Azad edilən bölgələrimizdə yeni həyat...
19.07.2024 [10:50]
“Böyük Qayıdış” planı uğurla icra edilir!
30 illik mübarizə, səbr və əzmin gücü ilə 44 günlük Vətən müharibəsində Şanlı Ordumuzun şücaəti ilə Qarabağ işğaldan azad edildi. Təbii ki, burada dövlət-xalq birliyinin də böyük rolu var idi. Bu gün uzun illər işğal altında olan torpaqlarımıza yeni bir həyat vermək üçün bütün qüvvələr səfərbər edilib. Belə ki, dağılan şəhərlərimizin, məhv edilməyə çalışılan tarixi irsimizin bərpası işləri davam etdirilir. Eyni zamanda keçmiş məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtdıqdan sonra onların rahat yaşayışını təmin etmək üçün mühüm sosial layihələrin həyata keçirilməsinə xüsusi önəm verilir.
Bəllidir ki, dövlətimiz öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələyə qədəm qoydu. İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olundu. Ölkə başçısının sərəncamı ilə”Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edir.
Ayaq səslərimiz azad olunmuş bütün ərazilərdə eşidilməkdədir
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən millət vəkili Məşhur Məmmədov bildirib ki, Qarabağ durmadan canlanır. Artıq Azərbaycan insanının ayaq səsləri işğaldan azad olunan bütün ərazilərdə eşidilməkdədir: “ “Böyük Qayıdış” proqramı çərçivəsində köç karvanları ard-arda yola salınır. İşğaldan azad olunan bütün ərazilərimizdə olduğu kimi, Xocalı rayonunun Malıbəyli kəndində də tikinti-quraşdırma işləri davam etməkdədir. “Böyük Qayıdış” Dövlət Proqramı üzrə doğma yurda növbəti köçün ünvanı qədim tarixə malik Malıbəyli kəndi olacaq”.
Proses 2017-ci ildən başlayıb...
Deputatın sözlərinə görə, tarixi ədalətin bərpası, keçmiş məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdışı hələ 2017-ci ildən başlayıb: “O zaman işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə onlarla ailə köçürülmüşdü. Sonra 44 günlük savaş baş verdi və Azərbaycan öz ərazilərini yağı tapdağından azad etdi. Cəmi bir il sonra 30 illik həsrətin son nöqtəsi kimi məcburi köçkünlərin öz ata yurdlarına böyük qayıdışı başladı. Həmin proses bu gün də davam edir.
Özü də proses olduqca sürətli şəkildə aparılır. İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” prosesi Azərbaycan dövlətinin xüsusi diqqət yetirdiyi prosesdir. Qarabağda və Şərqi Zəngəzurda təmir-bərpa işləri sürətlə gedir. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi prosesi həyata keçirilir”.
Sürətli inkişafımızın açarı...
Millət vəkili qeyd edib ki, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi təkcə işğaldan azad edilmiş ərazilərimizin deyil, bütövlükdə ölkəmizin daha sürətli inkişafına təkan verəcək: “Böyük Qayıdış” sürətli inkişafımızın açarı deməkdir. “Böyük Qayıdış”ın hər bir mərhələsi “Qarabağ Azərbaycandır!” həqiqətinin təsdiqinə çevrilir.
Son vaxtlar keçmiş məcburi köçkün soydaşlarımızın işğaldan azad edilmiş ərazilərə geri dönüşü barədə tez-tez mətbuatda xəbərlərə rast gəlirik. Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib. İşğal dövründə düşmən tərəfindən tamamilə dağıdılmış, talan edilmiş şəhərlərimizi, kəndlərimizi yenidən qururuq. 2024-cü ildə proses sürətlə davam etməkdədir”.
Azad edilmiş ərazilərdə ekoturizm...
Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir: “Zəngin flora və faunaya malik meşələr, ecazkar dağ mənzərələri, təbii mineral bulaqları Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ekoturizm potensialını səciyyələndirir. Bölgənin qədim tarixi və mədəniyyəti turistlərin gözündə ərazini daha da cəlbedici edir. Qeyd edim ki, ermənilər hələ işğal dövründə Qarabağ ərazisindən Ermənistana kimi uzanan 500 km-lik “Janapar” adlı ekoturizm marşrutu tərtib etmiş və qanunsuz şəkildə həmin marşrut boyunca ekoturlar təşkil edirdilər. Məlum olduğu kimi ekoturizm yerli icmaya dəstək verən və insanları ətraf mühiti qorumağa təşviq edən bir turizm növüdür. Hazırda məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılması və onların məşğulluğunun təmin edilməsi dövlətin əsas prioritetlərindən biridir. Bu baxımdan ekoturizm güclü bir iqtisadi alət rolunu oynaya bilər. Ekoturizmin bölgədə inkişaf etdirilməsi ilə həm insanlar əlavə qazanc əldə edə biləcək, həm də ətraf mühitə qarşı daha həssas davranış sərgiləyəcək. Təəssüf ki, hazırda ərazilərimizin böyük hissəsinin mina ilə çirkləndirilməsi bölgənin ekoturizm potensialından tam istifadə edilməsinə mane olur. Gələcəkdə digər bölgələrimizdə olduğu kimi Qarabağ və Şərqi Zəngəzur ərazisində də yeni ekoturizm marşrutlarının tərtib edilməsi gözlənilir. Yalnız təhlükəsizliyin tam bərpasından sonra bölgədə ekoturizmin sürətli inkişafına şahidlik edə bilərik”.
Laçın sakinlərinin indiki sayı 3009-dur
M.Məmmədov Laçına yola salınan böyük köç karvanları barədə diqqətçəkən sitatistika da açıqladı: “Böyük Qayıdış” proqramına əsasən, Laçın şəhəri, Sus, Zabux və Qarıkaha kəndi tamamilə hazırdır. Kəndlər üzrə sakinlərin köçünün mütləq əksəriyyəti tamamlanıb. Məlumatlara görə, Laçın şəhəri üzrə köçün növbəti mərhələsi yaxın günlərdə həyata keçiriləcək. Hazırkı dövrədək Laçın şəhərində 534 ailə, daha dəqiq, 1971 nəfərin məskunlaşması təmin edilib. Sus kəndində 215 nəfər olmaqla, 59 ailə, Zabux kəndində isə 823 nəfər olmaqla, 217 ailə məskunlaşıb. Ümumilikdə, Laçın rayonunda hazırda 810 ailə, yəni 3009 nəfər yaşamaqdadır.
Laçında tikinti-quruculuq işləri ilə paralel aparılan başlıca məsələ əhalinin məşğulluğunun təmin edilməsi olub. Ona görə “Zerti” Sənaye Parkının ərazisində mebel, ayaqqabı, dam örtükləri, heyvandarlıq və sair müəssisələrin fəaliyyətə başlaması təmin edilib. Bundan əlavə, Laçın rayonunda çox sayda sənaye və istehsal müəssisəsi işləyir. Bu müəssisələrin hər biri sakinlərin məşğulluğunun təmin edilməsinə xidmət göstərir”.
Əhalinin 70 faizinin məşğulluğu təmin edilib...
Parlament üzvünün sözlərinə görə, uğurlu tendensiyalardan biri də odur ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçən əhalinin 70 faizinin məşğulluğu təmin edilib: “Dövlətimizin əsas hədəfi köç edən vətəndaşlarımızın məşğulluğunun təmin edilməsidir. Bu proses növbəti illərdə də davam edəcək. Ölkə rəhbərinin dediyi kimi, əhalinin əsas qisminə məşğulluq proqramları xitab etməlidir. Düşünürəm ki, 2030-cu ilə qədər 100 mindən çox keçmiş məcburi köçkün öz yurd-yuvasına qayıda biləcək. Bu müddətə qədər azad olunan ərazilərdə on minlərlə iş yeri açılacaq. Bunun üçün Azərbaycan dövlətinin öz imkanlarını səfərbər edəcəyindən heç kimin şübhəsi yoxdur!”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37

