Təşviqedici siyasət...
07.04.2024 [10:30]
Qeyri-neft vergi yığımlarını stimullaşdırır
“Fitch Group”un bu günlərdə açıqladığı təhlil sənədinə əsasən, Azərbaycanda adambaşına düşən ÜDM məzənnə sabitliyi nəzərə alınmaqla 2023-cü ildəki 8 min dollardan 2033-cü ildə 16,7 min dollara kimi yüksələcək. Nominal artan gəlirlərdə neft-qaz sektorundan kənarda formalaşan iqtisadiyyat və hökumətin yütütdüyü diversifikasiya (şaxələndirmə) siyasəti öz töhfəsini verəcək. Bu amillər iqtisadiyyatın uzunmüddətli perspektivdə davamlılığı üçün xüsusi əhəmiyyət kəsb edəcək və enerji amilindən asılılığı aradan qaldıracaq.
“Fitch” hesab edir ki, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsinə böyük önəm verir və bu strateji xəttin ən mühüm istiqamətlərindən biri kimi qeyri-neft vergi siyasətini hərtərəfli nəzərdən keçirir. Bu iqtisadi ssenarilərə əsasən, sabit vergi sisteminin tətbiqi və orta ölçülü şirkətlərin inkişafına dəstək üçün aşağı ƏDV-nin tətbiqi daxildir.
Qeyd edək ki, bir müddət əvvəl “Fitch Ratings” Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində, müsbət proqnozla təsdiqləyib. Azərbaycanın tədiyyə balansının cari balansı, iqtisadi artımın əldə olunması, xarici maliyyə öhdəliklərinin çevik idarə olunması və digər amillər də ölkəmizin reytinq üzrə proqnozunun sabitliyini şərtləndirib. Reytinq qiymətləndirməsində diqqəti cəlb edən əsas indikatorlardan biri olan aşağı neft qiymətləri fonunda belə Azərbaycanın cari balansının qənaətbəxş səviyyədə saxlanılmasıdlr. Bu o deməkdir ki, “Fitch” Azərbaycanın maliyyə vəziyyətinin təmin olunmasında qeyri-enerji amillərinin təsiredici rolunu mühüm amil hesab edir və iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun yeni artım mənbələrinin səfərbər olunması istiqamətində yürüdülən siyasəti təqdir edir.
Azərbaycanda yürüdülən iqtisadi strategiyanın əsas hədfələrindən biri olan təşviqedici vergi siyasəti son illərdə qeyri-neft vergi yığımların stimullaşdırıb. Vergi sistemində həyata keçirilən islahatların əsas hədəflərindən biri iqtisadi artımı sürətləndirmək üçün orta və uzunmüddətli dövrdə vergi sahəsində səmərəliliyin artırılması, büdcənin dayanıqlılığının təmin edilməsi məqsədilə büdcə gəlirlərinin əldə olunması, sahibkarlığın stimullaşdırılması və investisiyaların təşviqidir. Çünki vergilər sadəcə, bir fiskal siyasət aləti deyildir, iqtisadiyyatın inkişafını, biznesin idarə edilməsi şərtlərini müəyyən edən əsas iqtisadi idarəetmə vasitələrindən biridir. Bu siyasətin nəticəsi olaraq son bir ildə qeyri-neft artım mənbələri maliyyə gəlirlərinin və fiskal yığımların yüksəlməsinə əhəmiyyətli təsir edir ki, bu da büdcədə vergi gəlirlərinin həcminin daha da artacağına işarədir. Hazırda büdcədə fiskal yığımlarda qeyri-neft gəlirlərinin həcmi artır ki, burada verginin payı daha çox nəzərə çarpır. Belə ki, 2024-cü il üzrə büdcə gəlirlərinin 17 milyard manatı qeyri-neft sektorunun payına düşür ki, onun da 10 milyard manatı birbaşa qeyri-neft vergiləridir. Qeyri-neft vergilərinin cari ildə 900 milyon manat artımı proqnozlaşdırılıb. Eləcə də fiskal yığımlarda gömrük sektorundan, büdcədənkənar fondlardan və digər mənbələrdən toplanan vəsaitlərin artımı nəzərdə tutulur.
Bu iqtisadi mənzərə onu təsdiq edir ki, iqtisadiyyatda və büdcədə qeyri-neft sektoru üzrə əlavə dəyər və yığım mənbələri çoxalır. Qeyri-neft vergi yığımları üçünsə dayanıqlı potensiallar var. İlk növbədə, “kölgə iqtisadiyyatı”nın təzahürləri olan qeyri-rəsmi yığım bloklarını dövriyyəyə cəlb etmək lazımdır. Ticarət, xidmət, turizm, tikinti sektorlarında hələ də on minlərlə şəxsin əmək müqaviləsi olmadan, qeyri-leqal çalışdığı bəllidir, son 5 ildə vergi və sosial müdafiə orqanları əmək bazarında iş yerlərinin rəsmiləşdirilməsi sayəsində 340 mindən çox əmək müqaviləsinin bağlanmasını təmin edib ki, bu da yuxarıda vurğuladığımız sektorlarda dövriyyələrin “ağardılması” və şəffaflıq sayəsində həm vergi, həm də sosial yığımların həcmini artırıb. Ancaq həmin sahələrdə yenə də kifayət qədər vəsaitlər dövriyyədən kənarda qalmaqdadır.
Onu da nəzərə almaq lazımdır ki, son illərdə yürüdülən vergi siyasətinin əsas hədəfi vergi yükünü getdikcə çoxaltmaq yox, əksinə, optimallaşdırmaqdan ibarətdir. 2021-2022-ci illərdə biznesə verilən vergi güzəştlərinin əhatəsinin genişləndirilməsi, xüsusilə də, azad olunmuş ərazilərdə çoxsaylı vergi güzəşt və azadolmaları sahibkarlar üçün yeni imkanlar deməkdir. Eləcə də bu siyasətin davamı olaraq 2024-cü ildə sahibkarlıq sektoru üçün həm iqtisadi, həm də sosial xarakterli vergi güzəştləri siyasətinin davam etdirilməsi nəzərdə tutulur. Ən böyük güzəştlərdən biri sahibkarların daxili istehsal prosesində istifadə etdiyi xammal və aralıq mallarına tətbiq olunan idxal gömrük rüsumlarının dərəcəsinin 2024-cü il yanvarın 1-dən 7 il müddətinə “0” dərəcəyə endirilməsi, eləcə də bir sıra əsas vəsaitlərin idxalına ƏDV və gömrük güzəştlərinin tətbiqidir. Bu, minlərlə sahibkara idxal və istehsal üçün hədsiz geniş vergi azadolmaları deməkdir. Bütün bu stimullar vergi optimallaşdırılması yolu ilə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı strateji hədəflərə çatmağa xidmət edir.
ELBRUS
Xəbər lenti
Hamısına baxSiyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

