“MİR 24” telekanalı: Bakı rusiyalıların yay istirahəti üçün MDB-də ən populyar şəhərə çevrilib
10.08.2018 [08:53]
“MİR 24” telekanalının Azərbaycana həsr etdiyi süjetdə turistləri Odlar Yurduna cəlb edən amillərdən danışılır.
AZƏRTAC xəbər verir ki, süjetdə Bakının rusiyalıların yay istirahəti üçün MDB-də ən populyar şəhərə çevrildiyi qeyd olunur. Azərbaycan paytaxtını bu mövsümdə artıq 1 milyondan çox turist ziyarət edib. Bakının vizit kartı - İçərişəhərdir. O, turistləri qədim Şərq arxitekturasına məxsus orijinallığı ilə cəlb edir.
Turistlərdən biri deyir: “Şərq ilə Avropanın harmoniyası belədir: Bakı qədim, eyni zamanda, müasir şəhərdir. Bununla da həmişə diqqət çəkir”.
Bakıda ən məşhur yerlərdən biri Kiçik Qala küçəsidir. Burada A.Qaydayın “Brilyant əl” komediyasının epizodu çəkilib. Səyahətçilərin əksəriyyəti Qız Qalasını görmək üçün Bakıya səfər edir. Ağzının dadını bilən turistləri Bakıda milli mətbəx və Qafqaz qonaqpərvərliyi cəlb edir.
“Təkcə evində qonaq olduğumuz dostlarımızın deyil, həm də burada yaşayan bütün insanların qonaqpərvərliyi hər şeydən çox xoşuma gəldi. Hətta yolu soruşduqda belə hamı rus dilində cavab verir, rus dilində danışır”, - deyə digər turist bildirib.
Turizm sahəsi üzrə ekspert Eduard Şalonosov MDB ölkələrinin rusiyalı turistləri nə ilə cəlb etdiyi barədə fikirlərini “MİR 24” telekanalı ilə bölüşüb.
- Bu il Bakı turistlər üçün MDB-nin baş şəhəri adlandırılıb. Bu nə ilə bağlıdır?
- Birincisi, biz hazırda İtaliya, İspaniya və digər ölkələrdə anomal istilər müşahidə edirik. İkincisi, Azərbaycana gələrkən biz başa düşürük ki, bu ölkə daha təhlükəsizdir.
Bütün sosial şəbəkələrdə, mediada belə bir videoçarx göstərildi - Fransaya gəlsəniz, siz baqajsız qalacaqsınız. Hər halda istirahətə getmək arzusunda olan turist fikirləşmir ki, özü ilə hansı zirehli geyim, müdafiə olunmaq üçün hansı avtomat silah götürsün. Hamımız bilirik ki, Avropaya Suriya və Əlcəzairdən 2 milyondan çox miqrant gəlib. Bu, həqiqətən çox təhlükəlidir. Bakını isə təhlükəsiz şəhər adlandırmaq olar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

