“Yaşıl tikinti”yə keçid üçün mühüm platforma
06.03.2025 [10:37]
Bakıda keçiriləcək “Dayanıqlı Tikinti Zirvəsi”ndə dünyanın nəhəng inşaat holdinqləri müasir şəhərsalma planlarını müzakirə edəcəklər
Gələn ay Bakıda Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası və “PMD Projects” MMC-nin birgə təşkilatçılığı ilə İkinci Dayanıqlı Tikinti Zirvəsi tədbiri keçiriləcək. Tədbir ötən il ölkəmizdə keçirilmiş COP29 sammitinə dəstək məqsədilə imzalanmış “Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi”ndən irəli gələn təşəbbüslərə əsasən təşkil olunacaq. Bir çox ölkələrin tanınmış inşaat, daşınmaz əmlak, tikinti-quraşdırma, təmir, infrastruktur şirkətlərinin rəhbərlərinin iştirak edəcəyi Zirvə toplantısında müasir tikinti meyarları, o cümlədən, şəhər infrastrukturunun yenidən qurulmasında “yaşıl tikinti” alətlərinin tətbiqi yolları və digər innovativ təşəbbüslər müzakirə olunacaq.
Bakının Baş planı “ağıllı tikinti” konseptinə əsaslanır
“Dayanıqlı Tikinti Zirvəsi” özəl və dövlət müəssisələrinin nümayəndələri, şirkət rəhbərləri və müasir tikinti sahəsində peşəkar mütəxəssislərin, həmçinin inşaat sənayesində çalışan sahibkarların karbon emissiyalarının azaldılması istiqamətində qabaqcıl təcrübələri mənimsəmək və bölüşmək, eyni zamanda inşaat və şəhərsalma sahələrində tətbiq olunan qabaqcıl yanaşmaları tətbiq etmək üçün əlverişli platforma hesab edilə bilər.
Aparılmış təhlillərə əsasən, tikinti sektorunun ətraf mühitə böyük təsirləri var, bu sənaye sektorunda istifadə olunan texnologiyaların böyük bir qismi ətraf mühitə yanacaq emissiyalarında rol oynayır. Binaların tikintisi zamanı bu cür zərərli emissiyaların təsiri 20 faiz, sonrakı infrastruktur, təminat və enerji təchizatı zamanı isə 40 faiz təşkil edir. Bu baxımdan dünya ölkələrində “yaşıl tikinti” texnologiyaları neçə illərdir ki, inşaat və yenidənqurma işlərində ön planda dayanmaqdadır. Azərbaycan da bu sürətli keçiddən kənarda qalmaq istəmir, respublikamız müasir tikinti sənayesində innovasiyaları “yaşıl tikinti” sütunları üzərində inkişaf etdirməyi qarşıya məqsəd qoyub. Ölkənin əsas meqapolisi olan Bakının yeni Baş planında müasir tikinti modellərindən istifadəyə geniş yer verilib ki, bu amil də “ağıllı tikinti”nin geniş tətbiqi və digər mühüm məqamları ön plana çıxarır. Paytaxtın yeni siması “yaşıl inşaat və şəhərsalma” modellərinə əsaslanmaqla, şəhər və ətraf mühitinin regenerasiyası gücləndirilməsini, “təmiz şəhər” yanaşmasını tələb edir ki, bu faktorlar “yaşıl tikinti” konsepsiyasını daha da aktuallaşdırır.
COP29-dan gələn öhdəlik
Azərbaycan həm də qlobal iqlim ailəsində təşəbbüskar və məsuliyyətli ölkə kimi “yaşıl həmrəylik” strategiyasının bütün prioritetlərinə sadiqliyini nümayiş etdirir. Son bir ildə istiqamətdə nüfuzlu tikinti holdinqləri ilə görüşlər keçirilib. Aparılan səmərəli danışıqların yekunu olaraq Azərbaycanda fəaliyyət göstərən 11 tikinti və COP29 Təşkilat Komitəsinin bir neçə üzvü “Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi” imzalayıb. Eyni zamanda, COP29 sammitində əsas müzakirə panellərində ölkəmiz özünün nümunəvi qərarları ilə ətraf mühitə sənaye fəaliyyətlərinin təsirlərinin azaldılması istiqamətində ardıcıl iradəsini göstərdi. Bütün bunlar “yaşıl tikinti”yə keçiddə Azərbaycanın beynəlxalq tərəfdaşlarla sıx işləmək niyyətlərini ifadə etdi.
Hazırkı reallıqlar isə ölkəmizdə “yaşıl tikinti” seqmentinə keçidin daha da sürətləndiyini təsdiqləməkdədir və ardıcıl addımlar ekoloji cəhətdən təmiz və sağlam binaların tikintisində ən qabaqcıl meyarların genişləndiyini göstərir.
“Yaşıl tikinti” iqtisadi və sosial sahəyə faydalar verir
“Yaşıl tikinti” təkcə ekoloji baxımdan təmiz deyil, həm də iqtisadi və sosial cəhətdən davamlı müsbət faydalar verir. Xüsusilə də tikinti sektorunda xərclərə qənaət edilməsi baxımından faydası böyükdür. Bu tikinti yanaşması əməliyyat xərclərini azaltmaq, biznesin səmərəliliyini artırmaq və riskləri azaltmaq üçün nəzərdə tutulub. Belə ki, “yaşıl tikinti” layihələrinin idarə edilməsi sayəsində daha səmərəli, qənaətcil texnologiyalardan, ucuz enerji və xidmətlərdən istifadə mümkün olur, bu isə həm dövlətin, həm də özəl tikinti şirkətlərinin xərclərinin azalmasına səbəb olur. Dövlətin tikinti investisiyalarının dəyəri azalmaqla bərabər, inşaat layihələrinə sərmayə qoymaq potensialı da artır.
“Yaşıl tikinti” layihəsinin digər bir üstünlüyü inşaatda istifadə olunan mal və xidmətlərin, avadanlıqların yeni texnologiaylara əsaslanmasıdır ki, bu da insanların rahatlığı, sağlamlığı və xərcləri üçün də müsbət əhəmiyyət kəsb edir. Belə ki, bu layihələr üzrə binalarda istifadə olunan ekoloji təmiz materiallar insan sağlamlığına səbəb olur, düzgün havalandırma sistemləri, iqlim texnologiyaları, suya və istiliyə qənaət edən santexnika sistemləri məsrəfləri azaldır
Beləliklə, “Dayanıqlı Tikinti Zirvəsi” Azərbaycanın tikinti şirkətləri üçün “yaşıl tikinti”yə keçiddə qlobal trendlərə inteqrasiyasının daha da möhkəmlənməsində əlverişli zəmin yaradacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

