Milli-mənəvi dəyərlərimizi necə qoruyuruq?
04.12.2024 [08:57]
Dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm amil...
Uzun inkişaf yolu keçmiş dövlətçilik tariximiz, adət-ənənələrimiz Azərbaycan vətəndaşı olaraq hər birimizin milli kimliyini əks etdirir. Zəngin milli adət-ənənələrimiz, eləcə də müasir çağırışlara cavab verən elm və mədəniyyətimiz bütün soydaşlarımızın qürur mənbəyidir. Azərbaycan bu istiqamətdə dünyanın sayılıb-seçilən ölkələri arasında özünəməxsus yer tutmağı bacarıb. Bu gün dünyada tolerantlıq, ədalət prinsiplərini üstün tutan ölkə kimi şöhrət tapan ölkəmiz bu kimi yüksək dəyərləri öz tarixinə, adət-ənənələrinə sahib çıxaraq əldə edib. Bildiyimiz kimi, Azərbaycan özünəməxsus qədim maddi və mənəvi irsi, mədəni dəyərləri olan bir ölkədir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir.
Dövlətçiliyimizin tarixi çox qədimdir...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən folklorşünas Məhəmməd Məmmədov bildirib ki, yaşadığı coğrafiyadan asılı olmayaraq, hər bir azərbaycanlı öz tarixini, mədəniyyətini, özünün milli keçmişini, dövlətçilik ənənələrini bilməli və yaşatmalıdır. Onun sözlərinə görə, Azərbaycan tarixi türk tarixindən ayrı öyrənilə bilməz: “Tariximiz Şumerdən üzü bəri böyük bir yol keçib. Dilimizin, folklor motivlərinin bağlılığı bunu sübut edir. Azərbaycan dövlətçiliyinin tarixi əslində bununla bağlıdır. Miladdan öncə ən azı 2000 illik dövrdə Azərbaycan dövlətlərinin tarixini izləmək mümkündür. Miladdan sonra Azərbaycan ərazisində Manna, Midiya ondan əvvəl Kutilər, Lullubilər və s. olub. Qafqaz Albaniyasının da ən böyük xalqı Azərbaycan türkləri olub. Dədə Qorqud motivləri eradan əvvələ gedib çıxır. Azərbaycan qədim türk vətənidir. Bəzən deyirdilər bizim dövlətimiz 18-20-ci ildə Milli Azərbaycan Xalq Cümhuriyyəti ilə başlayıb. Azərbaycan Xalq Cümhuriyyəti sadəcə dövlətçiliyimizin bir mərhələsidir. Demokratik Cümhuriyyət dövrüdür. Amma ondan əvvəl Səfəvilər, Avşarlar, Qacarlar, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular ayrı-ayrı zamanların Azərbaycan tarixində özünəməxsus yeri olan dövlətlərimizdir. Nadir şah Əfşarın vəfatından sonra yaranan Azərbaycan xanlıqları ərazisinə görə o qədər böyük olmasa belə, hərəsinin ayrılıqda mühüm tarixi inkişaf mərhələsi mövcuddur. Bizim dövlətçiliyimizin tarixi çox qədimdir”.
Milli dəyərlərimizə üz çevirmək yaxşı heç nə vəd etmir
Folklorşünasın sözlərinə görə, milli dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibət gələcəyimiz üçün yaxşı heç nə vəd etmir: “Tarixdən məlumdur ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində “əriyib” yox olub və tarix səhnəsindən birdəfəlik siliniblər. Hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. Bəs milli dəyərlər deyəndə nə başa düşülməlidir? Milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, folklorumuz: hansı ki bura bizim yaddaşımız - fərd yaddaşı, etnos yaddaşı, millət, xalq yaddaşı daxildir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir”.
Milli mənliyimizi qorumaq vacib şərtlərdəndir
M.Məmmədov qeyd edib ki, bizi başqa xalqlardan, millətlərdən fərqləndirən də elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, mənəviyyatımızdır: “Bu mənada Azərbaycan ailəsi də başqa ailələrdən fərqlənir. Ailələrimizdə böyüyə hörmət, ata-anaya sevgi, ehtiramla davranmaq, kiçiklərə qayğı, diqqət əsas göstəricilərdəndir. Bizim gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonu kimi daim hörmətlə yad edilən nümunəvi ailələrimiz çoxdur. Bu ailələr Azərbaycan xalqına sözün həqiqi mənasında böyük şəxsiyyətlər, dahilər bəxş edib.
Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Biz hər zaman qloballaşma adı altında digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53

