Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Bulla-dəniz”dəki 6 nömrəli özüldə üç il ərzində 4 qaz quyusu qazılacaq

“Bulla-dəniz”dəki 6 nömrəli özüldə üç il ərzində 4 qaz quyusu qazılacaq

03.05.2016 [10:02]

“Bulla-dəniz” yatağında yeni inşa edilən 6 nömrəli stasionar dəniz özülündə üç il ərzində 4 təbii qaz quyusunun qazılması planlaşdırılır. Burada sutkada 4 milyon kubmetr təbii qaz hasil ediləcək.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, 6 nömrəli stasionar dəniz özülü ən yüksək dünya standartlarına uyğun tikilərək istifadəyə verilib, artıq qazma işlərinə başlanılıb. Bu özül SOCAR-ın təbii qaz proqramını həyata keçirmək üçün əsas platformalardan biri olacaq.
R.Abdullayev bildirib ki, SOCAR-ın hökumət qarşısındakı öhdəliklərinə uyğun olaraq yeni təbii qaz proqramı həyata keçirilir. Proqramda “Bulla-dəniz”, “Ümid” və “28 May” yataqlarının işlənilməsi, genişləndirilməsi, yeni quyuların qazılması və təbii qaz hasilatının artırılması nəzərdə tutulur. Qazma proqramını icra etmək üçün hökumət Mərkəzi Bank vasitəsilə kredit ayırıb. Nəzərdə tutulan bütün işlər həmin kredit hesabına həyata keçiriləcək.

Paylaş:
Baxılıb: 1298 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30