Səbail rayonunda 2014-cü ilin 9 ayının yekunları müzakirə olunub
14.10.2014 [09:53]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının çıxışında irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında geniş müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası barədə ətraflı məlumat verərib. O, qeyd edib ki, 9 ay ərzində ölkəmiz dinamik inkişaf edib, ümumi daxili məhsul 2,5 faiz artıb, qeyri-neft sektorunda inkişaf 6 faiz, inflyasiya cəmi 1,5 faiz səviyyəsində olub, əhalinin pul gəlirləri 5,4 faiz artıb. İlin əvvəlindən ölkəmizin maliyyə resursları 3 milyard 600 milyon dollar artaraq 53 milyard dollara çatıb ki, bu da dövlət başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Qeyd olunub ki, hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən də bir sıra tədbirlər keçirilib. Novruz bayramı və Silahlı Qüvvələr Günü ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırıb, incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti təşkil olunub.
Avqust ayında 250 nəfər yeniyetmənin Quba rayonunda “Şahinlər” və 100 nəfər yeniyetmənin Qusar rayonunda “Gənc Heydərçilər” yay istirahət düşərgələrində pulsuz istirahəti təşkil olunub, RİH-nin dəstəyi ilə 4 nəfər Həcc ziyarətinə göndərilib.
Təhsil sahəsində əldə olunan nailiyyətlərlə əlaqədar ölkə Prezidentinin Sərəncamı ilə Müəllim günü ərəfəsində rayon orta məktəblərinin 3 nəfər müəllimi “Əməkdar müəllim” fəxri adına və 4 müəllim “Tərəqqi” medalına layiq görülüblər.
Müxtəlif bayramlarla əlaqədar rayondakı aztəminatlı ailələrə bayram payları verilib, ümumilikdə isə 9 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 12767 olub.
Tədbirdə Dövlət Qulluqçularının peşə bayramı ilə əlaqədar təltif olunmuş Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayevə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, dövlət başçısının Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı almış və “Tərəqqi” medalı ilə təltif olunmuş rayon pedaqoji işçilərinə RİH-nin qiymətli hədiyyələri təqdim olunub.
İclasda RİH-nin şöbə müdiri Qabil Vahidov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova və başqaları çıxış ediblər.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayondakı dini durum və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

