Turizm Şurası turizm sahəsinin inkişafına öz töhfələrini verir
03.03.2018 [01:04]
Son illər Azərbaycanda turizm sənayesi qeyri-neft iqtisadiyyatının genişləndirilməsi istiqamətində aparıcı rol oynamağa başlayıb. Çünki qədim və zəngin mədəniyyətə, yüksək qonaqpərvərliyə malik olan Azərbaycanda bu sahənin daha da inkişafı üçün böyük imkanlar var. Son illərdə həm mövcud imkanlardan geniş istifadə olunub, eyni zamanda, dövlət dəstəyi ilə turizmin inkişafı istiqamətində böyük layihələr həyata keçirilib, müasir infrastruktur yaradılıb.
Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı və 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi ölkəmizin turizm sənayesi üçün yeni bir mərhələnin başlanğıcını qoymuş oldu.
Azərbaycanda “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən irəli gələn vəzifələrin icrası, yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması, onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılması bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə görülmüş işlərin bariz nümunəsidir.
Həyata keçirilən islahatlarla yanaşı, ölkə rəhbərliyi tərəfindən turizm sənayesinin inkişafına yönəlmiş yüksək dövlət qayğısının göstəricisi kimi Azərbaycan Respublikası Turizm Şurasının yaradılması da mühüm addım olaraq dəyərləndirilməlidir. 2016-cı il dekabrın 27-də Prezident İlham Əliyevin Fərmanı ilə Şuranın tərkibi təsdiq olundu. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədri olduğu Şuraya müvafiq dövlət orqanlarının səlahiyyətli şəxsləri üzv təyin edildi.
Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir.
Şuranın təkcə ötən il beş dəfə olmaqla, ümumilikdə 6 iclası keçirilib. İclaslar çərçivəsində turizm sənayesinin inkişafı üçün Şura tərəfindən görüləcək işlər, ölkəmizdə keçirilən mühüm tədbirlərin əlaqələndirilməsi, turizm sektorunun inkişafı istiqamətində düzgün koordinasiyanın qurulması məqsədilə işçi qrupların yaradılması, ticarət festivallarının (shopping festival) keçirilməsi, “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 20 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin icra edilməsi, o cümlədən ölkəmizdə yay turizm mövsümünün açılışı və çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planının icra vəziyyəti və bir sıra digər mühüm məsələlər müzakirə olunub.
Turizm Şurası haqqında Əsasnaməyə uyğun olaraq, Şuranın indiyədək keçirilmiş bütün iclaslarında qəbul olunmuş qərarlar Mədəniyyət və Turizm Nazirliyində fəaliyyət göstərən Şuranın Katibliyi tərəfindən protokollaşdırılıb. Bildirək ki, Şuranın indiyədək keçirilən iclaslarında ümumilikdə 145 qərar qəbul edilib.
Şura öz fəaliyyətini işçi qrupları vasitəsilə həyata keçirir
Turizm sənayesi özündə bir sıra sahələri əhatə edir və bu sahələrin inkişafı üçün əlaqədar strukturların birgə fəaliyyəti əsasdır. Turizm Şurası da öz fəaliyyətini müvafiq dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu işçi qrupları vasitəsilə həyata keçirir.
İşçi qrupların fəaliyyəti, onların həyata keçirdiyi işlər, qarşıya çıxan çətinliklər Şuranın geniş tərkibli iclaslarında müzakirə olunaraq öz həllini tapır. Ötən dövr ərzində çimərlik turizminin inkişafı, turizm statistikasının təkmilləşdirilməsi, turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi, liberal hava nəqliyyatı, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və viza verilməsi prosesinin asanlaşdırılması, turizm sahəsində təhlükəsizlik, sağlamlıq turizmi (eləcə də Naftalan nefti üzrə tədqiqat qrupu), dini turizm və ekoturizm üzrə işçi qrupları yaradılıb. İşçi qrupların əsas məqsədi ölkədə turizmin ümumi inkişafında rol oynayan müxtəlif sahələr üzrə müşahidə edilən problemlərin müəyyən edilməsi, mövcud çətinliklərin aradan qaldırılması və gələcək inkişaf üçün uyğun təkliflərin hazırlanmasıdır.
Turizm Şurası üçün prioritet məsələlərdən biri də “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarətdir. Strateji Yol Xəritəsində ölkəmizdə turizmin inkişafını stimullaşdıran çox mühüm müddəalar yer alıb. Bu sənəddə əksini tapan məsələlərin icrası istiqamətində bir sıra uğurlu addımlar atılıb. Ölkəmizdə ilk dəfə olaraq ötən il yazda və payızda ticarət festivalı - Bakı Şopinq Festivalı keçirilib. Bu festivallar sərfəli ticarətlə yanaşı, ölkəmizin mədəni irsinin, incəsənətinin alış-veriş həvəskarlarına, yerli və xarici turistlərə tanıtımı üçün əlavə imkanlar yaratmış oldu.
Ötən müddət ərzində həmçinin Turizm Şurası tərəfindən aşağı büdcəli aviareyslərin açılması istiqamətində də işlər həyata keçirilib. Yay turizm mövsümündə bir sıra ölkələrin aviaşirkətləri tərəfindən Azərbaycana aşağı büdcəli uçuşlar təşkil olunub. Bu istiqamətdə atılan addımlar davam etdirilməkdədir. Ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsi, Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə işlər görülür. Beynəlxalq səviyyədə qəbul edilən həmin sertifikatların əldə olunması ölkəmizin sağlamlıq turizmi potensialının xaricdə daha geniş miqyasda tanınmasına və xarici turist axınına təkan verəcək.
Həmçinin Strateji Yol Xəritəsinə əsasən, Bakı şəhərinin dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Milli Turizm Təbliğat Bürosu yaradılıb. Büro paytaxtımızın beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi və fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, eləcə də turistlərin məmnunluğunun artırılması istiqamətində müvafiq işləri həyata keçirir.
Ümumiyyətlə, qısa müddət ərzində fəaliyyət göstərən Turizm Şurası tərəfindən turizm sahəsinin inkişafı üçün əhəmiyyətli layihələr reallaşdırılıb. Turistlərin məmnunluğunun artırılması üzrə təlimlərin təşkili, çimərlik turizminin inkişafı, turistlərin ölkə ərazisinə buraxılışının həyata keçirilməsi ilə bağlı müşahidələrin aparılması, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, turizm şirkətləri ilə görüşlərin təşkili, ölkəyə səfər edən turistlərdən rəy öyrənilməsi məqsədilə mərkəzləşdirilmiş elektron rəy alma sisteminin yaradılması, turizm sahəsində statistikanın təkmilləşdirilməsi üzrə bir sıra islahatların aparılması, habelə turizm sahəsində təhlükəsizlik üzrə təkliflər paketinin hazırlanması bu qurumun əsas fəaliyyət istiqamətlərini təşkil edir.
Şura eyni zamanda turizm sahəsinin hərtərəfli inkişafı məqsədilə aidiyyəti qurumların uğurlu dialoqunun aparılması üçün vahid platforma rolunu oynayıb, bununla da sözügedən sahənin inkişafı istiqamətində bir sıra məsələlərin operativ, effektiv müzakirəsi və həlli təmin edilib.
Şübhəsiz ki, Turizm Şurasının 2018-ci ildə davam etdirəcəyi birgə əməkdaşlığa əsaslanan fəaliyyəti və Şura üzvlərinin bu istiqamətdə görüləcək işlərdə öz səylərini səfərbər etməsi ölkəmizdə turizm sənayesinin hərtərəfli inkişafına yeni-yeni töhfələr verəcək.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

