Macarıstanın biznes nümayəndələri ilə görüş olub
11.03.2021 [09:28]
Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və ölkəmizdə səfərdə olan, Komissiyanın Macarıstan tərəfindən həmsədri, bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto Macarıstan biznes nümayəndələri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə S.Babayev iki ölkənin dövlət başçıları tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə imkan yaratdığını bildirib. O, ölkələrimiz arasında əlaqələrin ildən-ilə inkişaf etməkdə olduğunu vurğulayıb. İqtisadi əməkdaşlıqda ticarət əlaqələrinin əhəmiyyətini, Azərbaycanın Macarıstan ilə ticarət dövriyyəsinin həcmində ardıcıl artımların olduğunu, 2020-ci ildə də 9 faiz, o cümlədən idxalda 8 faiz, ixracda 60 faiz artımın olduğunu qeyd edib.
Nazir qarşılıqlı maraq və səylər nəticəsində və mövcud olan potensiala uyğun olaraq əlaqələrin qarşıdakı dövrdə daha geniş miqyas alacağını bildirib. Xidmət, nəqliyyat, ticarət, kənd təsərrüfatı, təmir-tikinti və sair sahələr üzrə ölkəmizdə 19 Macarıstan şirkətinin fəaliyyət göstərdiyini və onların uğurlu fəaliyyətini vurğulayıb.
S.Babayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ərazilərimizi Ermənistanın işğalından azad etdiyini bildirib. İşğalçı Ermənistan tərəfindən dağıdılmış ərazilərimizdə artıq böyük quruculuq işlərinə başlandığını deyən nazir Macarıstan şirkətlərinin də bu quruculuq proqramında iştirak etməyə hazırlaşmasının məmnunluq doğurduğunu diqqətə çatdırıb.
Nazir ötən dövrdə keçirilən belə görüşlərin, biznes forumların, qarşılıqlı maraq doğuran təqdimatların önəmini qeyd edib. Hökumətlərarası Komissiyanın fəaliyyətinin də iqtisadi əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini deyib.
Görüşdə macar şirkətlərinin nümayəndələri ilə gələcək əməkdaşlıq məsələlərinə, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma layihələrinə dair fikir mübadilələri aparılıb. Görüş zamanı Azərbaycan və Macarıstan biznes nümayəndələri tərəfindən təqdimatlar edilib.
Qeyd edək ki, macar iş adamları P.Siyartonun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdədirlər.
Xəbər lenti
Hamısına baxDünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48

