Cenevrədə mühüm konfrans...
23.10.2024 [09:57]
Qadın hüquqları sahəsində görülən işlərdən danışılıb
Oktyabrın 21-də İsveçrənin Cenevrə şəhərində “Pekin+30” Regional Baxış Görüşünün açılış mərasimi baş tutub. Konfrans BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də sözügedən tədbirdə iştirak edib.
Əvvəlcə BMT Baş katibinin müavini və Birləşmiş Millətlər Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molcean gündəlikdə duran məsələlər barədə məlumat verib. Sonra BMT Qadınlar Təşkilatının Normativ Dəstək, BMT Sistem Koordinasiyası və Proqram nəticələri üzrə icraçı direktorun müavini Nyaradzayi Qumbonzvanda və Parlamentlərarası İttifaqın Baş katibi, Beynəlxalq Gender Çempionları Qlobal Şurasının sədri Martin Çunqonq çıxış ediblər.
Bərabər hüquqlar ölkəmiz üçün milli dəyərdir...
Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova gender bərabərliyi ilə bağlı əsas tendensiyalar mövzusunda olan sessiyada məruzə ilə çıxış edib. B.Muradova mühüm tədbirə geniş tərkibli nümayəndə heyəti ilə qatılan Azərbaycanın son otuz ildə bu sahədə qazandığı təcrübəni bölüşməyə hazır olduğunu vurğulayıb. Komitə sədri bu barədə açılış mərasimindən əvvəl təşkil olunan “Dövlət rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması” adlı yan tədbirdə ətraflı məlumat verildiyini diqqətə çatdırıb.
Rəqəmsal xidmətlər qadınların həyatını asanlaşdırır
Qeyd olunub ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra üzləşdiyi çağırışlara, ərazi və insan itkilərinə baxmayaraq, bərabər hüquqlar məsələsi ölkəmiz üçün milli dəyər kimi qiymətləndirilib: “Bu öhdəlik bizi Pekin Fəaliyyət Platforması ilə bağlı əhəmiyyətli irəliləyiş əldə etməyə vadar etdi. Ölkədə, xüsusən də işğaldan azad edilmiş ərazilərdə, o cümlədən “ağıllı” şəhər və kəndlərdə müasir infrastrukturun inkişafı, rəqəmsal xidmətlər qadınların həyatını asanlaşdırır”.
Mühüm sənədlər üzərində iş gedir...
Məlumat verilib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı 10 qanun, 12 normativ akt, 4 fəaliyyət planı, 1 strategiya qəbul edilərək həyata keçirib. CEDAW tövsiyələrinə uyğun olaraq, gender bərabərliyi ilə bağlı problemləri həll etmək üçün yeni hüquqi tədbirlər reallaşdırılıb. Hazırda ailə qanunvericiliyinin təkmilləşdirilməsi, Məişət Zorakılığına qarşı ikinci Milli Fəaliyyət Planının və Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının layihəsinin hazırlanması üzərində iş aparılır.
B.Muradova qadınlar üçün iş məhdudiyyətlərinin azaldıldığını, ödənişli atalıq məzuniyyəti haqqında yeni qanunun hazırlandığını vurğulayıb. O, bildirib ki, gender bərabərliyini təşviq etmək, qadınların səlahiyyətlərini artırmaq, məişət zorakılığına qarşı mübarizə aparmaq, həm mərkəzi, həm də yerli səviyyədə monitorinq qrupları kimi institusional mexanizmləri gücləndirmək üçün qanunvericiliyə dəyişikliklər edilib.
Azərbaycanda hakimlərin 21 faizini qadınlar təşkil edir
Komitə sədri qeyd edib ki, Birinci Pekin Konfransından ötən müddətdə Azərbaycan öhdəliklərini həyata keçirmək və qadınlarımızın səlahiyyətlərini gücləndirməyə kömək etmək üçün daim çalışıb. Belə ki, beş dəfə Azərbaycan Qadınlarının Konqresi və bir dəfə Forumu keçirilib. İctimai-siyasi həyatda da mühüm irəliləyişlər əldə olunub. Son parlament seçkilərində qadınlar 20,8 faiz yer tutmuşdu. Hazırda Azərbaycanda qadınlar hakimlərin 21 faizini, bələdiyyə üzvlərinin isə 39 faizini təşkil edir. Dayanıqlı İnkişaf Məqsədləri kontekstində Dayanıqlı İnkişaf üzrə Milli Koordinasiya Şurası “2030 Gündəliyi” öhdəliklərinə nəzarət edir. Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasına dair dördüncü Könüllü Milli Hesabatı təqdim edən regionda ilk və dünyanın beş ölkəsindən biridir.
“Gender günü” təşkil olunacaq...
Noyabrda Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini xatırladan B.Muradova konfrans çərçivəsində “Gender Günü”nün təşkil olunacağını vurğulayıb. Ölkəmizdə qadınların təhsil imkanlarının genişləndirilməsi məsələsinə də toxunan Komitə sədri bildirib: “Həssas qruplar xüsusi təqaüd proqramları vasitəsilə dəstəklənir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə Biznesinə Asan Dəstək (ABAD), Azərbaycan Kənd Qadınları və Qadın Sahibkarlıq assosiasiyaları, o cümlədən Qadın Resurs mərkəzləri qadınların imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Buna görə də biz Pekin Bəyannaməsinə sadiq qalırıq və qadınların bütün sahələrdə bərabər iştirakına töhfə verməyə davam edəcəyik”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

