Gəncə və Şəki şəhərində içməli su infrastrukturun yenidən qurulması davam etdirilir
14.04.2018 [10:20]
Gəncə və Şəki şəhərində içməli su infrastrukturun yenidən qurulması davam etdirilir.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC-də Azərbaycanda səfərdə olan Almaniya KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Almaniyanın KfW Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində də iştirakını yüksək qiymətləndirib. Səhmdar Cəmiyyətin sədri “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində görülmüş işlər barədə məlumat verərək bildirib ki, hazırda Gəncə və Şəki şəhərində su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər qrafikə uyğun davam etdirilir.
Almaniya KfW bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional inkişaf departamentinin rəisi xanım Marion Kniş Gəncə və Şəki şəhərlərində həyata keçirilən layihələrin növbəti mərhələsi üzrə işlərin intensiv qaydada davam etdirildiyindən məmnunluğunu bildirib.
O, qeyd edib ki, içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması əhalinin sosial-məişət xidmətlərindən istifadəsini yaxşılaşdıracaq.
Görüşdə Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində indiyədək görülmüş işlər və gələcək planlar müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.
Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb. Hazırda şəhərin digər mənbəyində Şəmkirçay su anbarı yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Layihə çərçivəsində su mənbələrindən Gəncə şəhərinə magistral su xətləri çəkilib, anbarlar tikilib. Hazırda şəhərdə 855 kilometr içməli su, 813 kilometr kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir.
Şəki şəhərini içməli su ilə təmin etmək üçün Kiş su mənbəyində sugötürücü qurğu tikilib, magistral xətlər və anbarlar inşa olunub. 135 kilometr su, 132 kilometr kanalizasiya şəbəkəsinin böyük hissəsi inşa edilib. Yeni tikilmiş şəbəkələrdən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb. Hər 2 şəhərdə tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə tullantı sutəmizləyici qurğuların tikintisi üzrə tender prosesi keçirilir. Bu layihələr Gəncə və Şəki şəhərlərində 550 minədək sakinin sosial şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək.
Xəbər lenti
Hamısına baxDünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:22

