Səfir Riçard Morninqstar: Biz “AZAL”-ın ABŞ-a uçuşlarını səbirsizliklə gözləyirik
02.04.2014 [09:33]
“Azərbaycan Hava Yolları - AZAL” Qapalı Səhmdar Cəmiyyətində (QSC) ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar ilə görüş keçirilib. Görüşdə Azərbaycana ABŞ-a birbaşa uçuşların həyata keçirilməsinə imkan yaradan “1-ci dərəcə” statusunun verilməsindən sonra qarşıda duran son prosedurlar müzakirə olunub.
AzərTAc xəbər verir ki, QSC-nin prezidenti Cahangir Əsgərov ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən ölkəmizdə aviasiya təhlükəsizliyi sahəsində aparılan auditin nəticəsinə əsasən, Azərbaycana “1-ci dərəcə” statusunun verilməsini yüksək qiymətləndirib. C.Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə milli aviasiya şirkətlərimizin maddi-texniki bazasının güclənməsi və alınan müasir hava gəmiləri hesabına təyyarə parklarının yenilənməsi, ümumiyyətlə bu sahədə görülən işlər Azərbaycan-ABŞ əlaqələrinin inkişafına təkan verəcək birbaşa reyslərin açılması zərurətini yaradıb. FAA-nın ölkəmizə “1-ci dərəcə” statusunu verməsi məhz ötən dövrdə Azərbaycanda aviasiya sahəsində görülən işlərin məntiqi nəticəsidir.
QSC-nin prezidenti bildirib ki, Birləşmiş Ştatlara həyata keçiriləcək uçuşlar Prezident İlham Əliyev tərəfindən milli aviasiyamıza göstərilən diqqətin təsdiqidir və ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə şərait yaradacaq. Hazırda qarşıda müəyyən prosedurlar var. Bu prosedurlar da yekunlaşdıqdan sonra Azərbaycanın aviasiya şirkətləri ABŞ-a birbaşa uçuşlara başlayacaq. Bugünkü görüş də bu məsələlərin müzakirəsi baxımından önəm daşıyır.
ABŞ diplomatı R.Morninqstar Azərbaycanın aviasiya şirkətlərinə Birləşmiş Ştatlara birbaşa uçuşların həyata keçirilməsinə icazə verən “1-ci dərəcə” statusunun əldə edilməsi münasibətilə təbriklərini çatdıraraq deyib ki, bütün bunlar ölkələrimiz arasında aviasiya sahəsində uğurlu əməkdaşlığın əyani sübutudur. Bu uğurun əldə olunmasında “Azərbaycan Hava Yolları”nın və Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının böyük əməyi var.
R.Morninqstar qeyd edib ki, “1-ci dərəcə” statusunun əldə edilməsi uzun prosesdir. Biz artıq bu yolun böyük hissəsini səbir və inamla keçmişik. Ümidvaram ki, ABŞ-a birbaşa uçuşların reallaşdırılması ilin sonunadək mümkün olacaq. Bundan əlavə, müasir təyyarələrə malik “AZAL”-ın xidmət səviyyəsinin də yüksək olduğunu bildirməliyəm. Biz “AZAL”-ın ABŞ-a uçuşlarını səbirsizliklə gözləyirik.
Vurğulayıb ki, ötən ilin əvvəlində hazırlıq səviyyəsinin tələblərə tam uyğunluğuna əmin olduqdan sonra FAA-nın müfəttişləri Azərbaycana dəvət ediliblər. 2013-cü ilin oktyabrından 2014-cü ilin yanvarınadək keçirilmiş iki auditin nəticəsində, müfəttişlər Azərbaycanda aviasiya sahəsində uçuşların təşkilinin və təhlükəsizliyinə nəzarətin səviyyəsinin “1-ci dərəcə”yə uyğunluğu barədə müsbət rəy veriblər. Bu il martın 7-də isə ABŞ Dövlət Departamenti Azərbaycan Respublikasının aviasiya sahəsində uçuşların təşkilinə nəzarətin və təhlükəsizliyin səviyyəsinin “1-ci dərəcə” üzrə qiymətləndirilməsini rəsmən təsdiqləyib. Beləliklə də, Azərbaycanın aviaşirkətləri ABŞ aeroportlarına müntəzəm hava əlaqəsi yaratmaq hüququ əldə ediblər.
Görüşdə qarşıda duran son prosedurlar barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

