Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olacaq
16.07.2011 [14:54]
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi sayəsində Azərbaycan ötən əsrin sonlarından başlayaraq bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olmasına nail olub. ümummilli liderin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlanıb. Respublikamız ötən müddətdə idarəetmə sisteminin yeniləşməsi, struktur islahatlarının aparılması, iqtisadiyyatda funksional iqtisadi mexanizmlərin tətbiq olunması, dövlət maliyyə qurumlarında islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatı ilə bağlı hüquqi-normativ bazanın yaradılması sahəsində ciddi uğurlara imza atıb. Sistemli xarakter alan islahatların siyasi və iqtisadi inkişafın templərinə uyğun modernizasiyası Azərbaycanın dinamik inkişafı üçün münbit zəmin formalaşdırıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadi inkişaf daha da sürətlənib. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, rəqabət qabiliyyətinin təmin olunması, kompleks islahatlar iqtisadiyyatın şaxələndirilməsinin əsas komponentləri olub. Dövlət başçısı tərəfindən həyata keçirilən irimiqyaslı, məqsədyönlü islahatların ardıcıllıq və peşəkarlıqla həyata keçirilməsi ölkəmizin maliyyə qüdrətinin daha da yüksəlməsinə, valyuta rezervlərinin artmasına da zəmin yaradıb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib ki, ölkəmizin strateji valyuta ehtiyatlarının artması iqtisadiyyatın inkişafına əlavə imkanlar yaradır. Bu faktor ölkə iqtisadiyyatının hərtərəfli inkişafını təmin edir. Bu gün Azərbaycan sürətlə inkişaf edərək bölgədə güclü dövlətə çevrilib. Cənubi Qafqazın lider ölkəsi kimi respublikamız yeni inkişaf mərhələsinə qədəm qoyub. Bölgədə bütün iqtisadi layihələrdən təcrid olunmuş işğalçı Ermənistan isə daha da geriyə doğru addımlayır: “Hamı bilir, o cümlədən yoxsulluq içində çabalayan, xarici ianələr ilə yaşayan Ermənistan bilir ki, Ermənistan ilə Azərbaycan müqayisəedilməz səviyyədədir. Biz inkişaf edirik, güclənirik, xalqımız varlanır, ölkəmiz güclənir, onlar isə aclıq içindədir. Son altı ay ərzində 70 min erməni ölkəni birdəfəlik tərk edib. 5-10 ildən sonra orada 1 milyondan az erməni qalacaqdır. Yəni, hamı başa düşür ki, proseslər bu istiqamətdə gedir. Azərbaycanın maliyyə imkanları, siyasi çəkisi artır, regional vəziyyəti möhkəmlənir, ordu güclənir, demoqrafik göstəricilər yüksəlir. Bizim əhalimiz artır, onların əhalisi azalır. 5-10 ildən sonra bizim əhalimiz olacaq 11 milyon, onların əhalisi olacaq 1 milyon. Bunun nə demək olduğunu hamı yaxşı başa düşür”.
Prezident İlham Əliyevin böyük uzaqgörənlik və qətiyyətlə həyata keçirdiyi sosial-iqtisadi siyasətin güclənməsi Azərbaycanın regionda gücünü daha da artırır. Dövlət başçısının həyata keçirdiyi dövlət proqramları və regional layihələrin icrasının sürətlənməsi islahatların davamlı və ardıcıllığını şərtləndirmiş olur. Azərbaycanın qarşıdakı illər üzrə sıçrayışlı inkişafı maliyyə rezervlərinin və büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. ölkəmizin uzunmüddətli davamlı inkişafını təmin etmək məqsədilə qarşıdakı illərdə kompleks və sistemli proqramlar həyata keçiriləcək. 2011-2014-cü illərdə ölkəmizin valyuta rezervlərinin möhkəmlənməsi üçün etibarlı zəmin yaranacaq. Nüfuzlu beynəlxalq maliyyə institutlarının proqnozlarına görə, bölgədə zəngin neft ölkələrindən olan Azərbaycanın valyuta ehtiyatları qarşıdakı 5 ildə əhəmiyyətli dərəcədə artacaq. Milli gəlirin dünya ölkələri üzrə bölgüsünə görə, Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yüksələcək. Azərbaycan yaxın beşillikdə yüksək gəlirli ölkələr qrupuna daxil olacaq və respublikamız regionun ən inkişaf etmiş dövlətinə çevriləcək.
Yeni inkişaf mərhələsində makroiqtisadi sabitlik qorunub saxlanılacaq, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcək, iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, respublikamız qarşıdakı illərdə güclü dövlət kimi regionda söz sahibi olmaqla yanaşı, dünya iqtisadiyyatında da öz mövqeyini daha da möhkəmləndirəcək: “çünki bütün qəbul olunmuş proqramlar ona gətirib çıxarır ki, Azərbaycan sürətlə, uğurla inkişaf edir və yaxın zamanlarda dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir. Beləliklə, biz ölkəmizin uzunmüddətli və dayanıqlı inkişafına nail olacağıq”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

