Makedoniya Respublikası nümayəndə heyətinin üzvləri Sumqayıt Texnologiyalar Parkında olublar
09.09.2014 [09:31]
Azərbaycanda rəsmi səfərdə olan Makedoniya Respublikası Baş nazirinin müavini və maliyyə naziri Zoran Stavreskinin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri sentyabrın 8-də Sumqayıt Texnologiyalar Parkında (STP) olublar.
AzərTAc xəbər verir ki, 2009-cu ildə fəaliyyətə başlayan STP bu gün Azərbaycanın qeyri-neft sektorunda özünün layiqincə yerini tutan müəssisələrdən biridir. Hazırda parkın ümumi sahəsi 250 hektardır. Tərkibində 17 zavodu birləşdirən nəhəng Texnoparkın 4500-dən çox işçisi var.
Texnoparkın icraçı direktoru Sahib Musayev qonaqları salamlayaraq bildirib ki, Azərbaycanda qeyri-neft sahəsinin inkişafını strateji vəzifə elan edən Azərbaycan Prezidenti İlham Əliyev ölkədə texnoparkların yaradılması təşəbbüsü ilə çıxış edib. Texnoparklar kiçik və orta sahibkarlığın stimullaşdırılmasını nəzərdə tutan regional innovasiya zonasının formalaşdırılması layihəsi çərçivəsində inşa edilir. Parka daxil olan hər bir zavod aparıcı dünya istehsalçılarının ən müasir texnoloji avadanlığı ilə təchiz edilib. O bildirib ki, gələcəkdə STP ixrac təyinatlı məhsul istehsalı ilə məşğul olan 30 müəssisəni əhatə edəcək. Yeni zavodlar istifadəyə veriləndən sonra işçilərin sayı artaraq 10 min nəfərdən çox olacaq. STP-də buraxılan məhsulun dünya standartlarına uyğunluq sertifikatı vardır. STP-nin məhsulu iki beynəlxalq ISO standartına sahib olduqdan sonra dünya bazarlarına çıxarılıb.
Sonra qonaqlar avtobusla zavodun müəssisələrinə tanışlıq ekskursiyasına çıxıblar. Onlar kabel zavodunda, mis və alüminium çubuqların istehsalı sexində, plastik borular, isti sinkləmə, habelə yüksək voltlu elektrik avadanlığı, günəş kollektorları istehsal edən zavodlarda, elektron cihazlar, metal konstruksiyalar, dəqiq emal mərkəzində olublar.
Makedoniyalı qonaqlara müəssisənin bütün zavodlarının strukturu və fəaliyyəti barədə ətraflı informasiya verilib. Bildirilib ki, parkın bütün müəssisələri yüksək texnologiyalarla təchiz edilib. Burada Fransa, Almaniya, Yaponiya, İsveç və s. ölkələrin tanınmış istehsalçılarının avadanlığı yerləşdirilib. Texnologiya parkında göndərilən məhsulun keyfiyyətinə nəzarət edilir.
Makedoniya nümayəndə heyətinin üzvləri burada istifadə olunan texnologiyaların çoxunun təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün yenilik olması barədə məlumatı böyük maraqla qarşılayıblar.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

