Azad ərazilərdə yaradılan turizm sənayesi bölgənin inkişafında yeni mərhələ açır
08.08.2025 [11:36]
Azərbaycanda turizmin inkişaf etmiş sahələrindən biri kimi dağ turizmi son illərdə cəlbediciliyi ilə daha çox diqqət çəkməkdədir. “Şahdağ” qış-yay turizm kompleksi təkcə respublikamızda deyil, dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. MDB məkanında və digər xarici ölkələrdə dağ turizmi həvəskarlarının diqqətini çəkən bu kompleksə axın edən turistlərin sayı ildən-ilə artır. Qəbələdə yerləşən “Tufandağ”, Naxçıvandakı dağ turizmi sənayesi də xarici turistlərin marağına səbəb olmaqdadır. Şahbuzda yerləşən Ağbulaq İstirahət Mərkəzi paraşüt səyahəti üzrə dağ turizmi həvəskarlarında xüsusi zövq yaradır.
Öz coğrafi landşaftı, relyefi ilə seçilən Qarabağ və Şərqi-Zəngəzurda müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu bölgənin geniş dağ silsiləsi ilə əhatə olunması, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının zəngin təbiəti, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının ekologiyası dağ və okturizm üçün ən münbit zonadır. Eləcə də Şuşa, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri zəngin tarixi-memarlıq abidələri ilə Azərbaycanın və dünyanın tarixi turuzm mərkəzlərindən hesab olunur. Tuğ və Hadrutun şərab marşrutuna salınması daha uyğundur. Məşhur Azıx mağarası, Tağlar mağarası da bu ərazidə yerləşir. Suqovuşanla bağlı da müəyyən planlar mövcuddur. Hazırda Tuğ, Hadrut, Daşaltıda turizm infrastrukturunun yaradılması üçün inkişaf konsepsiyaları üzrə layihələndirmə işlərinin aparılması da təsadüfi deyil. Eləcə də “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması da bu starteji məqsədə xidmət edir. Geniş rekreasiya imkanlarına malik olan Laçındakı İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarının əhatəliliyindən xəbər verir. Kəlbəcərdə İstisu qəsəbəsində yenidən inşa olunan “İstisu” sanatoriyası müalicəvi turizm üçün zəngindir.
Bölgə, eyni zamanda, dağ və xizək turizminin inkişafı üçün əlverişli coğrafi mühit mövcuddur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”da nəzərdə tutulan əsas prioritetlərdən biri bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı zəruri təminatların yaradılmasıdır. Bu məqsədlə turizm sənayesinə müxtəlif iqtisadi stimullar verilib, turizm sektoru vergilərdən azad olunub. Bu ərazilərə investisiya qoyuluşunu artırmaq üçün müxtəlif dövlət dəstəyi tədbirləri müəyyən olunub. Həmin stimullar nəticəsində turizm sənayesinin müasir nümunələri istifadəyə verilib. Son 3 ildə bu ərazilərdə turizm infrastrukturlarının qurulması istiqamətində çoxşaxəli layihələr icra olunub. Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hoteli istifadəyə verilib. Şuşada “Qarabağ” və “Xarıbülbül”, “Shusha Boutique Hotel”, Xankəndidə “Qarabağ”, “Palace”, “Bulud”, “Şəfəq” və digər hotellərin, turizm, iaşə və xidmət obyektlərinin açılışı bölgənin inkişafında yeni mərhələ açıb.
Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası və konsepsiyası sənədində dağ-xizək turizminin yaradılması da əsas prioritetlər sırasındadır. Qarabağ bölgəsinin relyefi dünyanın ən heyrətamiz kanatlarının inşasına, ən maraqlı turizm xidmətlərinin qurulmasına imkan verir ki, bu da dağ-xizək turuzminin inkişafında da əlavə imkanlar deməkdir. Laçın rayonunun Minkənd kəndinin sıldırım-dağ ərazilərində və Şuşada qış turizmi fəaliyyətləri üçün uyğun potensial mövcuddur. Bu ərazilərdə nəzərdə tutulan kanat yolları dağlıq ərazilərdə turizmin inkişafı üçün vacib infrastruktur elementlərindən biridir. Xüsusilə də Şuşadan Xankəndiyə uzanan kanat layihəsi həm turizm baxımından, həm də regionun inkişafı üçün əhəmiyyətlidir. Uzunluğu 6 km-ə yaxın kanat yolu həm də Şuşanı və Xankəndini daha əlçatan edəcək, bu iki şəhər arasında rahat və unikal bir nəqliyyat vasitəsi yaradacaq. Eyni zamanda, Qarabağda inşa olunmuş 3 hava limanı turizm tranzitinin əsas açarı kimi nəzərə alınıb.
Beləliklə, Qarabağ və Şərqi-Zəngəzurda yaradılan turizm sənayesi bölgəyə minlərlə turistin gəlişini təmin edəcək. Proqnozlara görə, yaxın illərdə daxili və xarici turistlərlə birgə bu bölgəyə 1 milyon turistin səyahət edəcəyi gözlənilir. Bu baxımdan Zəngilanda yeni açılışı olan hotel həmin strateji konsepsiyanın mühüm hissəsi kimi bölgəyə turizm axınlarına qapı açacaq. Eyni zamanda, həmin hotel və azad edilmiş ərazilərdə digər turizm obyektləri turizm sənayesinin yenidən formalaşmasını təşviq edərək regionda böyük bir turizm bumunu formalaşdıracaq, bu isə həmin rayonlarda məşğulluğun təmin olunmasında və əhalinin gəlirinin artmasına səbəb olacaq.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

