Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dövlət proqramına uyğun olaraq paytaxtda yeni yolun inşası davam etdirilir

Dövlət proqramına uyğun olaraq paytaxtda yeni yolun inşası davam etdirilir

13.08.2025 [20:56]

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi işləri sürətlə davam etdirilir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq inşa edilir.

Dövlət Proqramına uyğun olaraq, yeni avtomobil yolunun akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3,9 kilometr (əlavə olaraq 2,6 kilometr uzunluğunda qollar, ramplar və yanaşma yolları) təşkil edəcək. 

Avtomobil yolunda ümumi uzunluğu 2210 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulur. 

Məlumata əsasən, yeni yolun layihəsi Xəlil Rza Ulutürk küçəsi ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsindən başlayaraq, “Ulduz” metrostansiyasının yaxınlığından keçir və Ələsgər Qayıbov küçəsindən ümumi uzunluqları 1240 metrə malik iki tunel vasitəsilə mövcud metro və dəmir yolu xətlərinin altından Əliyar Əliyev küçəsinədək uzanır. Buradan isə uzunluğu 550 metr olan tunel vasitəsi ilə Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairədən keçir və Koroğlu Rəhimov küçəsini kəsərək Həsən Əliyev küçəsinədək davam edir. 

Eyni zamanda, Əliyar Əliyev küçəsi ilə yeni yolun kəsişməsində uzunluğu 410 metr olan tunelin inşası da nəzərdə tutulub ki, qeyd olunan ərazilərdə tikinti işləri aparılır. Layihəyə uyğun olaraq, 3-cü kilometrlik hissədə və Mirzə Uluqbəy küçəsində isə yeraltı piyada keçidlərinin inşası davam edir. 

Tikinti işləri ilə bağlı sözügedən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır. Sürücülərdən sözügedən ərazilərdə yol hərəkəti qaydalarına və tikinti ərazilərində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Paylaş:
Baxılıb: 615 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30