Mühüm səfər...
24.04.2025 [08:17]
DİDK nümayəndə heyəti Gürcüstanda
Ölkəmizin beynəlxalq aləmə inteqrasiyası onun qonşu dövlətlərlə əlaqələrinə də müsbət təsir göstərib. Bu gün Azərbaycan-Gürcüstan əlaqələri yeni bir mərhələyə daxil olub. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Hər iki ölkə arasındakı dostluğun qədim tarixi var. Hər iki ölkə bir-birinin mövqeyini daim dəstəkləyir. Azərbaycan daim Gürcüstana dəstək göstərib, Gürcüstan da beynəlxalq platformalarda ölkəmizin haqlı mövqeyini müdafiə edib.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib. DİDK nümayəndə heyəti və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Tbilisi şəhərindəki Heydər Əliyevin adına parkda Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Heydər Əliyevin Gürcüstandakı soydaşlarımıza qayğısı!
Laqodexi rayonunda fəaliyyət göstərən “Qabal İnkişaf Mərkəzi”nin müəllim və tələbələri Tbilisi şəhərində Heydər Əliyevin adını daşıyan parkdakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Mərkəzin rəhbəri Yavər Məmmədov bildirib ki, təkcə “Qabal İnkişaf Mərkəzi”nin müəllim və tələbələri deyil, bütün dünya bilir ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummilli Liderin respublikaya rəhbərlik etdiyi ilk illərdən etibarən Azərbaycanın gələcək inkişaf strategiyası ilə bağlı mühüm addımlar atılıb. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan xalqı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxıb. Azərbaycanı məhv olmaqdan qurtararaq işıqlı sabaha çıxaran, dövlətin ideoloji-siyasi əsaslarını yaradan Ümummilli Liderin mənalı ömür yolunun hər anı bugünkü və gələcək nəsillər üçün unudulmaz tarixdir”.
Onun sözlərinə görə, dünyaşöhrətli siyasi xadimin Gürcüstana və bu ölkədə yaşayan soydaşlarımıza da xüsusi diqqət və qayğısı olub. Məhz onun əsasını qoyduğu siyasi xəttə uyğun olaraq iki ölkə arasında əlaqələr sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dahi şəxsiyyətin əziz xatirəsi Gürcüstanda yaşayan soydaşlarımızın qəlbində daim yaşayacaq.
Axundzadənin Tbilisidəki xatirə muzeyi
Sonra Mərkəzin tələbələri Tbilisidəki Mirzə Fətəli Axundzadənin ev-muzeyi ilə tanış olublar. Bildirilib ki, ömrünün əsas hissəsini Gürcüstanda keçirən M.F.Axundzadənin Tbliisi şəhərindəki evində xatirə muzeyi 1982-ci ildən fəaliyyət göstərir. 2007-ci ildə Gürcüstan Prezidentinin Sərəncamına əsasən, ev-muzeyə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib. 2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. 2013-cü il may ayının 8-də keçirilmiş rəsmi açılış mərasimində Gürcüstanın Baş naziri və digər rəsmi şəxslər iştirak ediblər. Hazırda muzeyin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.
Tbilisidə yeganə Azərbaycandilli kitabxana
Qeyd olunub ki, muzeyin ekspozisiya hissəsi altı zaldan ibarətdir. Zallarda dramaturqun həyatına aid müxtəlif əşyalar və xatirələri əks etdirən fotolar var. Muzeyin altı zalından biri qədim və zəngin Azərbaycan mədəniyyətinə, ikincisi Azərbaycan və Gürcüstan dostluğuna həsr olunub. Otaqlardan biri M.F.Axundzadənin iş otağı kimi qorunub saxlanılır. Orada onun şəxsi əşyaları, o cümlədən yazı masası, kitab dolabı, divar saatı və çıraq var. Həmin otaqda M.F.Axundzadənin müxtəlif dillərdə nəşr edilmiş əsərlərinin üz qabıqlarının surətləri nümayiş etdirilir. Muzeydə Tbilisi şəhərində yeganə olan Azərbaycandilli kitabxana fəaliyyət göstərir.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyini ziyarət edən nümayəndə heyətinin, həmçinin Marneuli, Bolnisi, Dmanisidə rayon rəhbərliyi, eləcə də bu rayonlarda fəaliyyət göstərən icma mərkəzlərində görüşlər keçiriblər. Nümayəndə heyətinin üzvlərinin Rustavi, Saqareco və Qardabani rayonlarında fəaliyyət göstərən icma mərkəzləri və adıçəkilən rayonların rəhbərliyi ilə də görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19

