“Made in Turan”...
28.11.2024 [09:27]
Türkdilli ölkələrin məhsulları xarici bazarlara yeni brendlə çıxarılacaq
Azərbaycanın təşəbbüsü ilə Türk dünyası markalarını birləşdirən “Made in Turan” brendi yaradılıb. Bakıda keçirilən “Turan E-ticarət və E-İxracat Forumu”nda çıxış edən Azərbaycan Françayzinq Assosiasiyasının sədri Camid Mövsümov bildirib ki, 7 türk dövlətinin, həmçinin Macarıstanın daxil edildiyi bu platformaya əsasən, ölkələrin istehsal etdiyi bütün məhsullar həmin marka altında dünya ticarət bazarına təqdim olunacaq. Hazırda “Made in Turan” ticarət markasının bazar seqmentinə çıxışı üçün müvafiq texniki-hüquqi və iqtisadi mexanizmlər hazırlanır. 2025-ci ilin fevral ayında keçiriləcək Türk Dövlətləri İqtisadi Forumunda qlobal və regional şirkətlərə yeni türk brendinin rəsmi şəkildə tətbiqi prosesinə başlanacaq.
Türk dünyasının iqtisadi və texnoloji potensialının dünyaya nümayişi
“Made in Turan” layihəsi türk dünyasının iqtisadi, mədəni və texnoloji potensialını dünyaya daha geniş rakursdan tanıtdırmaq məqsədi ilə yaradılıb. Milli brend konsepsiyasının başlıca hədəf və məqsədi türk dünyasının iqtisadi birliyini daha da möhkəmləndirmək və milli şirkətlərin “Made in Turan” adı altında dünyaya çıxışına motivasiyalar verməkdir. Konsepsiyaya uyğun olaraq, türk dövlətlərinin sahibkarlar üçün biznes təlimlərinin təşkili, investorlarla startaplar arasında əlaqələrin koordinasiyası, beynəlxalq tədbirlərdə birgə ixrac brendi altında iştirak etmək və tərəfdaş ölkələrlə əməkdaşlığın yeni yollarını müəyyən etmək, ixrac üzrə biznes modellərinin yaradılmasını dəstək göstərmək və digər prioritetlər müəyyənləşib.
Türk dövlətləri birgə ticarət nişanı təsis etməklə iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiyaların cəlbi, müasir birgə istehsal və emal alyansının qurulması və ixrac coğrafiyalarının genişlənməsi sahəsində böyük imkanlar əldə edə bilər.
“Turan Evləri” və Turan xüsusi iqtisadi zonasının yaradılması
“Made in Turan” təkcə qida deyil, həm də qeyri-qida məhsullarını, sənaye və digər ixrac çeşidlərini vahid marka altında birləşdirəcək. Həmçinin, bir sıra əmtəə və xidmətlərin də bu brend üzrə xarici ölkələrdə sertifikatlaşdırılması nəzərdə tutulur.
“Made in Turan” markası adı altında bir sıra ticari və iqtisadi güzəştlərın olacağı planlaşdırılır. Bura malın mənşə sertifikatı, marketinq, bazarlara çıxış və digər məsələlərlə bağlı istehsalı və ixracatçılara güzəşt rejimlərinin yaradılması daxildir. Yeni ümumtürk brendini qlobal bazarlarda tanıtmaq və geniş şəkildə təşviq etmək məqsədilə vahid türk ixrac missiyalarının təşkili, eyni zamanda, müxtəlif xarici ölkələrdə “Turan Evləri”nin yaradılması da nəzərdə tutulur. Bundan başqa, brendin böyük ticarət nişanı kimi qlobal rəqəmsal platformalara inteqrasiyası, “Alibaba”, “Amazon” kimi iri onlayn konqlomeratların cərgəsinə daxil olması da əsas hədəflərdəndir.
“Made in Turan” türk dövlətlərinin müasir iqtisadi-ticari-investisiya konsepsiyasının tərkib hissəsidir. Bu, yeni model, eyni zamanda, Turan xüsusi iqtisadi zonasının (TURANSEZ) ideya prinsiplərinə söykənir. Qeyd edək ki, ötən ay Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü iclasında tərəflər Macarıstanın da daxil olduğu - Turan xüsusi iqtisadi zonasının yaradılması təşəbbüsünü dəstəkləyib. “Astana bəyannaməsi”nə uyğun olaraq yaradılması nəzərdə tutulan TURANSEZ TDT ölkələrinin müasir iqtisadi əməkdaşlığının birgə platforması hesab edilir və tərəflər vahid ideya əsasında müxtəlif proqramlar həyata keçirəcək.
Türk İqtisadi Birliyinə doğru...
Turan iqtisadi platforması çərçivəsində türk dövlətlərinin sərmayələrin təşviqi üzrə institutun yaradılması, maliyyə, investisiya, kapital fondları ilə birgə əlaqələndirici qurumun təsis edilməsi və digər addımların atılması da nəzərdə tutulur.
Həmin ideyadan irəli gələn əsas məqsədlərindən biri kimi 2024-cü ilin ortalarında türk dövlətlərinin ortaq iqtisadi-maliyyə strukturu olan Türk İnvestisiya Fondu (TİF) yaradılıb. TİF-in nizamnamə kapitalı formalaşıb, maliyyə-büdcə imkanları təmin olunub və fond noyabrın ilk həftəsində fəaliyyə başlayıb.
Türk İnvestisiya Fondu türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Bütün bu prioritetlər faktiki olaraq, Turan xüsusi iqtisadi zonası ideyası ilə üst-üstə düşür.
Ümumiyyətlə, “Made in Turan”, TURANSEZ, Türk İnvestisiya Fondu və digər təsisatlar Türk Dövlətləri Təşkilatının ana hədəflərinin həyata keçirilməsində, ən mühüm strateji məqsədlərdən biri olan vahid Türk İqtisadi Birliyinin yaranmasında möhkəm sütunlar olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

