Kredit bürolarının yaradılması bank sisteminin inkişafına xidmət edir
05.11.2016 [09:16]
Bürolar həm bankların, həm də vətəndaşların maraqlarının qorunması baxımından əhəmiyyətlidir
Azərbaycanda yeni iqtisadi şəraitdə meydana çıxan çağırışlara uyğun olaraq həyata keçirilən islahatlar ölkədə iqtisadi fəallığın təmin olunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bank-maliyyə sektorunu da əhatə edir. İndiki şəraitdə ölkənin maliyyə imkanlarından səmərəli istifadə olunması, vəsaitlərin daha məqbul istiqamətlərə yönəldilməsi, real sektorun maliyyə təminatının gücləndirilməsi zərurəti bank-maliyyə sektorunun çevikliyinin artırılması, bu sahədə idarəetmənin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi, risklərin minimuma endirilməsi, şəffaflığın təmin olunması kimi məsələlərin əhəmiyyətini daha da artırıb. Bu sahədə elə bir işlək mexanizmin qurulmasına nail olmaq lazımdır ki, maliyyə sektoru yaranmış vəziyyətdə iqtisadiyyatın inkişafında, fəallığın artmasında katalizator funksiyasını yerinə yetirə bilsin. Hazırda ölkənin bank-maliyyə sektorunda aparılan islahatlar da məhz bu kimi hədəflərə istiqamətlənib. Bununla əlaqədar olaraq dövlət başçısı tərəfindən müvafiq sərəncamlar imzalanıb, eləcə də Milli Məclis bəzi qanunlar qəbul edib.
Qeyd edək ki, Milli Məclisin son iclasında “Kredit büroları haqqında” yeni qanun qəbul olunub. Bu, maliyyə-bank sektoruna nə vəd edir? Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib ki, bu gün maliyyə-kredit sisteminin təkmilləşdirilməsi başlıca prioritetlərdəndir. Millət vəkilinin sözlərinə görə, problemli kreditlərin həcminin artmaması və maliyyə-kredit sistemində dayanıqlığın təmin olunması üçün kredit bürolarının yaradılmasına ehtiyac var. A.Hüseynov deyib ki, qanunun məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.
“Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır. Başqa sözlə, bu kredit bürosu elə bir məlumat bazasıdır ki, orada kredit almaq istəyən hər bir şəxsin əvvəlki borcları, onların ödənmə intizamı, ödənmə statusu, o cümlədən vaxtı keçmiş kreditlər varsa, onlar barədə nə qədər müddətdə vaxtı keçməsi, ödəmə qrafiki kimi digər məlumatlar öz əksini tapır”, - deyə millət vəkili vurğulayıb. A.Hüseynov əlavə edib ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Belə ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində statistik məlumat bazası mövcud idi və bu məlumatdan bankların aktivlərinin və kredit portfelinin keyfiyyətini qiymətləndirmək üçün istifadə edilirdi. “Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq. Bu büroların yaradılması həm bankların, həm də vətəndaşların maraqlarına uyğundur. Ən əsası isə, belə büroların yaradılması riskli kreditlərin kəskin azalmasına gətirib çıxaracaq”, - deyə millət vəkili qeyd edib.
Milli Məclisin deputatı Vahid Əhmədov da bildirib ki, kredit bürolarının yaradılması məsələsi uzun müddətdir müzakirə mövzusu idi. Onun sözlərinə görə, belə bir təcrübə MDB ölkələrində də mövcuddur: “Kredit bürolarının yaradılması bank sisteminin sağlamlaşdırılmasına xidmət edir. Onlar banklarla vətəndaşlar arasında müəyyən problemlərin həllində ciddi rol oynaya biləcəklər. Həmçinin banklardan kredit götürmək üçün həmin bürolara da müraciət etmək mümkün olacaq. Kredit bürolarının fəaliyyəti ilə əlaqədar hökumət normativ sənəd qəbul etməlidir. Bundan sonra həmin qurumların necə işlədiyini görəcəyik. Hesab edirəm ki, Azərbaycanda bu təşkilatlar uğurla fəaliyyət göstərəcək”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
02 Oktyabr 09:45
Sosial
02 Oktyabr 09:34
YAP xəbərləri
02 Oktyabr 09:32
Analitik
02 Oktyabr 09:20
Sosial
02 Oktyabr 08:50
MEDİA
02 Oktyabr 08:37
Gündəm
02 Oktyabr 08:10
Dünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54

