Azərbaycan nümayəndə heyəti İran Prezidenti ilə görüşüb
05.12.2019 [09:45]
İranda səfərdə olan Azərbaycanın Baş Nazirinin müavini, Azərbaycan ilə İran arasındakı iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran Prezidenti Həsən Ruhani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Şahin Mustafayev Prezident İlham Əliyevin məktubunu Prezident Həsən Ruhaniyə təqdim edib. Bildirib ki, Prezident İlham Əliyev Sizinlə dostluğa və səmimi münasibətlərə böyük əhəmiyyət verir. Azərbaycan Prezidenti hesab edir ki, dostluq əlaqələri iki ölkə arasındakı münasibətlərin daha da inkişafına təkan verəcək və qarşılıqlı əlaqələr xalqlarımızın mənafeyinə xidmət edəcək.
Prezident Həsən Ruhani məktuba görə təşəkkürünü bildirib və onun da səmimi salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib. Prezident Həsən Ruhani deyib ki, İran ilə Azərbaycan yaxın qonşu olmaqla yanaşı, həm də yaxın dost və qardaş dövlətlərdir. Hər iki dövlət qlobal əhəmiyyətə malik olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynayır. Bu layihəyə daxil olan dəmir yolu xətti İrandan Azərbaycana və Rusiyaya, oradan isə Avropaya uzanacaq. Bu layihədən yalnız İran ilə Azərbaycan deyil, həmçinin regionun digər dövlətləri də faydalanacaq. Biz, həmçinin İran, Azərbaycan və Rusiya üçtərəfli əlaqələrinin inkişafında da maraqlıyıq.
İran Prezidenti iki ölkə arasında digər sahələrdə olduğu kimi, turizm, yüksək texnologiyalar və ekologiya sahəsində də qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxYeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

