/ / Kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üzrə sənəd imzalanıb
Kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üzrə sənəd imzalanıb
18.04.2019 [09:55]
Aprelin 17-də Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında niyyət protokolu imzalanıb.
AZƏRTAC xəbər verir ki, protokolu MBNP-nin idarə heyəti sədrinin vəzifəsini icra edən İbrahim Alışov, KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və ABA-nın prezidenti Zakir Nuriyev imzalayıblar.
Kiçik və orta biznes (KOB) subyektlərinin maliyyə resurslarına çıxışlarının genişləndirilməsi, onların maliyyə savadlılığının artırılması məqsədilə KOBİA, MBNP və ABA birgə əməkdaşlıq edəcək.
Sənədə əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası, KOBİA və ABA KOB-ların maliyyələşdirilməsi üçün dövlət maliyyə dəstəyi və özəl maliyyə-kredit təşkilatlarında tətbiq edilən mövcud mexanizmlərin effektivliyinin müzakirə edilməsi üçün birgə konsultativ platforma yaradacaq, KOB-ların maliyyələşdirilməsində beynəlxalq təcrübəyə əsaslanan innovativ və alternativ maliyyələşdirmə mexanizmlərinin tətbiqi imkanlarını araşdıracaq, KOB-ların qiymətli kağızlar bazarına çıxışının və müvafiq bazar alətlərindən istifadəsinin təşviqi istiqamətlərində birgə əməkdaşlıq edəcəklər. Tərəflər, həmçinin KOB-ların maliyyə savadlılığının artırılması, ölkə regionlarında bu sahədə müxtəlif mövzularda birgə maarifləndirmə tədbirlərinin keçirilməsi, KOB-ların inkişafına dair forum və dəyirmi masaların təşkili istiqamətlərində birgə tədbirlər reallaşdıracaqlar.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri O.Məmmədov qeyd edib ki, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, onların maliyyə resurslarına çıxışının genişləndirilməsi agentlik üçün prioritet məsələlərdəndir. Bu baxımdan Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası ilə birgə həyata keçiriləcək layihələr və tədbirlər KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsində, bu sahədə birgə müzakirələrin aparılmasında və KOB-ların maliyyə savadlılığının artırılmasında əhəmiyyətli olacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyəti sədrinin vəzifəsini icra edən İ.Alışov çıxışında son dövrlərdə qeyri-neft sektorunun təşviq edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkənin maliyyə bazarlarında nəzərəçarpan müsbət dəyişikliklər, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində KOB-ların maliyyə resurslarına və kreditlərə çıxışında səmərəliliyin artırılması istiqamətində atılmış addımlar və ölkənin müxtəlif regionları üzrə kreditləşmə səviyyəsi, həmçinin KOB-ların maliyyələşməsinin daha da stimullaşdırılması üzrə reallaşdırılan müxtəlif təşviqedici tədbirlər barədə məlumat verib. İ.Alışov bildirib ki, ölkə başçısı tərəfindən 2019-cu il fevralın 28-də imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman ucuz maliyyə vəsaitləri hesabına bankların likvidliyini təmin edəcək ki, bu da öz növbəsində kiçik və orta sahibkarlıq subyektlərinin ucuz maliyyə resurslarına çıxışını təmin etməklə iqtisadiyyatda yeni canlanmaya səbəb olacaq.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Z.Nuriyev niyyət protokolunun əhəmiyyətini vurğulayaraq bildirib ki, kiçik və orta biznesin maliyyə əlçatanlığının inkişafı məsələlərinin müzakirə ediləcəyi yeni bir platforma formalaşdırılacaq ki, bu, həm dövlət, həm də kredit təşkilatları tərəfindən KOB-lara maliyyə dəstəyinin göstərilməsini təmin edən mövcud mexanizmlərin beynəlxalq təcrübəyə və sahibkarların ehtiyaclarına uyğun olaraq təkmilləşdirilməsinə imkan yaradacaq. Beləliklə, kiçik və orta biznes subyektlərinin maliyyə ehtiyaclarının öyrənilməsi, prioritet sahələrdə biznes fəaliyyətinin dəstəklənməsi və onların maarifləndirilməsi istiqamətində işlər daha da əlaqələndirilmiş formada həyata keçiriləcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

