/ / Zərdabi Mətbuat Mərkəzi və “KredAqro” Bank Olmayan Kredit Təşkilatı Bərdədə “dəyirmi masa” keçirib
Zərdabi Mətbuat Mərkəzi və “KredAqro” Bank Olmayan Kredit Təşkilatı Bərdədə “dəyirmi masa” keçirib
23.11.2013 [12:23]
Dünən “KredAqro” Bank Olmayan Kredit Təşkilatının Bərdə filialında “Bank-kredit məsələləri-regional KİV-lər və ictimaiyyət” mövzusunda “dəyirmi masa” keçirilib. Bank-kredit təşkilatlarının Bərdədə fəaliyyət göstərən yerli filiallarının, Bərdənin eyniadlı, Yevlaxın “Kür”, Tərtərin “Yeni Tərtər” qəzetlərinin təmsilçilərinin, həmçinin, ölkədə müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən KİV-lərin regional müxbirlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya açıb. O, tərəfləri bir araya gətirən layihənin region və bütövlükdə cəmiyyət üçün əhəmiyyət kəsb etdiyini vurğulayaraq mövzu ətrafında fəal diskussiyaların aparılacağına əminliyini bildirib.
Sonra çıxış edən Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə deyib ki, bu tədbir hər iki qurumun “Azərbaycan paytaxtında və bölgələrində bank-kredit məsələləri və KİV: mövcud durum, peşəkarlığın artırılması və təcrübə mübadiləsi” layihəsi çərçivəsində reallaşdırılır: “Oxşar tərkibdə ilk toplantılarımız Şəki, Lənkəran və Qubada keçirilib. Bərdədə baş tutan isə sonuncu, dördüncü “dəyirmi masa” ilə regionlarda düzənlənən görüşlərə yekun vurulur”.
R.Hüseynzadə qeyd edib ki, əvvəlki tədbirlər hər üç rayonda medianın bank-kredit sektoru ilə əlaqələrinin genişlənməsinə yardımçı olduğundan özünü büruzə verən tendensiyalar layihənin gələn il də daha təkmil şəkildə davamını gündəmə gətirib. Bu baxımdan regional tədbir iştirakçılarının da məsələyə münasibətləri önəmlidir.
“KredAqro” BOKT-nin departament rəhbəri, layihənin eksperti Zaur Əliyev bildirib ki, təmsil etdiyi qurum “KredAqro”nun mikromaliyyə təşkilatı kimi 2000-ci ildə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Kənd Təsərrüfatının kreditləşdirilməsi layihəsi çərçivəsində ölkəmizin 9 regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi məqsədilə yaradılıb. Təşkilatın uğurlarında media ilə əməkdaşlıq xüsusi önəm kəsb edib. Zərdabi Mətbuat Mərkəzi ilə tərəfdaşlıq da bundan irəli gəlib.
Z.Əliyev sonra 2012-2013-cü illərdə ölkənin 31 KİV-də (24 qəzet, 7 informasiya agentliyi) aparılan monitorinqlərin nəticələri barədə məlumat verib.
“Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı çıxışında rəhbəri olduğu mətbu nəşrin bank-kredit sektoru ilə əlaqələrindən söhbət açıb: “Kür” qəzetinin 7500 abunəçisi sırasında Yevlaxda fəaliyyət göstərən bank-kredit sektorunun əməkdaşları da az deyil. Əvvəllər həmin qurumlar rayon qəzeti ilə əməkdaşlığa həvəs göstərmirdilər. Biz özümüz onlara müraciət etdik. İndi elə bir bank-kredit təşkilatı yoxdur ki, fəaliyyəti işıqlandırılmasın. Mövzular rəngarəngdir: kreditlər necə verilir, hansı yeniliklər var, bir sözlə, maarifləndirici missiyanı yerinə yetiririk. Müxtəlif janrlarda yazılar təqdim edirik. Bu tədbirin əlaqələrin genişlənməsinə təsirsiz qalmayacağına əminəm”.
“Bərdə” qəzetinin baş redaktoru Elbrus Məmmədov və “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Hüseynov isə öz növbəsində tədbirin yevlaxlı həmkarlarının təcrübələrindən faydalanmaq baxımından müsbət əhəmiyyət daşıdığını vurğulayıblar.
“Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quliyev bank-kredit sektorunun Azərbaycan kəndinin inkişafında oynadığı roldan danışıb. Bu sahədə hər iki cinahın maarifləndirici missiyasının davamını zəruri hesab edib.
ATV kanalının bölgə müxbiri Vicay Vəliyev özünü də bank müştərisi olduğunu diqqətə çatdırıb.
“Dəyirmi masa”da həmçinin, Kamil Abbasov (“Bank Respublika”), Vüqar Mustafayev (“Gəncəbank”), Vaqif Hüseynov (“Nikoil Bank”), Tural Cəlilli (“Finca Azərbaycan”), Ceyhun İsayev (“KredAqro” BOKT) çıxış edərək Bərdədə ilk dəfə keçirilən belə tədbirin tərəflər arasında əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malik olduğunu, fikir və mülahizələrin formalaşmasına xidmət etdiyini söyləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

