Büdcə zərfinin əsas parametrləri
20.12.2024 [09:56]
Növbəti ildə sosial-iqtisadi məqsədlər üçün 41 milyard manatdan çox vəsait yönəldiləcək
Məlum olduğu kimi Milli Məclisin plenar iclasında “2025-ci ilin dövlət büdcəsi” haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan sənədlər təsdiq edilib. Büdcə layihəsi və zərfə daxil olan bütün sənədlər növbəti il və ortamüddətli dövr üçün əsas çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Belə ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidənqurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi, ölkənin hərbi-müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi büdcə siyasətinin başlıca məzmununu təşkil edir. Habelə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketi, dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının təmin olunması 2025-ci il büdcə zərfinin əsas parametrləridir.
Adambaşına düşən ÜDM 7412 dollar...
Növbəti ilin dövlət və icmal büdcələrinin tərtibi ssenariləri İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş baza proqnozu əsasında təsdiqlənib. 2025-ci ildə ÜDM-in nominal həcmi 129,2 milyard manat, qeyri-neft qaz sektorunda ÜDM-in nominal həcmi isə 92,2 milyard manat proqnozlaşdırılıb. Növbəti ildə adambaşına düşən ÜDM-in 7412 dollar, 2028-ci ilin sonuna isə 8522 dollar təşkil edəcəyi ehtimal olunur. 2025-ci ildə tədiyə balansının cari hesabının profisitinin ÜDM-ə nisbəti 5,6 faiz həcmində, 2025-2028-ci illərdə isə neft-qaz hasilatının son tarixə olan proqnozu nəzərə alınmaqla cari hesab profisitinin ÜDM-ə nisbətinin orta hesabla 3 faiz ətrafında olacağı proqnozlaşdırılır. Bu çərçivə üzrə büdcədə ümumi daxili məhsulun artım tempi 3,5 faiz, qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun artım tempi 4,9 faiz, orta illik inflyasiya 4,6 faiz, xam neftin bir barelinin orta illik ixrac qiyməti büdcə hesablamaları üçün 70 dollar, təbii qazın min kubmetrinin orta illik ixrac qiyməti isə 242 dollar, manatın məzənnəsi isə 1 dollar - 1,7 manat səviyyəsində müəyyənləşib.
Əsas xərc hədəfi - hərbi təhlükəsizlik, azad ərazilərdə quruculuq
Gələn il büdcə gəlirləri 38 milyard 316 milyon manat təsdiq olunub ki, bu da cari ildə dürüstləşdirilmiş büdcənin gəlirləri ilə nisbətdə təxminən 1 milyard manat çoxdur. Büdcə gəlirlərinin 18 milyard 773 milyon manatı neft-qaz sektorunun, 19 milyard 543 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşəcək. Qeyri-neft gəlirləri büdcədə 51 faizə yaxın olmaqla yenə də üstünlük təşkil edəcək. Dövlət büdcəsinin xərcləri 41 milyard 368 milyon manat məbləğində təsdilənib ki, bu rəqəm 2024-cü ilin yenidən baxılmış büdcəsinə nisbətən 1 milyard 625 milyon manat və yaxud 4,1 faiz çoxdur. Bu, müstəqil Azərbaycanın tarixində ən böyük büdcə zərfi deməkdir. Faktiki olaraq yeni ilin büdcəsinin maliyyə portfeli ümumi daxili məhsulun (ÜDM) üçdə birinə bərabər olacaq. Bu, olduqca böyük maliyyə təminatı deməkdir.
Büdcənin xərc prioriteti kimi ilk yeri müdafiə və təhlükəsizlik istiqaməti tutur. Müdafiə və təhlükəsizlik xərclərinin məbləği 8 milyard 396,3 milyon manat olmaqla cəmi xərclərin 20 faizini təşkil edəcək. Büdcə xərclərində ikinci başlıca istiqamət isə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsidir. Həmin məqsədlərə uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s. tədbirlərin maliyyə təminatı üçün 4 milyard manat vəsait nəzərdə tutulub.
2 milyondan artıq vətəndaşı əhatə edən sosial paket
Növbəti ilin mühüm sosial sənədlərindən biri də “2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsidir. Sənədə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olmaqla 15 manat artacaq. “2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyən edilib. Yəni, yaşayış minimumu və ehtiyac meyarının həddi bərabər məbləğdə 285 manata çatacaq. Ehtiyac meyarının 285 manata çatdırılması sayəsində ünvanlı sosial yardımın aylıq məbləğinin də yüksəlməsi və əhatəsinin genişlənməsi üçün hüquqi əsaslar yaranacaq. Hazırda bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta məbləği təxminən 480 manat təşkil edir. Bu o deməkdir ki, gələn il bu yardımın məbləği 7-8 faiz artmaqla 500 manatı keçəcək.
2025-ci ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında qalmağa davam edəcək. Bütövlükdə, bütün istiqamətlər üzrə sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 41-42 faizini təşkil edir. 2025-ci ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

