Balaxanı Sənaye Parkının ərazisi genişləndirilir...
25.04.2025 [10:16]
Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istifadəsində olan 18,415 hektar torpaq sahəsi icarə şərtləri ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin istifadəsinə veriləcək. Bu qərar sənaye parklarının fəaliyyətində yeni istehsal-emal-ixrac imkanlarının daha da yaxşılaşdırılması və burada fəaliyyət göstərən rezident və qeyri-rezidentlərin sayının da artmasına səbəb olacaq, istehsal şəbəkəsi və məhsul istehsalı və ixracı üçün imkanlar da böyüyəcək, işçilərin əhatəsi də genişlənəcək. Bu isə sənayedə məşğulluğun da payının artmasına töhfə verəcək.
7100-dən çox daimi iş yerinin yaradılması
Sənaye parklarının fəaliyyətinin artması və bu modelin özünü nümunəvi iqtisadi subyekt kimi doğrultması həmin sektorda əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir, parkların ərazisinin genişləndirilməsi ilə bağlı qərarlar qəbul edilir. Dövlət başçısının müvafiq sərəncamları ilə indiyə qədər Sumqayıt Kimya Sənaye Parkının və digər sənaye müəssisələrinin əraziləri genişlənidilib. Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid 29,63 hektar (Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 26,86 hektar və həmin torpaq sahəsinə bitişik 2,77 hektar) torpaq sahəsinin icarəyə vermək hüququ ilə bu parkın ərazisi genişləndirilib. Eləcə də Hacıqabul Sənaye Parkının ərazisinin təxminən 2 dəfə böyüdülməsi nəzərdə tutulur.
Bundan başqa, ölkədəki digər yeni sənaye müəssisələrinin fəaliyyəti də genişlənməkdədir ki, bu da ümumilikdə sənayenin elmtutumlu sahə kimi böyüməsini təşviq edir. Bunun nəticəsində sənaye potensialı artır. Hazırda ölkəmizdə mövcud sənaye zonalarında 75-ə yaxın müəssisə istehsal fəaliyyəti ilə məşğuldur ki, bu sənaye komplekslərinə 6,8 milyard manat investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 1 milyard manata yaxın investisiyanın yatırılması, 7100-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Sənaye parkları qeyri-neft sektorunun inkişafına töhfə verir
Hazırda ölkəmizdə Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” və Hacıqabul Sənaye Parkı fəaliyyət göstərir. Dövlət başçısının ötən il dekabrın 5-də imzaladığı fərmana əsasən, Naxçıvan Sənaye Parkı yaradılmaqdadır. Ümumilikdə, sənaye parklarının sayı 8-ə çatıb. Eləcə də Masallı, Neftçala, Sabirabad və Şərurda yerləşməklə 4 sənaye məhəlləsi fəaliyyət göstərir ki, bu da regionlarda sənaye potensiallarının səfərbər olunması, həmin bölgələrin inkişafında mühüm rol oynayır.
Sənaye parkları və məhəllələri ölkəmizin iqtisadi imkanlarının daha da artırılması, qeyri-neft sektorunun davamlı inkişafına töhfə verəcək resursların tam hərəkətə gətirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılmasında mühüm əhəmiyyət daşıyır.
Qarabağ və Şərqi Zəngəzurda sənayeləşmə dövrü başlayıb
Qarabağ və Şərqi Zəngəzurda sayı daha da artan sənaye obyektləri, ələlxüsus da sənaye parklarında yeni rezidentlərin fəaliyyətə başlaması isə bu bölgənin sürətli inkişafına və ümumilikdə ölkə iqtisadiyyatına reinteqrasiyasına imkan yaratmaqdadır. Hazırda Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə investisiya kapitalı 350 milyon manatdan çox olan 40-dan rezident fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən sənaye parklarına 90 milyon manatdan çox investisiya yatırılıb. Artıq bu sənaye obyektləri bölgənin sürətli inkişafına və ümumilikdə ölkə iqtisadiyyatına reinteqrasiyasını sürətləndirir.
Digər sənaye parklarının inkişafı nəticə etibarilə sənaye bloklarının rentabelli fəaliyyəti sayəsində Azərbaycanın neft-qaz amilindən asılılığı daha da minimallaşacaq və ÜDM-də qeyri-neft sektorunun payı daha da artıracaq. Bu isə iqtisadi artıma töhfə verməklə, ölkəmizin sosial-iqtisadi inkişafında dayanıqlılığı daha da möhkəmləndirəcək.
Beləliklə, Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi ölkəmzidə sənaye kompleksləri şəbəkəsinin genişlənməsi, sənaye zəncirinin möhkəmlənməsi və Azərbaycanda güclü ixrac yönümlü sənaye potensialının yaradılmasına öz töhfəsini verəcək. Növbəti illər üzrə artan tələbata uyğun istehsal həcminin də artırılması, sonrakı mərhələdə isə məhsulların xarici bazarlara çıxarılması ilə ölkəmizin qeyri-neft ixracatına töhfə verilməsi hədəf olaraq müəyyənləşdirilib. Nəticədə, bu, Azərbaycanın sənaye məhsulları ixrac edən ölkə kimi mövqeyinin daha möhkəmlənməsinə səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

