10 milyon 218 min 536 nəfərik!
18.12.2024 [09:47]
Uğurlu demoqrafik siyasətin təzahürü
Hazırda sosial siyasətin bir hissəsi kimi demoqrafik siyasət ölkəmizdə xüsusi aktuallıq kəsb edir. Son illər Azərbaycanda baş vermiş həm siyasi, həm də sosial-iqtisadi dəyişikliklər demoqrafik inkişafımıza ciddi təsirini göstərib. Belə ki, demoqrafiya sahəsindəki siyasət dövlətimizin sosial siyasətinin mühüm və başlıca tərkib hissəsi olmaqla, onun əsasını təşkil edir. Demoqrafik proseslər cəmiyyət həyatının bir çox tərəfləri ilə qarşılıqlı surətdə bağlıdır. Bu əlaqə sosial-iqtisadi hadisələrin demoqrafik proseslərə və demoqrafik proseslərin də sosial-iqtisadi hadisələrə təsirinin təzahürüdür.
Müasir dövrümüzdə insan inkişafının demoqrafik aspektləri bir sıra amilləri özündə cəmləşdirir. Təbii ki, demoqrafiya sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi ekoloji cəhətdən təhlükəsiz və sabit iqtisadi inkişafın təmin edilməsi də qeyd olunan amillər sırasındadır.
Prezident İlham Əliyevin uğurlu islahatlar kursu ölkəmizdə dayanıqlı inkişafın təmin olunmasına imkan yaratmaqla bərabər, demoqrafiya sahəsində müsbət meyilləri də stimullaşdırıb. Bunun real təzahürü ölkə əhalisinin sabit artım tempinin davam etdirilməsində açıq şəkildə özünü göstərir. Əhalisinin sayı hər il sabit şəkildə artan ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla demoqrafik inkişafa təkan verir.
Əhalinin sayında 0,4 faiz artım
İlin əvvəlindən Azərbaycanda əhalinin sayı 37 min 766 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il noyabr ayının 1-i vəziyyətinə 10 milyon 218 min 536 nəfərə çatıb. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Qeyd edilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Sosialyönümlü siyasətin miqyası genişlənir
Qeyd edək ki, ölkəmizdə əhalinin artımı qarşısında genişmiqyaslı tədbirlər görülür, yeni uşaq bağçaları və məktəblər, müalicə müəssisələri, idman kompleksləri istifadəyə verilir. Bu gün ölkəmizdə iqtisadi sabitləşmənin nəticəsi olaraq, sosial sahədə ciddi dəyişikliklərə təkan verir. Əlbəttə ki, iqtisadi sferada islahatlar prosesi dərinləşdikcə, dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı üzərinə yeni-yeni öhdəliklər götürür, sosialyönümlü siyasətin miqyasını daha da genişləndirir. Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımızın həcmi çox artıb. Son 20 ildə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, imzalanmış fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində aparılan əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaradıb. Beləliklə, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsində yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoyulub. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar sıravi vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, keçmiş qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb. Bu tədbirlər sosial sahədə inqilabi dəyişikliklərin olduğunu xarakterizə edir.
Milli istehsalımızın gücləndirilməsi üçün zəmin...
Əhali artımının iqtisadiyyata təsirini də xüsusilə qeyd etmək lazımdır. Belə ki, əhalinin say artımı daxili bazarda da artıma səbəb olur. Bu amil xüsusilə milli istehsalın gücləndirilməsi üçün xüsusi zəmin yaradır. Digər tərəfdən əhalinin artması istehsal miqyaslı iqtisadiyyatların yaranmasına gətirib çıxarır ki, bu da yalnız bir insana lazımi minimum investisiyanı qoymağa imkan verir. Həmçinin əhali kütləsinin artması ilə avtomatik olaraq tələb böyüyür və kapital genişlənməsi də baş verir.
Göründüyü kimi, demoqrafik inkişaf səviyyəsi iqtisadi artım səviyyəsinə, dövlətin müdafiə qabiliyyətinə və milli maraqların təhlükəsizliyinə birbaşa təsir edir. Bu baxımdan əhali siyasətinə milli təhlükəsizlik sahəsində siyasi fəaliyyətin əsas elementi kimi baxmaq lazımdır. Milli təhlükəsizlik siyasətinin demoqrafik cəhəti isə ilk növbədə vətəndaşların həyatının qorunmasını, demoqrafik çoxalmanın səmərəlilik səviyyəsinin artmasını təmin etməkdir.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58

