/ / Aydın Hüseynov: Azərbaycan dövləti ixracın artırılmasında, ölkə məhsullarının dünya bazarlarında yerinin möhkəmlənməsində maraqlıdır
Aydın Hüseynov: Azərbaycan dövləti ixracın artırılmasında, ölkə məhsullarının dünya bazarlarında yerinin möhkəmlənməsində maraqlıdır
08.12.2018 [10:09]
Maliyyə naziri Samir Şərifovun dövlət televiziyasına müsahibəsi zamanı manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlərin bəzi ekspertlər tərəfindən təhrif edilməsinə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib ki, nazir çıxışı zamanı manatın məzənnəsinin kəskin, ifrat möhkəmlənməsinin daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərdiyini, idxal üçün cəlbedici vəziyyət yaratdığını bildirib. Nazir qeyd edib ki, neft daxilolmalarının artıqlığı zamanı onların daha çox istifadəsi manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiq yaradır. Bu isə ixraca mənfi təsir edir, idxalın isə artmasına səbəb olur. Aydın Hüseynov bildirib ki, respublikamızda neftdənkənar iqtisadiyyatın inkişafı həyata keçirilən siyasi kursun mühüm prioritetlərindən biridir.
“Ölkəmizdə aparılan islahatlar çərçivəsində, həmçinin qeyri-neft məhsullarının ixracının genişləndirilməsini hədəfləyən müvafiq tədbirlər həyata keçirilir. Beynəlxalq təcrübə əsas götürülməklə ixracın səmərəli təşviq mexanizmi işə salınıb. Respublikamızda ixracın stimullaşdırılması ilə bağlı imzalanan sənədlərə uyğun olaraq, “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq edilib. Eyni zamanda, “Made in Azerbaijan” brendi xarici ölkələrdə uğurla təbliğ olunur. Bütün bunlar ixracın stimullaşdırılması baxımından böyük önəm daşıyır və Azərbaycan dövləti ixracın artırılmasında, ölkə məhsullarının dünya bazarlarında yerinin möhkəmlənməsində maraqlıdır”, - deyə qeyd edən millət vəkili nazir S.Şərifovun fikirlərinin bəzi ekspertlər tərəfindən qeyri-adekvat şəkildə şərh olunmasını ölkədə maliyyə gərginliyi yaratmaq cəhdi kimi dəyərləndirib.
YAP rəsmisi bildirib ki, milli valyutaların məzənnə dəyişikliyi bir sıra amillərlə şərtlənir ki, bu amillər sırasında iqtisadiyyatın durumu, monetar siyasətlə bağlı dövlətin siyasi iradəsi və bir sıra digər məsələlərlə yanaşı, büdcə siyasəti də önəmli rola malikdir. “Azərbaycanın gələn il üçün büdcə layihəsi kifayət qədər praqmatik hazırlanıb və bütün iqtisadi risklər nəzərə alınıb. Qeyri-neft sektorunun sürətli inkişafı və bu sahə hesabına ixracın artması ölkəyə ötən illərlə müqayisədə daha çox xarici valyuta axınını təmin edir. Bundan başqa, neftin qiymətinin proqnozlaşdırılan həddə yaxın olması da Azərbaycanın gəlirlərinin sabit olmasına şərait yaradır. Milli iqtisadiyyatımızın real göstəricilərinə, həmçinin ölkədə aparılan monetar siyasətin mahiyyətinə istinad edərək demək mümkündür ki, hazırkı şəraitdə manatın kursunun dəyişəcəyi gözlənilmir və buna iqtisadi əsaslar da yoxdur”, - deyə Aydın Hüseynov bildirib.
Milli Məclisin deputatı bir daha vurğulayıb ki, bəzi iqtisadçılar həqiqətdən uzaq, heç bir real iqtisadi əsası olmayan iddialarla ictimai rəyi manipulyasiya etməyə çalışırlar. O qeyd edib ki, bu kimi fikirlər milli valyutaya inamsızlıq formalaşdırmağa yönəlib: “Vahid Əhmədov kimi təcrübəli iqtisadçının da fikirlərinin bu sırada olması təəssüf doğurur. Vahid Əhmədov əvvəllər də bu cür reallığı əks etdirməyən açıqlamalar verib və onun bu kimi proqnozları özünü doğrultmayıb. Bu gün müzakirə olunan fikirlərinin də heç bir reallığa söykənmədiyini söyləmək olar”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

