat” qəzetinin son nömrəsində verilmiş elanda qeyd olunur:
“Həyat” qəzetəsi bu gündən etibarən tətil etdiyi üçün yerinə qəribən “Füyuzat” namilə ədəbi-fənni, ictimai-siyasi bir həftəlik məcmuə intişarə başlayacaqdır...”
Jurnalın ilk sayında məram və məqsədlərini açıqlayan Əli bəy Hüseynzadə “Həyat və meyli-füyuzat” məqaləsində füyuzat kəlməsinin mənasını açıqlayaraq yazırdı:
“Məcmuəmizə “Füyuzat” adı təsadüfi verilmiyor, bu nam həyatdan təbii olaraq təvəllüd ediyor... “Füyuzat” ləfzon “feyz”in cəmil-cəmi olub rifah və bərəkətə, bolluğa, maddi və mənəvi nemətlərin bolluğuna, tərəqqiyyat və kəmalatın şəniəyyi-təcəllisinə dəlalət edərsə də, fəqət əsl məfhumu səadət və ələlxüsus səadəti-mənəviyyədir, həqiqi zövq və səfalərdən ibarət bir səadəti-mənəviyyədir. Həyat isə mənayi batinisilə daimi bir meyli-səadət, bir meyli-füyuzatdır”.
“Füyuzat” - mənşəcə ərəb sözüdür və həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyziyab olmaq deməkdir. Abdulla Şaiq “Füyuzat”ı “islam aləmində görünməmiş ən möhtəşəm mətbuat orqanı” kimi qiymətləndirirdi. Jurnal qısa müddətdə göstərdiyi fəaliyyətlə aşağıdakı nailiyyətləri əldə etməyi bacardı:
füyuzatçılıq jurnalistika məktəbi yarandı;
eyni adlı ədəbi cərəyan yarandı;
Azərbaycanda müstəqil dövlət ideyasını alovlandırdı;
konstitusiyalı azad vətəndaş cəmiyyəti ideyasını yaratdı;
Azərbaycanda neoromantizmin əsasını qoydu və s.
“Füyuzat” jurnalı “türkləşmək, avropalaşmaq (müasirləşmək) və islamlaşmaq” ideyası altında yazılar dərc edir, türk xalqlarının mənəvi birliyinin təcəssümü olaraq turançılıq ideologiyasını təbliğ edirdi. “Füyuzat” təkcə Azərbaycanda deyil, bütün türk dünyasında maariflənmə, türkçülük və millətçilik ideyalarının yayılmasına çalışırdı. Buna görə də çarizmin Azərbaycandakı hakim qüvvələri jurnalın ideya-siyasi istiqamətindən qorxuya düşürdülər.
“Füyuzat” jurnalı dilinin qəliz olmasına görə tənqid olunurdu. Halbuki jurnalın bütün saylarında dilin mükəmməlləşdirilməsinə çalışılıb. Onun dilinin tədqiq olunması və bu məsələnin aydınlaşdırılması ilə bağlı hazırda çoxlu məqalələr, kitablar mövcuddur.
Jurnalın türkləşmək, islamlaşmaq və avropalaşmaq (müasirləşmək) ideyası bu gün azərbaycançılıq və müasirlik doktrinasının yaranmasında mühüm rol oynayır. Jurnalda dərc olunan yazıların tədqiqi və hərtərəfli öyrənilməsi müasir dövrümüzdə də aktual məsələlərdəndir.
“Füyuzat”ın ətrafında formalaşan ziyalı nəsli sonralar Azərbaycanın siyasi və mədəni həyatında həlledici rol oynadı. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsasları da məhz “Füyuzat” məktəbinin ideyalarından qidalandı. Bəli, “Füyuzat” uzunömürlü olmadı, cəmi 1 il yaşadı. Amma onun izi silinmədi. O iz bu gün də Azərbaycan mətbuatında, düşüncəmizdə, dövlətçilik ideyasında yaşayır...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20

