Kriptovalyuta təlimlərinin hansı faydaları var?
16.04.2025 [09:32]
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və kriptovalyuta və blokçeyn sahəsində tanınmış tədris platforması olan “Binance Academy”nin təşkilatçılığı, ASAN İnnovativ İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Blokçeyn Tədris Mərkəzinin dəstəyi ilə Bakıda üçgünlük intensiv “CryptoA2Z” təlimləri keçiriləcək. Mərkəzdən bildirilib ki, təlim proqramı kriptovalyuta və blokçeyn sahəsində biliklərini artırmaq istəyənlər, həmçinin bu sahəni yeni öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Tədbirin məqsədi Azərbaycanda “Binance” ekosistemini tanıtmaq və genişləndirmək, eləcə də yerli dövlət qurumları ilə əməkdaşlığı gücləndirməkdir.
Maraq böyük olsa da...
Məlum olduğu kimi Azərbaycanda kriptovalyutalara investorlarda böyük maraq olsa da, ümumi monetar yanaşma konservativdir. Kriptovalyuta sektoru yüksək riskli investisiya aktivləri olduğundan onun maliyyə sektorunda tətbiqi təhlükəli sayılır. Bu sahədə hüquqi infrastrukturun olmaması belə sərt xarici şoklar yarada, daxili valyuta bazarında sabitlik pozula bilər. Eyni zamanda, hazırda ölkəmizdə kriptovalyutaların onlayn alışı və satışı halları mövcud olmasına baxmayaraq, bu risk alətlərinin tənzimlənməsi üçün qəti addımların atılması da aktualdır. Mərkəzi Bank bu sahədə tənzimlənmənin aparılması üçün müxtəlif ssenarilər işləyir və öz strategiyası çərçivəsində bu istiqamətdə tədbirlər görmək niyyətindədir.
Bundan başqa, kriptovalyutanın kəskin qiymət sıçrayışları valyuta seqmentində də narahatlıqlar yaradır. Blokçeyn texnologiyaları üzrə qlobal ekspertlər hesab edirlər ki, 2025-ci ildə isə bu sahənin potensialı özünü real olaraq göstərəcək və dünya maliyyə sisteminə kəskin təsirləri olacaq. Kriptovalyuta bazarının 2025-ci ildə böyüməsi və təsiri bu sənayeni maliyyə sektorunda aparıcı rolunu artırır. Hətta “Bitcoin”in “Mastercard”, “Viza”, “SWIFT” ödəniş mübadilə sisteminə inteqrasiyası mümkün hesab edilir. Bir sözlə, artıq “Bitcoin” həm yığım, həm də tədavül vasitəsinə çevrilməklə qlobal maliyyə sistemini dəyişdirməkdədir. Bu isə bazara institusional investorların gəlməsinə, likvidlik və sabitliyin yüksəldilməsinə, investorları yeni maliyyə alətlərinın cəlbinə şirnikləndirir.
Bütün bunları nəzərə aldıqda Azərbaycanın investorları üçün də kriptobazara maraq artır, bəzi səhmdarlar qlobal maliyyə alətlərinə sərmayə etməyə meyl edir. Mövcud situasiyalar da ona işarə edir ki, nə qədər konservativ baxış olsa belə, artıq qlobal genişlənmə digər ölkələri, o cümlədən blokçeynə ehtiyatla yanaşan Azərbaycanın da bu sistemə inteqrasiyasını labüdləşdirir. Risk və təhdidlərə rəğmən, ölkəmizdə son illərdə kiberhücumlara qarşı dayanıqlı platformaların qurulması, xüsusilə də Kibertəhlükəsizlik Mərkəzinin yaradılaraq fəaliyyətə başlaması, davamlı olaraq müxtəlif sahələrin təmsilçiləri üçün kibertəhlükəsizlik təlimlərinin keçirilməsi blokçeyn texnologiyaları üzrə gözlənilən təhdidlərin qarşısını almağa imkan verir.
Yeni reallıqlar kriptovalyutanı Azərbaycana da gətirə bilər
Hazırda ölkəmizdə “Rəqəmsal hökumət”ə keçidin təmin edilməsi və “Hökumət buludu”nun yaradılması istiqamətində işlər dayanmadan davam etdirilir. Ölkəmizdə texnoloji inkişaf, rəqəmsallaşma, süni intellektin tətbiqi artır, dövlət qurumları,özəl sektor və cəmiyyətin bütün digər seqmentlərində rəqəmsallaşma dayanmadan irəliləyir. Vətəndaşlar hətta öz kripto hesablarını yaratmaqdadır. İnkişaf meyarları bir çox startapların da kriptobazara inteqrasıyasını sürətləndirməkdədir. Bir sözlə, biznesin qlobal səhm və investisiya icmaları ilə ünsiyyəti genişlənir, yeni maliyyə vektorlarına tələb ildən-ilə daha da çoxalır. Bütün bu amilləri nəzərə aldıqda, kriptovalyuta və blokçeynlərin ölkəmizin bazarına “müdaxiləsi” qaçılmaz olacaq.
Kriptovalyuta ilə bağlı ölkəmizdə yetkin təcrübə və zəruri biliklərin olmaması isə bu sahəyə maraq göstərənləri ciddi təhülkələrlə üz-üzə qoya bilər. Onların blokçeyn texnologiyaları haqqında nüfuzlu ekspert və qlobal bazar iştirakçılarının təlim və tövsiyələrinə ehtiyacları var. Ölkəmizdə fəaliyyət göstərən Blokçeyn Tədris Mərkəzi bu istiqamətdə maraqlı layihələr həyata keçirsə də, yerli biznesin xarici investor dəstəyinə ehtiyacı böyükdür. Bu baxımdan 4SİM və kriptovalyuta və blokçeyn sahəsində tanınmış tədris platforması olan “Binance Academy”nin təşkilatçılığı ilə keçirilən “CryptoA2Z” təlimləri investor, bank və maliyyə icmasının kriptovalyuta və blokçeyn sahəsində biliklərinin artmasına mühüm rol oynayacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20

