3 qardaş ölkənin “yaşıl enerji” dəhlizi
22.02.2025 [08:26]
Azərbaycan, Qazaxıstan və Özbəkistanın əsasını qoyduğu yeni layihə Şərq-Qərb “yaşıl dəhlizi”ni formalaşdıracaq
Prezident İlham Əliyev “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i təsdiq edib. Xatırladaq ki, 2024-cü il noyabrın 13-də Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı iqtisadi sahədə əməkdaşlığın daha da artırılması, bərpaolunan enerji üzrə birgə layihələrin həyata keçirilməsinə dair aparılan danışıqların nəticəsi olaraq strateji tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanın dövlət başçısının sazişi təsdiqləməsindən sonra 3 qardaş ölkənin yeni enerji layihəsi hüquqi-iqtisadi baxımdan həlledici mərhələyə qədəm qoymuş olacaq.
Qazaxıstan və Özbəkistanın bərpaolunan enerji gücü
Azərbaycan, Qazaxıstan və Özbəkistanın əsasını qoyduğu bu layihə Şərq-Qərb “yaşıl enerji” dəhlizinin formalaşdırılması deməkdir. Layihə Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Avropaya nəqlini nəzərdə tutur. Bu layihə beynəlxalq əhəmiyyətli enerji tranziti olmaqla, Mərkəzi Asiya-Azərbaycan-Avropa İttifaqı enerji formatının reallaşmasını təmin edəcək.
Hər 3 ölkə əhəmiyyətli həcmlərdə “yaşıl enerji” resurslarına malikdir və sözügedən dəhlizin təchizatçı kimi məsuliyyəti də onların üzərinə düşür. “Yaşıl enerji” karbon neytrallığını prioritet istiqamət kimi müəyyənləşdirmiş Qazaxıstan hazırda öz enerji infrastrukturunu bərpaolunan mənbələr üzərində inkişaf etdirməkdədir. Ölkədə ümumi gücü 43 giqavat olan “yaşıl layihələr”in həyata keçirilməsi istiqamətində bütün imkanlar səfərbər edilib və xarici şirkətlərlə razılaşmalar əldə olunub. Bu baxımdan Qazaxıstanın güclü bərpaolunan enerji potensialı “yaşıl kabel”in təminatında mühüm rol oynayacaq.
Özbəkistanın da alternativ enerji resursları kifayət qədər güclüdür və xarici investorlarla aparılan qiymətləndirmələr günəş və külək stansiyalarının potensiallarının hədsiz ümidverici olmasından xəbər verir. Özbəkistan 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payını 40 faizə çatdırmağı, həmçinin 4,2 giqavatlıq enerjisaxlama sistemləri yaratmağı planlaşdırır. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti neçə müddətdir ki, bu ehtiyatların istehsalı və emalı üçün böyük bir layihə icra edir. Nəticədə, bu ölkənin enerji gücü də Şərq-Qərb yaşıl dəhlizinin dayanıqlılığında mühüm əhəmiyyət kəsb edəcək.
Azərbaycanın “yaşıl enerji” potensialı
Azərbaycanın nəzərdə tutulan “yaşıl enerji”ni nəql etməsi üçün potensialları ümidvericidir. Hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalında iri su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payı 17-18 faiz təşkil edir. Bu da 1278 MVt elektrik enerjisi deməkdir. Qiymətləndirmələrə görə, ölkəmizin bərpaolunan enerji mənbələri üzrə texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Bütün bu ehtiyatlar təsdiqləyir ki, ölkəmizin “yaşıl enerji” dəhlizində əsas tədarükçülərdən biri olmaq üçün böyük imkanları mövcudur.
Azərbaycan “yaşıl enerji” ilə bağlı potensialının hərəkətə gətirilməsi istiqamətində çoxşaxəli əməkdaşlıq koalisiyası qurub, bir neçə nüfuzlu xarici və beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumu imzalayıb. Həmin sazişlərin bir neçəsi icra olunur və 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan günəş və külək enerjisi stansiyalarından ən azı 1-2 QVt həcmində enerji istehsalı gözlənilir. Yaxın 4 ildə Azərbaycan bu gücü ən azı 2 dəfə artırmağı hədəfləyir və bu istiqamətdə xarici investorlarla birgə əsası qoyulmuş bərpaolunan enerji üzrə layihələr əsaslı rol oynayacaq.
Beləliklə, 3 qardaş ölkənin üçtərəfli əməkdaşlıq formatı enerji sistemlərinin inteqrasiyası və ekoloji cəhətdən təmiz enerjinin Avropaya və digər bazarlara çatdırılması üzrə etibarlı körpü rolunu oynayacaq. Bu saziş, həmçinin bu türk ölkələrinin iqtisadiyyatını da Orta Dəhlizdə birləşdirəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29

