Tolerantlıq nümunəsi...
01.10.2025 [09:43]
Dini konfessiyaların rəhbərləri birgə bəyanat qəbul edib
Əsrlərdir ki, tolerantlıq nümunəsi sayılan Azərbaycan bu gün də öz dəyərlərinə sadiqlik nümayiş etdirir və bu amil istər qanunvericiliyimizdə, istərsə də gündəlik yaşamımızda öz əksini tapmaqdadır. Çoxmillətli və çoxkonfessiyalı ölkə sayılan Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Yeri gəlmişkən, bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) dini konfessiyaların rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı müxtəlif mövzular müzakirə olunub, həmçinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi və Böyük Qarabağ Zəfərinin 5-ci ildönümü ərəfəsində əldə olunan tarixi nailiyyətlərlə bağlı birgə bəyanat qəbul ediblər.
Hər dinə mənsub şəhidlərin dəfnində fərq qoymadan...
Tədbirdə çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycan müxtəlif dinlərə mənsub şəhidlərin dəfnində fərq qoymadan iştirak edib: “Müxtəlif dinlərə mənsub şəhidlərin dəfn mərasimlərinə birgə qatıldıq, müsəlman, katolik, pravoslav, yəhudi - fərq qoymadan birlikdə iştirak etdik.
İstər Vətən müharibəsi günlərində, istərsə də mübarək Zəfərimizdən sonra biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya başçıları dəfələrlə onlayn və bilavasitə görüşərək II Qarabağ savaşının müqəddəs amalları barədə ətraflı bəhs etmiş, haqq mücadiləmiz barədə dünya ictimaiyyətinə geniş məlumatların çatdırılması yönündə əlimizdən gələni əsirgəməmişik. Erməni tərəfinin müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani əməllər haqqında, yaydıqları dezinformasiyaları və məkrli ittihamları ifşa etmək üçün əməkdaşlıq etdiyimiz bütün dini mərkəz və beynəlxalq qurumlarla intensiv iş apardıq. Fəxarət doğurucu haldır ki, möhtərəm dövlət başçımız İlham Əliyev cənabları mədəniyyət paytaxtımız Şuşanın Cıdır düzündə etdiyi tarixi çıxışı zamanı Qarabağ Zəfərinə Azərbaycanın din xadimlərinin, dindarların töhfəsini xüsusi qeyd etdi, fəaliyyətimizi yüksək dəyərləndirdi. Bu gün də Azərbaycandakı katoliklər, pravoslavlar, yəhudilər, alban-udilər müsəlmanlarla bərabər Vətən şəhidlərinin ailələrini diqqət və qayğı ilə əhatə edirlər, onların xatirələrini layiqli şəkildə anırlar. Bizim bu birliyimiz heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsidir və multikultural ənənələrimiz sayəsində Azərbaycan dövlətinin qüdrəti hər zaman qələbələrlə davam edəcək.
Şuşada məscidlərlə yanaşı, kilsələr də bərpa edilir
A.Paşazadə qeyd edib ki, Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlayan dövlətimiz Şuşada məscidlərimizlə yanaşı pravoslav və erməni kilsəsini bərpa edir: “Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin multikultural siyasəti, mənəvi üstünlüyüdür. Uca Allahın köməyi və müdrik dövlət rəhbərimizin misilsiz səyləri ilə Füzuli, Zəngilan, Laçın hava limanları, Şuşaya aparan Zəfər yolu, Xankəndidə yenidənqurma, Böyük Qayıdış, Qarabağ torpaqlarının yeni, gözəl görkəmi, beynəlxalq zirvələrin keçirildiyi ənənəvi ünvana çevrilməsi bizim əminliyimizi, nikbinliyimizi artırır. Ali dini rəhbərlərlə azad Qarabağa səfər edərkən işğal dövründə törədilənləri əyani şəkildə nümayiş etdirməklə, habelə Ümumdünya Kilsələr Şurası ilə əməkdaşlıq edərək onları mütəmadi şəkildə Azərbaycan həqiqətləri ilə tanış etməklə biz erməni kilsəsinin anti-Azərbaycan təbliğatını, bugünədək davam etdirdikləri revanşizm ruhlu dezinformasiyalara qarşı tutarlı faktlar qoyuruq”.
QMİ sədri qeyd edib ki, dünya miqyasında yüksək nüfuza malik, ən böyük beynəlxalq dinlərarası sülh məramlı qurum olan “Dinlər Sülh Naminə” Təşkilatının həmprezidenti və Ümumdünya Şurasına üzv seçilməsini xatırladıb: “Ölkəmizin adı dünya miqyasında dinlərarası dialoqla yanaşı, İslamdaxili anlaşma müstəvisində örnək olaraq vurğulanır. İslamdaxili dialoqun üzləşdiyi problemlər və onların aradan qaldırılması yollarının araşdırılması məsələlərinə həsr olunmuş Bəhreyn tədbirində müstəqil Azərbaycanın timsalında məzhəblərarası anlaşma və qardaşlığın nadir nümunəsi bütün dünyaya model olaraq təqdim olunur. Bu, Azərbaycan dövlət başçısının yeritdiyi siyasətin daha bir uğurlu nəticəsidir”.
“Biz əcdadlarımıza minnətdar olmalıyıq ki”...
Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bildirib ki, torpaqlarımızı azad edəndən sonra ermənilərin bir qarış da torpağına göz dikmədik. O, qeyd edib ki, indi 100-dən çox regional müharibə gedir, amma nə üçün getdiyi bilinmir: “Dünya malı üçündürsə, hər şey bu cahanın, bu dünyanındır. Biz yəhudilər uzun illərdir Azərbaycanda yaşayırıq. Həmişə deyirəm biz əcdadlarımıza minnətdar olmalıyıq ki, belə məkanı bizə məskən seçiblər”.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38

