Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat və İnformasiya Mərkəzinin açılışı olub
08.08.2015 [00:29]
Avqustun 7-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mətbuat və İnformasiya Mərkəzinin açılışı olub. Müasir standartlara əsaslanan yeni üslublu mərkəzin açılış mərasimində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iştirak edib.
AZƏRTAC xəbər verir ki, mərkəz RYTN-in informasiya siyasətinin tənzimlənməsi, həyata keçirdiyi tədbir və layihələrin təşviqi, ictimaiyyətin məlumatlandırılması funksiyalarını yerinə yetirəcək. Mərkəzin nəzdində nazirliyin rəsmi saytı (www.mincom.gov.az), “Rabitə dünyası” qəzeti və “ICTnews” elektron xidməti fəaliyyət göstərəcək. Eyni zamanda, yaradılması nəzərdə tutulan internet televiziyasının da bu mərkəzdən idarə olunması planlaşdırılır. Mərkəz eyni zamanda nazirlik, idarə və müəssisələrin fəaliyyətinə dair məlumat, çıxış və müsahibələrin hazırlanması, foto, video çəkilişlərinin aparılması ilə də məşğul olacaq.
Sonra “Microsoft Imagine Cup 2015” beynəlxalq innovasiyalar müsabiqəsində 2-ci yeri tutmuş Azərbaycan komandasının üzvləri ilə görüş olub.
Məlumat verilib ki, Azərbaycanın Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin “Microsoft Azerbaijan” şirkəti ilə birgə start verdiyi “Microsoft Imagine Cup” innovasiya yarışmasının milli təsnifat mərhələsinin qalibi olmuş və beynəlxalq yarımfinal mərhələsini də müvəffəqiyyətlə başa vurmuş “NoObs” komandası Azərbaycanı ABŞ-ın Sietl şəhərində təşkil edilmiş final mərhələsində də uğurla təmsil edib.
“NoObs” komandası tərəfindən “Bluetooth-tənzimçilərin dəsti”, eyni zamanda “Windows Phone” platformalı smartfonlar üçün proqram təminatı olan “Spinal” layihəsi təqdim edilib və həmin layihə müsabiqədə 2-ci yeri tutub.
Müsabiqə ənənəvi olaraq üç kateqoriya üzrə keçirilib - “Dünya vətəndaşlığı, məhdudlaşdırılmış imkanlı insanlar üçün layihələr”, “Oyunlar” və “İnnovasiyalar”.
Azərbaycanlı tələbələrin “Spinal” layihəsinin məqsədi insanların oturarkən, gəzərkən və ya işlədiyi zaman onurğa sütununun mövqeyi və ona təsir edən neqativ amillərə nəzarət etməkdir. “Microsoft Imagine Cup 2015” kimi nüfuzlu müsabiqədə ikinciliyi əldə etmiş Azərbaycan təmsilçisi “Microsoft” şirkətinin Redmondda yerləşən baş ofisində təntənəli surətdə təltif edilib.
Müsabiqədə iştirak etmək üçün orijinal bir oyun düşünərək “Microsoft Windows” platformalarında tətbiq etmək, innovativ proqram layihəsi hazırlamaq və yaxud “Microsoft” texnologiyaları bazası üçün çağdaş dövrün çətin problemlərini çözə bilən əlavə prototipi tərtib etmək lazımdır. Əsas məqsəd isə tələbələrə innovativ düşüncə qabiliyyətinin aşılanması və yerli istedadların üzə çıxarılmasıdır.
Nazir Ə.Abbasov BDU və Xəzər universitetlərinin tələbələri olan Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan Rüstəmova və Ülviyyə Rüstəmovadan ibarət “NoObs” komandasının bu mötəbər müsabiqənin “İnnovasiyalar” kateqoriyası üzrə təqdim etdiyi “Spinal” layihəsini yüksək qiymətləndirib və qalib komandanı təbrik edib.
Dünyanın müxtəlif ölkələrindən olan 33 komandanın iştirak etdiyi yarışda Azərbaycanın ilk dəfə təmsil olunaraq belə yüksək nəticə əldə etməsindən məmnunluğunu ifadə edən nazir yüksək texnologiyalar sahəsinin inkişafına hesablanan hər bir layihəyə bundan sonra da istənilən dəstəyin göstəriləcəyini qeyd edib. Bildirib ki, Azərbaycanlı tələbələrdən ibarət startapçıların nüfuzlu beynəlxalq müsabiqədə qalib gəlməsi ölkəmizdə gənclərin innovativ biliklərinin inkişafı üçün yaradılan şəraitin nəticəsidir.
Sonda mükafatçılara fəxri fərman və pul mükafatları təqdim edilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

