“Böyük Qayıdış”ın uğurları və yeni hədəflər
03.06.2025 [10:15]
İkinci Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafını yeni mərhələyə çatdıracaq
Məlum olduğu kimi Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, Nazirlər Kabinetinə Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələrini, habelə həmin layihələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin həcminə və maliyyələşmə mənbələrinə dair təkliflərini doqquz ay müddətində hazırlamaq tapşırılıb.
Qeyd edək ki, azad ərazilərin quruculuq salnaməsinin ilk konsepsiyası olan “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı nəzərdə tutulan tədbirlər plan üzrə tam şəkildə icra olunmaqdadır. Ötən dövr ərzində azad edilmiş ərazilərdə, şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların yenidən qurulması, yaşayış evlərinin tikintisi, həmçinin iqtisadi fəaliyyət sahələri üzrə layihələr nəzərdə tutulan planlar üzrə tam yerinə yetirilib.
Yol-nəqliyyat, enerji-rabitə, kommunal infrastrukturlar...
Tədbirlər Planı çərçivəsində “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili” prioriteti üzrə 30 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Zəruri müdafiə strukturlarının yaradılması, təhlükəsizlik məqsədilə yeni hərbi infrastrukturların qurulması təmin edilib, Laçın dövlət sərhədinin buraxılış məntəqəsində “Laçın” gömrük postu qurulub. Zəruri kommunal və sosial infrastrukturların qurulması istiqamətində də xeyli işlər görülüb. Ərazilərin elektrik enerjisi ilə təchizatı üçün 72,2 km 110 kv-luq, 262 km 330 kv-luq uzunluqda elektrik verilişi xətləri çəkilib. Poçt və telekommunikasiya xidmətləri infrastrukturunun qurulması məqsədilə 2 yaşayış məntəqəsində, inzibati binada poçt xidmətləri yenidən təşkil edilib, 1 ədəd radio-televiziya yayımı stansiyasının fəaliyyəti təmin edilib. Mobil telekommunikasiya xidmətlərinin təşkili üzrə 11 yeni baza stansiyası quraşdırılıb. 5 km uzunluğunda dəmir yolu xəttinin çəkilişi başa çatdırılıb.
Dövlət Proqramı çərçivəsində zəruri yol-nəqliyyat infrastrukturlarınnı inşası da sürətlə davam etdirilməkdədir. Həmin nəhəng infrastrukturlardan biri - Zəngəzur dəhlizinin ən mühüm qovşaqlarından olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 85 faizindən çoxu yerinə yetirilib. Eləcə də Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Ağdam şəhərinin daxili yollarının, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd,Toğanalı-Kəlbəcər-İstisu və Şuşa-Laçın avtomobil yollarının tikintisi davam etdirilib. Füzuli, Zəngilan və Laçın Hava limanları istifadəyə verilib və beynəlxalq uçuşların təşkili təmin edilib. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının açılışı baş tutub. “İstisu” mineral su zavodu iştifadəyə verilib.
Ötən il Qarabağ və Şərqi Zəngəzurdakı enerji mənbələrində yüksək enerji səmərəliliyi qeydə alınıb.
Mindən çox yeni iş yerləri yaradılıb...
Hesabat dövründə əhalinin geri qayıdışının təmin edilməsi məqsədilə minlərlə ailə Şuşa, Füzuli, Laçın, Ağdam şəhərlərinə, Xocalıya, Ağdamın və Laçının bir neçə kəndinə köçürülüb. Hazırda 10 mindən çox keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 40 minə yaxın insan yaşayır.
Sakinlərin məşğulluq imkanları və sosial şəraitinin yaxşılaşdırılması üçün müvafiq proqramlar da sürətlə icra olunur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar əhalinin qayıdış ardıcıllığı nəzərə alınmaqla məşğulluq imkanlarının qiymətləndirilməsi və vakansiyalar üzrə işin aparılması, peşə təhsilinin və hazırlığının təşkili, ictimai işlərə və özünüməşğulluq proqramına cəlb edilməsi və digər bu kimi aktiv proqramların dəstəklənməsi istiqamətində görülən işlər sayəsində də əhəmiyyətli nəticələr əldə olunub. 2024-cü ildə işğaldan azad edilmiş rayonlarda 2575 yeni iş yeri yaradılıb ki, bu göstərici əvvəlki illə müqayisədə 2,1 dəfə çoxdur.
Minlərlə fərdi sahibkar qeydiyyatdan keçib
Həmin ərazilərdə yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin də sayında artımlar qeydə alınıb. Ötən ilin sonunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 mindən çox mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, 95 mindən çox fərdi sahibkarın fəaliyyəti qeydə alınıb.
Hökumət bu bölgədə biznes fəaliyyəti ilə məşğul olanlara iqtisadi-vergi güzəştləri tətbiq edir. Belə ki, sahibkarlar 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunub, məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılıb. Bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə ödədikləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir. Sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər verilir. Sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər.
Ötən müddətdə bölgəyə 20 milyard manata yaxın sərmayə yatırılıb
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ötən il sərmayə qoyuluşları da ölkə üzrə investisiya portfelində xüsusi üstün yer tutub. Ən böyük yatırımlarda paytaxt Bakı şəhəri ilk yerdə dayansa da, azad edilmiş ərazilərdəki rayonlar sonrakı yerləri tutub. Bu rayonlarda 2021-2024-cü illərdə kapital qoyuluşlarının həcmi təxminən 20 milyard manata yaxın olub.
Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. Yaxın 2 ildə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır.
İkinci Dövlət Proqramı isə Böyük Qayıdışın daha böyük miqyas almasını və insanların öz doğma yurdlarına geridönüşünün və məşğulluğunun, sosial rifahının yeni mərhələyə daxil olmasını təmin edəcək. Yeni Proqram çərçivəsində ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına qayıdışı, Qarabağ və Şərqi Zəngəzurun böyük inkişaf məkanına çevrilməsi öz həllini Azərbaycanın sosial-iqtisadi tərəqqisinin ayrılmaz tərkib hissəsinə çevrilməsini də yeni mərhələyə çatdıracaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxFormula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37

